Məhkəmə qərarları › İş №e-2(026)-12/2023

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-12/2023

17.02.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-12/2023 17.02.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, iddiaçı Dövlət Neft Şirkətinin “Qaz İxrac” idarəsinin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə İddiaçı Dövlət Neft Şirkətinin “Qaz İxrac” idarəsinin X5 Kəməri Sahəsinin istismarında olan 159 mm diametrli “Qobustan QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında Qobustan şəhəri, X6 ərazisində Cavabdeh məxsus fərdi yaşayış evinin öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Dövlət Neft Şirkətinin “Qaz İxrac” idarəsi X5 Kəməri Sahəsinin istismarında olan 159 mm diametrli “Qobustan QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında Qobustan şəhəri, X6 ərazisində Cavabdeh məxsus fərdi yaşayış evinin öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Dövlət Neft Şirkətinin “Qaz İxrac” idarəsinin nümayəndəsi Nümayəndə izahat verərək göstərdi ki, Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1999cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”-nın tələbləri pozularaq “Qaz İxrac” İdarəsi Siyəzən Magistral X4 balans və istismarında olan 159 mm diametrli «Qobustan QPS qolu» yüksək təzyiqli (12-25 atm) yeraltı magistral qaz kəmərinin mühafizə zonasında, Qobustan şəhəri, X6 ərazisində kəmərdən 29 metr məsafədə fərdi yaşayış evi inşa etmişdir. Magistral qaz kəmərlərinin mühafizə zonalarında inşa edilmiş tikililərlə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məlumat verilmiş və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”-na əsasən magistral qaz kəmərinin orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası təyin edilmişdir. Həmin qaydalara əsasən mühafizə zonasında kəməri istismar edən hüquqi və fiziki şəxslər tərəfindən Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı bir tikinti-quraşdırma işlərinin aparılması qəti qadağandır. Qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. Bundan əlavə “Qaydalar”ın 2.23-cü bəndinin tələblərinə əsasən magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qazkəmərini istismar edən orqanla razılaşdırılmalıdır. Belə bir razılaşma isə mövcud deyildir. Həmçinin Qaydaların 2.7-ci bəndinə əsasən, boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilmişdir və həmin qaydaların 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılırazılığı olmadan hər hansı tikinti və ya quraşdırma işləri aparılması qadağandır. Tikinti aparmaq üçün lazımi icazələr (yəni “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı...) alınmadan və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla inşa edilmişdir. Cavabdehə məxsus, buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa olunan tikili, eyni zamanda fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. “Qaz İxrac” İdarəsi, Siyəzən Magistral X4 istismarında olan 159 mm diametrli «Qobustan QPS qolu» yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında, Qobustan şəhəri, X6 ərazisində Cavabdeh məxsus fərdi yaşayış evinin öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, inşa etdiyi evi kreditlə tikdirmişdir. Ailəlidir, himayəsində iki azyaşlı uşaqları vardır. Özü Laçın rayonundakı “N” saylı hərbi hissədə qulluq edir. Evi tikdirərkən heç kim ona tikmək olmaz deməmişdir. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsinin və cavabdehin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş X5 Kəməri Sahəsinin texniki istehsalat şöbəsinin rəisi E. Mirzəcanzadə, ƏM və TT üzrə böyük mühəndis S. Hüseynov, Qobustan XİX-nin rəisi T. Mikayılov və texniki istehsalat şöbəsinin müdiri S. Vəliyev tərəfindən 20 iyun N-ci il tarixdə tərtib edilmiş və X5 Kəməri Sahəsinin rəisi tərəfindən təsdiq edilmiş aktdan görünür ki, Qobustan şəhər sakini Cavabdeh tərəfindən 159 mm diametrli «Qobustan QPS qolu» yüksək təzyiqli (1,2-2,5 atm) yeraltı magistral qaz kəmərinin mühafizə zonasında kəmərdən 29 metr məsafədə fərdi yaşayış evi inşa edilmişdir. “Qaz İxrac” idarəsinin X5 Kəməri Sahəsinin Cavabdeh ünvanlandığı 15 mart 2013-cü il tarixli bildirişindən görünür ki, onun yaşadığı ərazidən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin struktur vahidi kimi fəaliyyət göstərən "Qaz İxrac" İdarəsinin tabeçiliyindəki Siyəzən Magistral X4 balansında və istismarında olan yüksək təzyiqli və 159 mm diametrli Qobustan APS qol magistral qaz kəməri keçdiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qaz təchizatında mühafizə zonaları və tənlükəsizlik tədbirlərinə dair qərarına, eləcə də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təsdiq etdiyi magistral kəmərlərin layihələndirilməsi qaydaları və normalarına ("Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında" xx.xx.1999-cü il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları"nın 2.7-ci bəndi və xx.xx.2009-cu il tarixli, 17 saylı əmri ilə təsdiq edilmiş “2.9-2 Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları "nın 5.12-ci bənd, 4 №-li cədvəl) əsasən tikililər ilə 159 (yüz əlli doqquz) mm diametrli qaz kəməri arasındakı məsafə 50 (əlli) metr müəyyən edilməli olduğu halda onun inşa etdiyi fərdi yaşayış evi yuxarıda göstərilən qaz kəməri arasındakı məsafənin 29 metr təşkil etdiyi, bununla da qeyd edilən qayda və normalarının müddəalarının pozulması, nəticədə yuxarıda göstərilən magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin kəmərlərin istismarında çətinliklər törədəcəyi, eləcə də potensial təhlükə mənbəyinə çevriləcəyi, gələcəkdə kəmərin zədələnməsi və qaz sızmasının baş verməsi nəticəsində partlayışa, yanğına və digər bədbəxt hadisələrə səbəb ola biləcəyi bildirilmişdir. “Qaz İxrac” idarəsi X5 Kəməri Sahəsi “Qobustan QPS-nın” Qol qaz kəmərinin 2020-ci il tarixli texniki pasportunda göstərilir ki, həmin sahə 96 km məsafədə texniki xidmət göstərməklə qaz kəmərinin çəkildiyi borunun xarici diametti 159 mm, daxili diametri isə 144 dm, təyin edilmiş yol verilən işçi təzyiqi 3,5 MPa-dır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarında göstərilir ki, boru kəmərlərinin çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. “Qaz İxrac” idarəsi X5 Kəməri Sahəsi “Qobustan QPS-nın” Qol qaz kəmərinin 2020-ci il tarixli texniki pasportunda göstərilir ki, həmin sahə 96 km məsafədə texniki xidmət göstərməklə qaz kəmərinin çəkildiyi borunun xarici diametti 159 mm, daxili diametri isə 159 dm, təyin edilmiş yol verilən işçi təzyiqi 3,5 MPa-dır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 yanvar 2023-cü il tarixli 10/6035 saylı ekspert rəyində göstərilir ki, Qobustan şəhəri, X6 ərazisində yerləşən X1 məxsus tikinin “Qaz İxrac” idarəsi X5 Kəməri Sahəsinin istismarında olan “Qobustan QPS qolu” yüksək təzyiqli (12-15 atm) magistral qaz kəmərinin mühafizə zonasında inşa edildiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Qobustan bələdiyyəsinin 20 iyun 2006-cı il tarixli iclasının protokolunun 06 nömrəli qərarından çıxarışdan görünür ki, Qobustan bələdiyyəsinin alqısatqı predmeti olan 600.0 kv.m olan və ya 0,06 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədilə Cavabdeh satılması qərara alınmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 21 iyul 2016-cı il tarixdə verdiyi İN/L- 1663/2016 saylı lisenziyadan görünür ki, Qobustan şəhərində Cavabdeh Tofiq oğluna məxsus 1 mərtəbəli fərdi yaşayış evinin tikilməsinə icazə verilmişdir. N nömrəli hərbi hissə komandirinin N may N-ci il tarixə verdiyi AD ******* nömrəli şəxsi vəsiqənin surətindən görünür ki, Cavabdeh Tofiq oğlu Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq hərbi qulluqçudır. Müəyyən olundu ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”-nın tələbləri pozularaq “Qaz İxrac” İdarəsi Siyəzən Magistral X4 balans və istismarında olan 159 mm diametrli «Qobustan QPS qolu» yüksək təzyiqli (12-25 atm) yeraltı magistral qaz kəmərinin mühafizə zonasında, Qobustan şəhəri, X6 ərazisində kəmərdən 29 metr məsafədə fərdi yaşayış evi inşa etmişdir. Magistral qaz kəmərlərinin mühafizə zonalarında inşa edilmiş tikililərlə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məlumat verilmiş və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”-na əsasən magistral qaz kəmərinin orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası təyin edilmişdir. Həmin qaydalara əsasən mühafizə zonasında kəməri istismar edən hüquqi və fiziki şəxslərin Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı bir tikinti-quraşdırma işlərinin aparılması qəti qadağandır. Qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. Bundan əlavə, “Qaydalar”ın 2.23-cü bəndinin tələblərinə əsasən magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərini istismar edən orqanla razılaşdırılmalıdır. Belə bir razılaşma isə mövcud deyildir. Həmçinin Qaydaların 2.7-ci bəndinə əsasən, boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilmişdir və həmin qaydaların 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər tərəfindən Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işləri aparılması qadağan olduğu göstərilmişdir. Cavabdeh Tofiq oğlu həmin ərazidən Mərəzə bələdiyyəsinin 20 iyun 2006-cı il tarixli 06 saylı qərarı ilə 0,06 ha ölçüdə torpaq sahəsi verilmiş, Cavabdeh Tofiq oğlu ayrılmış 0,06 ha torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. Fərdi yaşayış evi inşa etdiyi torpaq sahəsi onun qanuni istifadəsindədir və həmin torpaq sahəsi ona bələdiyyənin qərarına əsasən satılıb və bu gün qərar qüvvədədir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Öneryıldız Türkiyəyə qarşı” 30 noyabr 2004-cü il tarixli məhkəmə işində göstərilir ki, “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da mülkiyyət hüquqları hesab edilə bilər. İstər daxili qanunlar tərəfindən şəxsi maraqların “hüquq” kimi tanınması, istərsə də bu qanunlar tərəfindən həmin marağın “mülkiyyət hüququ” hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət” hesab edilməsinin qarşısını almır. Şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmamasına baxmayaraq hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialları, evdəki daşınar əşyaların və evdəki bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur. Ərizəçinin tikdiyi ev onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından “mülkiyyət”ə bərabərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi v hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə belə nəticəyə gəlir ki, Qobustan bələdiyyəsinin 20 iyun 2006-cı il tarixli qərarı qüvvədə olduğundan və iddianın predmeti həmin sənədin mübahisələndirilməsi olmadığından iddiaçının Cavabdeh Tofiq oğluna məxsus fərdi yaşayış evinin öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılmasına dair tələbi əsassızdır. Göstərilən dövlət orqanı tərəfindən verilmiş aktlar mübahisələndirildikdən sonra nəticələndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Konstitusiyasının 29.1-ci maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Mülki Məsəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 240.1-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Həmin Məcəllənin 240.2-ci maddəsinə əsasən, torpaq sahəsinin, mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 240.3-cü maddəsinə əsasən, mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsi öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halların sübut edilməsi vəzifəsini tərəflərin üzərinə qoymuşdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə və istinad olunan hallara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməli, “Qaz İxrac” İdarəsinin Siyəzən Magistral X4 istismarında olan 159 mm diametrli «Qobustan QPS qolu» yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin və “Qobustan” QPS-nin mühafizə zonasında, Qobustan şəhəri, X6 ərazisində Cavabdeh Tofiq oğluna məxsus fərdi yaşayış evinin öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya qaytarılması tələbi əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid hesab edilsin və 100 manat ekspertiza xərci Dövlət Neft Şirkətinin “Qaz İxrac” idarəsindən alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. “Qaz İxrac” İdarəsinin Siyəzən Magistral X4 istismarında olan 159 mm diametrli «Qobustan QPS qolu» yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin və “Qobustan” QPS-nin mühafizə zonasında, Qobustan şəhəri, X6 ərazisində Cavabdeh Tofiq oğluna məxsus fərdi yaşayış evinin öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya qaytarılması tələbi əsassız olduğundan rədd edilsin. Mütəxəssis rəyinin verilməsi üçün çəkilən 100 manat ekspertiza xərci Dövlət Neft Şirkətinin “Qaz İxrac” idarəsindən alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar