Məhkəmə qərarları › İş №e-2(025)-976/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-976/2024

05.11.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-976/2024 05.11.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib 11 may 2006-cı ildə təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonunun Quşlar kəndində yaşayır və uşaqlıqdan əlil olan xx.xx.2006-cı il təvəllüdlü X5 arvadı ilə birlikdə qulluq edir. X8 ağır dərəcəli əqli gerilik səbəbindən öz hərəkətlərinin mənasını başa düşmür və özünü idarə edə bilmir. Ona görə də, o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. İşdə olan AZ-İ 720786 nömrəli «doğum haqqında şəhadətnamənin» surətinə əsasən X2 doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X1 Bayram Filim oğlundan törəmişdir. İşdə olan Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş arayışın surətindən görünür ki, Qəbələ rayonu, Quşlar kəndində yaşayan xx.xx.2006-cı il təvəllüdlü X5 ağır dərəcəli əqli gerilik, müalicə və qulluq tələb edən ciddi davranış pozuntusu xəstəliyi səbəbindən müddətsiz olaraq 1-ci qrup əlillik dərəcəsi verilmişdir. İşdə olan AR SN MPEM PHŞ Ambulator Məhkəmə Psixatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli 4315 nömrəli rəyində göstərilmişdir ki, müayinə olunarkən xx.xx.2006-cı il təvəllüdlü X4 uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli gerlik müəyyən edilmişdir. X8 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasının anlamaq, öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyildir. Buna görə də, X6 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. AR Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquqi fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. AR MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, xx.xx.2006-cı il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli və üzərində qəyyum təyin edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. 11 may 2006-cı ildə Bakı şəhəri, Səbail rayonunda anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar