Məhkəmə qərarları › İş №e-2(026)-33/2023

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-33/2023

07.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-33/2023 07.02.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin maliyyə arayışının tərtib edildiyi 19 avqust 2022-ci il tarixli 20 aprel 2017-ci il tarixli 779-GL/17 nömrəli müqavilə üzrə yaranmış 11120 manat gecikdirilmiş əsas borc və 6920,93 manat cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 300 manat olmaqla, cəmi 18340,93 manat pulun Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 19 avqust 2022-ci il tarixdə tərtib edilmiş maliyyə arayışına əsasən 20 aprel 2017-ci il tarixli 779-GL/17 nömrəli müqavilə üzrə yaranmış 11120 manat gecikdirilmiş əsas borc və 6920,93 manat cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 300 manat olmaqla, cəmi 18340,93 manat pulun Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddianı onunla əsaslandırmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış 20 aprel 2017-ci il tarixli 779-GL/17 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə kənd təsərrüfatı texnikasını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 19 avqust 2022-ci il tarixə 20 aprel 2017-ci il tarixli 779- GL/17 nömrəli müqavilə üzrə 11120 (on bir min bir yüz iyirmi) manat gecikdirilmiş əsas borcu və 6920,93 (altı min doqquz yüz iyirmi manat, 93 qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehə müvafiq pretenziya məktubu göndərilmiş, öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Ona görə də maliyyə arayışının tərtib edildiyi 19 avqust 2022-ci il tarixə 20 aprel 2017ci il tarixli 779-GL/17 nömrəli müqavilə üzrə yaranmış 11120 manat gecikdirilmiş əsas borc və 6920,93 manat cərimə borcu və hüquqi yardımla bağlı ödənilmiş 300 manatın, ümumilikdə 18340, 93 manat pulun Cavabdeh tutulub Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Vəkil məhkəmə məlumat göndərərək 07 fevral 2023-cü il tarixə təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərərək məhkəmə iclasının onun iştirakı olmadan baxılıb iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahat verərək göstərdi ki, 20 aprel 2017-ci il tarixdə 779-GL/17 nömrəli müqaviləyə əsasən "xxxx" ASC ("xxxx" ASC)-dən satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə, yəni 20 aprel 2023-cü il tarixə kimi ödəmək şərti ilə 19260,00 manat dəyərində olan SK-5ME-1 markalı kombaynı lizinqə götürmüşdür. "xxxx" ASC-nin hesabına 6535 manat ödəniş etmişdir. Əvvəllər iddiaçıya olan borcunu vaxtlı-vaxtında ödəniş etmiş, lakin son illər quraqlıq olduğundan taxıl məhsulları zəif olmuşdur, bu səbəbdən də "xxxx" ASC-yə olan borcunu ödəyə bilməmişdir. İddiaçıya olan borcunu ödəyəcəkdir. Lakin cərimənin azaldılmasını məhkəmədən xahiş etdi. Məhkəmə Cavabdeh izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış 20 aprel 2017-ci il tarixli 779-GL/17 nömrəli müqavilədən görünür ki, Cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə SK-5ME-1 markalı kombayn lizinqə verilmişdir. "xxxx" ASC-nin Qobustan rayon bölməsinin rəhbəri Ənvər Həmidovla lizinqə istəyən Cavabdeh tərəfindən 13 iyul 2015-ci il tarixdə tərtib olunmuş 1 nömrəli aktdan görünür ki, 187665 şassi nömrəli, 071982 mühərrik nömrəli, AZ10D533 dövlət nömrə nişanlı SK-5ME- 1 markalı kombayın Cavabdeh saz vəziyyətdə təhvil verilmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin 19 avqust 2022-ci il tarixli maliyyə arayışından görünür ki, lizinq alan Cavabdeh 20 aprel 2017-ci il tarixli 779-GL/17 nömrəli müqavilə üzrə 11120 (on bir min bir yüz iyirmi) manat gecikdirilmiş borcu və 6920,93 (altı min doqquz yüz iyirmi manat, 93 qəpik) manat cərimə borcu vardır. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin 30 avqust 2022-ci il tarixli pretenziyasından görünür ki, Cavabdeh lizinqdən irəli gələn ödənişlərin ödənilməsi üçün pretenziya göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 03 noyabr 2022-ci il tarixli 866593/01235 saylı ödəniş tapşırığından görünür ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Bakı şəhəri Mərkəzi Vəkil Bürosunun hesabına 300 manat hüquqi xidmət haqqı köçürülmüşdür. Həmin Məcəllənin 748-1.12.4-ci maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumundan azaddır. Hüquqi yardıma görə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ödənilmiş 300 manat Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ödənilməli və ödənilməli olan 145 manat dövlət rüsumu alınıb Qobustan rayon məhkəməsinin hesabına ödənilməlidir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış 20 aprel 2017-ci il tarixli 779-GL/17 nömrəli müqaviləyə əsasən Cavabdeh (lizinq alan) satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə kənd təsərrüfatı texnikasını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin 19 avqust 2022-ci il tarixə 20 aprel 2017-ci il tarixli 779-GL/17 nömrəli müqavilə üzrə 11120 (on bir min bir yüz iyirmi) manat gecikdirilmiş əsas borcu və 6920,93 (altı min doqquz yüz iyirmi manat, 93 qəpik) manat cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən lizinq alanın həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə lizinq alanın əmlak mənafelərini, ödəməli olduğu vəsaitin miqdarını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin müqavilə üzrə dəbbə pulunun 6920,93 manat hesablanması tənasübsüz dərəcədə yüksəkdir. Dəbbə pulunun 700 manat müəyyən edilməsi ədalətli və ağlabatandır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 20 aprel 2017-ci il tarixli 779-GL/17 nömrəli müqavilə üzrə 11120 manat gecikdirilmiş əsas borcu, 700 manat cərimə borcu və hüquqi yardımla bağlı ödənilmiş 300 manat alınıb iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə və ödənilməli olan 145 manat dövlət rüsumu alınıb Qobustan rayon məhkəməsinin hesabına ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 20 aprel 2017-ci il tarixli 779-GL/17 nömrəli müqavilə üzrə 11120 manat gecikdirilmiş əsas borcu, 700 manat cərimə borcu və hüquqi yardımla bağlı ödənilmiş 300 manat alınıb iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 145 manat ödənilməli olan dövlət rüsumu alınıb Qobustan rayon məhkəməsinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar