Məhkəmə qərarları › İş №e-2(025)-999/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-999/2024

02.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-999/2024 02.09.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hüquq əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquq əhəmiyyətli faktının müəyyən edilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Ərizəçi, onun vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi hüqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib, Qəbələ rayon AİK-nın 26 may 1998-ci il tarixli 10 nömrəli qərarı ilə mərhum X9 və mərhum X4 adına verilmiş JN – 117 saylı Dövlət aktı və JN – 027A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə aid edilən hissədə X5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, Qəbələ rayon AİK-in 26 may 1998-ci il tarixli 10 nömrəli qərarı ilə ailə üzvlərinin (X9 və X10) ümumi birgə mülkiyyətinə Qəbələ rayonunun Çuxur Qəbələ kəndində yerləşən 0.70 ha kənd təsərrüfatı təyinatlı və 0.32 ha həyətyanı torpaq sahələri verilmişdir. Müvafiq olaraq JN – 117 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında və JN – 027A nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməsidə ölçüləri və sərhədləri göstərilən planlar əsasında dövlət qeydiyyatına alınmışdır. Həmin sənədlərdə X1, adı və ata adı X3 qeyd olunduğundan sonuncunun vəfatından sonra qalmış mirasın qəbulu məsələsində problem yaranmışdır. Ona görə də, JN – 117 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında və JN – 027A nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməsində aid edilən hissədə X5 məxsus olması faktının müəyyən edilməsi barədə ərizə vermişdir. Ərizəçinin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, Qəbələ rayon AİK-in 26 may 1998-ci il tarixli 10 nömrəli qərarı ilə ailə üzvlərinin (X9 və X10) ümumi birgə mülkiyyətinə Qəbələ rayonunun Çuxur Qəbələ kəndində yerləşən 0.70 ha kənd təsərrüfatı təyinatlı və 0.32 ha həyətyanı torpaq sahələri verilmişdir. Müvafiq olaraq JN – 117 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında və JN – 027A nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməsidə ölçüləri və sərhədləri göstərilən planlar əsasında dövlət qeydiyyatına alınmışdır. Həmin sənədlərdə X1, adı və ata adı X3 qeyd olunduğundan sonuncunun vəfatından sonra qalmış mirasın qəbulu məsələsində problem yaranmışdır. Ona görə də, JN – 117 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında və JN – 027A nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməsində aid edilən hissədə X5 məxsus olması faktının müəyyən edilməsi barədə ərizə vermişdir. İşdə olan JN-117 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən, Qəbələ rayon AİK-nin 26 may 1998-ci il tarixli 10 nömrəli qərarı ilə Qəbələ rayonunun Çuxur Qəbələ kəndində yerləşən planda sərhədləri göstərilmiş 0.70 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi X9 və X6 ümumi mülkiyyətlərinə verilmişdir. İşdə olan JN-027A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadatnamənin surətinə əsasən, Qəbələ rayon AİK-nin 26 may 1998-ci il tarixli 10 saylı qərarı ilə Qəbələ rayonunun Çuxur Qəbələ kəndində yerləşən planda sərhədləri göstərilmiş 0,32 ha həyətyanı torpaq sahəsi, X9 və X6 ümumi mülkiyyətlərinə verilmişdir. İşdə olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətinə əsasən Ərizəçi xx.xx.1959-cu ildə anadan olmuşdur. . İşdə olan İ-HE 615947 nömrəli doğum haqqında şəhadatnamənin surətinə əsasən, Ərizəçi xx.xx.1959-cu ildə ildə Qutqaşen rayonunda anadan olmuşdur. X2, atası X7r. İşdə olan AZ-İİ 101187 nömrəli ölüm haqqında şəhadatnamənin sürətinə əsasən X8 30 iyul 2009-cu ildə ölmüşdür. İşdə olan AZ-İİ 107328 nömrəli ölüm haqqında şəhadatnamənin sürətinə əsasən X9 23 mart 2008-ci ildə ölmüşdür. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, JN – 117 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında və JN-027A nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadatnamədə mülkiyyətçi kimi göstərilmiş X10 adının X5 aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-117 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında və JN-027A nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadatnamədə mülkiyyətçi kimi göstərilmiş X10 adının X5 aid edilməsi faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qəbələ Rayon Məhkəməsinin hakimi: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar