Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-36/2022 28.02.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Qobustan rayonunun Çalov kəndi ərazisindən keçən İddiaçı Ağsu X3 idarəsinin balansında və istismarında olan, diametri 57 mm-lik, orta təzyiqli qaz kəmərinin mühafizəsi zonasında inşa edilmiş tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi, kəmərin mühafizə zonasının bərpa edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Qobustan rayonunun Çalov kəndi ərazisindən keçən İddiaçı Ağsu X3 idarəsinin balansında və istismarında olan, diametri 57 mm-lik, orta təzyiqli qaz kəmərinin mühafizəsi zonasında inşa edilmiş tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi, kəmərin mühafizə zonasının bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Qobustan rayonunun Çalov kəndində yaşayan Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq Qobustan rayon Çalov kəndi ərazisindən keçən İddiaçı Ağsu RQİİ-in balansında və istismarında olan, diametri 57 mmlik, orta təzyiqli qaz kəmərinin mühafizə zonasında yaşayış evi inşa olunmuşdur. Cavabdeh tərəfindən inşa olunmuş tikili qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir. Kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və insan tələfatı ilə nəticələnə bilən digər bədbəxt hadisələrə səbəb ola bilər. Tikilinin inşa olunması qeyd olunan qaz kəmərinin texniki istismarına və təmirinə ciddi maneələr törətməklə yanaşı, həmin ətrafda yaşayan insanların həyatı və əmlakı üçün ciddi təhlükə yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları təhlükəsizlik tədbirləri qaydaları”na yeraltı qaz kəmərlərindən binalara və tikililərə qədər olan məsafəyə aid 2 nömrəli əlavədə orta təzyiqli qaz kəmərlərinin, bina və qurğuların özüllərinə qədər məsafəsi 4 metr, aşağı təzyiqli qaz kəmərlərinin məsafəsi isə 2 metr müəyyən edilmişdir. Həmin Qaydaların 2.13-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. Cavabdeh tərəfindən Qobustan rayonunun Çalov kəndi ərazisindən keçən, İddiaçı Ağsu X3 İdarəsinin balansında və istismarında olan, diametri 57 mm-lik, orta təzyiqli qaz kəmərinin mühafizə zonasında inşa edilən tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi və kəmərin mühafizə zonasının bərpa edilməsi bərədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Qobustan rayon məhkəməsinə ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh izahatında göstərdi ki, Qobustan rayonunun Çalov kəndində yaşayır və yaşadığı ev və tikililər 1980-ci ildə inşa olunmuşdur. Kəndə qaz xətti isə çox sonralar çəkilmişdir. Onun qonşuluğunda yaşayan qonşuların evinə qaz zəif getdiyinə görə qonşular 2000-ci ilin əvvəllərində onun həyətindən qaz xətti çəkmişlər. İddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, cavabdehin izahatını dinləyib, eləcə də işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş X4 üzrə Texniki Baxış Xidmətinin əməkdaşlarının tərtib etdikləri aktın surətindən görünür ki, Qobustan rayonunun Çalov kənd sakini Cavabdeh Qobustan rayon Çalov kəndi ərazisindən keçən İddiaçı Ağsu RQİİ-in balansında və istismarında olan, diametri 57 mm-lik, orta təzyiqli qaz kəmərinin mühafizə zonasında 10 metr məsafədə fərdi tikili inşa etmişdir. İddiaçı Ağsu X3 İdarəsinin Qobustan rayon Çalov kəndində istismarda olan D-57 mmlik aşağı təzyiqli paylayıcı qaz xəttinin Cavabdeh tərəfindən mühafizə zolağının pozulduğu hissəsinə dair çəkilmiş sxemindən götürür ki, 10 p/m parlayıcı qaz xətti Cavabdeh yardımçi tikilisinin altında qalmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 yanvar 2022-ci il tarixli 10/7252 saylı ekspert rəyində göstərilir ki, Cavabdeh Qobustan rayonunun Çalov kəndi ərazisində inşa etdirdiyi tikilinin İddiaçı Ağsu X3 İdarəsinin balansında və istismarında olan, diametri 57 mm-lik, orta təzyiqli qaz kəmərinin üzərində yerləşdiyini nəzərə alaraq, həmin tikilinin “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərinə əsasən qaz kəmərinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Müəyyən olundu ki, Qobustan rayonunun Çalov kəndi ərazisində Cavabdeh Nadi qızı tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları"nın tələbləri pozularaq İddiaçı balansında və istismarında olan, diametri 57 mmlik qaz kəmərinin mühafizə zonasında tikinti işləri həyata keçirildiyi aşkar edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazimi icazələr alınmadan və ya şəhər salma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən, əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr alınmayan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti əsasında sökülə bilər. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 1998-ci il tarixdə təsdiq etdiyi "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 2-ci hissəsinin tələblərinə görə qaz kəmərlərinin mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən göstərilən ərazidə cavabdehin hüquqları özbaşına tutduğu (zəbt etdiyi) və faktiki istifadəsində olan torpaq sahəsinə qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada tanına bilməz. Habelə cavabdehin mühafizə zonasında torpaq sahəsinin özünküləşdirilməsinə dair bağladığı hər hansı əqd həmin məcəllənin 109-cu maddəsinə uyğun olaraq etibarsızdır, eləcə də, həmin məcəllənin 110-cu maddəsinə əsasən cavabdeh torpaq qanunvericiliyinin pozulmasına görə məsuliyyət daşıyır. "Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 29 iyul 2000-ci il tarixli, 356 saylı Fərmanının 10cu bəndi ilə qaz kəmərləri keçən ərazilərdə qanunsuz tikililərin aparılması hallarının qarşısının qəti şəkildə alınması şəhər (rayon) icra hakimiyyəti orqanlarına tapşırılmışdır. Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən qötürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki Cavabdeh tərəfindən Qobustan rayonunun Çalov kəndi ərazisindən keçən İddiaçı Ağsu X3 idarəsinin balansında və istismarında olan, diametri 57 mm-lik, orta təzyiqli qaz kəmərinin mühafizəsi zonasında inşa edilmiş tikili cavabdehin vəsaiti hesabına sökülməli, kəmərin mühafizə zonası bərpa edilməli, ödənilmiş 10 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı cavabdehdən alınıb İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halların sübut edilməsi vəzifəsini tərəflərin üzərinə qoymuşdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh 100 manat ekspertiza xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən Qobustan rayonunun Çalov kəndi ərazisindən keçən İddiaçı Ağsu X3 idarəsinin balansında və istismarında olan, diametri 57 mm-lik, orta təzyiqli qaz kəmərinin mühafizəsi zonasında inşa edilmiş tikili cavabdehin vəsaiti hesabına sökülsün, kəmərin mühafizə zonası bərpa edilsin, ödənilmiş 10 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı cavabdehdən alınıb İddiaçınə ödənilsin. Cavabdeh 100 manat ekspertiza xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №e-2(026)-36/2022
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-36/2022
28.02.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver