Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № e-2(026)-356/2025 13.05.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “borc tələbinə dair” kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24 mart 2023-cü il tarixli, MZK5787078 saylı borc müqaviləsinə əsasən 3120 manat əsas borc və 52 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3172 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 284-4.1.3-cü maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Hazırkı iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı tələbinin əsası kimi 24 mart 2023-cü il tarixli, MZK5787078 saylı müqaviləyə istinad etmiş, maliyyə arayışı və cavabdehə göndərilmiş pretenziya məktubu da həmin müqaviləyə istinad edilərək tərtib edilmişdir. Lakin iddiaçı tərəfindən öz tələbini təsdiq edən 24 mart 2023-cü il tarixli, MZK5787078 saylı müqavilə məhkəməyə təqdim olunmamış, həmin müqavilənin əvəzinə cavabdehlə bağlanmış 31 dekabr 2022-ci il tarixli, XRK6331351 saylı və 13 sentyabr 2023-cü il tarixli, XRK6354021 saylı müqavilələr iddia ərizəsinə əlavə olunmuşdur. MPM-in 284-4.2-ci maddəsinə əsasən, bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “borc tələbinə dair” kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qəbul olunmasından imtina edilməlidir. MPM-in 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Məhkəmə MPM-in 284-4.3-cü maddəsinə uyğun olaraq iddiaçıya izah edir ki, hazırkı qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilənlər iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. İşdəki ********** nömrəli, 06 may 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə İddiaçı MMC tərəfindən 52 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-in 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 52 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 114, 149-152, 263, 264 və 284-4-cü maddələrini rəhbər tutub QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “borc tələbinə dair” kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin qəbul olunmasından imtina edilsin. İddia ərizəsinin verilməsinə görə İddiaçı MMC tərəfindən ödənilmiş 52 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №e-2(026)-356/2025
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №e-2(026)-356/2025
13.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver