Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № e-2(026)-305/2025 14.07.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki işə məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 10 aprel 2021-ci il tarixli, MAS-3528 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 06 fevral 2025-ci il tarixə 1186,81 manat gecikdirilmiş əsas, 114,42 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 424,67 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Khazar SD minik” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 5256,03 manat, ümumilikdə 6981,93 manat borc və ödənilmiş 89,82 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi (qanuni təmsilçi) X1 14 iyul 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, mülki iş üzrə proses dövründə Cavabdeh ilə İddiaçı MMC arasında razılıq əldə olunmuşdur. Odur ki, İddiaçı MMC-nin Cavabdeh qarşı qaldırdığı iddia ərizəsinin geri qaytarılması haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışlar. Məhkəmə iddiaçının iddia ərizəsinin geri qaytarılması barədə ərizəsini nəzərə alaraq belə qənaətə gəlir ki, iddia Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. MPM-in 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-in 260.1-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. MPM-in 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İşdəki dövlət rüsumunun ödənilməsi haqqında məlumatda göstərilmiş 05 fevral 2025-ci il tarixli, ********** nömrəli qəbz məlumatından görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-in 114.1.5-ci maddəsini nəzərə alan məhkəmə bildirir ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən MPM-in 114, 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası baxılmamış saxlanılsın. İddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №e-2(026)-305/2025
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №e-2(026)-305/2025
14.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver