Məhkəmə qərarları › İş №e-2(026)-111/2024

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №e-2(026)-111/2024

19.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № e-2(026)-111/2024 19.01.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Gülmalı oğlundan ECK ******* nömrəli, 23 dekabr 2019-cu il tarixli müqavilə üzrə 90 manat əsas, 27 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət süsümü olmaqla, cəmi 147 manat pulun alınıb ona verilməsi tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Gülmalı oğlundan ECK ******* nömrəli, 23 dekabr 2019-cu il tarixli müqavilə üzrə 90 manat əsas, 27 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət süsümü olmaqla, cəmi 147 manat pulun alınıb ona verilməsi tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək Cavabdeh Gülmalı oğluna qarşı verdiyi iddia ərizəsinin qaytarılması, işin baxılmamış saxlanılması və ödənilmiş dövlət rüsumunun ona qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iş üzrə icraatı baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-in 152,259,0.11, 263,264 və 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh Gülmalı oğlundan ECK ******* nömrəli, 23 dekabr 2019-cu il tarixli müqavilə üzrə 90 manat əsas, 27 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət süsümü olmaqla, cəmi 147 manat pulun alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın və baxılmamış saxlanılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Qobustan rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar