Məhkəmə qərarları › İş №e-2(026)-360/2025

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-360/2025

04.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-360/2025 04.08.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, İbrahimova Nigar Mustafa qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən “LG” TV, zəmanət + 3 il xidməti üçün 3495,96 manat ödənilməmiş hissə, 349,6 manat dəbbə pulu; 21 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən “X1” üçün 455,94 manat ödənilməmiş hissə, 45,59 manat dəbbə pulu; 21 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu SJF25HK2GCY olan “İpad Pro 13”, “Hoffmann” radiator, zəmanət + 1 il xidməti üçün 4254 manat ödənilməmiş hissə, 425,4 manat dəbbə pulu olmaqla, ümumilikdə 9026,49 manat borcun və 110,27 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onunla bağladığı 21 oktyabr 2024-cü il, 21 oktyabr 2024-cü il və 12 noyabr 2024-cü il tarixli müqavilələrə əsasən “X1”, İMEİ kodu SJF25HK2GCY olan “İpad Pro 13”, “Hoffmann” radiator, zəmanət + 1 il xidməti, “LG” TV, zəmanət + 3 il xidməti almış, nəticədə ümumilikdə 9026,49 manat borc yaranmışdır. Cavabdeh 21 oktyabr 2024-cü il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alğı-satqı qiyməti 455,94 manat (yəni 18 ay x 25,33 manat + 0 manat ilkin ödəniş) olan “X1” üçün ümumilikdə 501,53 manat olmaqla, ondan 455,94 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 45,59 manat dəbbə; 21 oktyabr 2024-cü il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alğı-satqı qiyməti 5673,06 manat (yəni 18 ay x 261,67 manat + 963 manat ilkin ödəniş) olan “X1”, İMEİ kodu SJF25HK2GCY olan “İpad Pro 13”, “Hoffmann” radiator, zəmanət + 1 il xidməti üçün ümumilikdə 4679,4 manat olmaqla, ondan 4254 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 425,4 manat dəbbə; 12 noyabr 2024-cü il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alğısatqı qiyməti 4635,96 manat (yəni 12 ay x 291,33 manat + 1140 manat ilkin ödəniş) olan “LG” TV, zəmanət + 3 il xidməti üçün ümumilikdə 3845,56 manat olmaqla, ondan 3495,96 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 349,6 manat dəbbə borcu yaranmışdır. Cavabdeh 21 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən 21 oktyabr 2024cü il tarixində “X1”dan imtina etmiş və məhsul 456,06 manat qiymətləndirilib borcundan silinmişdir. Cavabdehin 21 oktyabr 2024-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 963 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 456,06 manat, digər müqavilə üzrə cəmi ödədiyi məbləğ 1140 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış 21 oktyabr 2024-cü il, 21 oktyabr 2024-cü il və 12 noyabr 2024-cü tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən 11 aprel il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslılığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışlar. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmələrinin mümkün olmadığını və məhkəmə iclasının onların iştirakı olmadan baxılmasına etirazları olmadığını, iddianı müdafiə etdiklərini bildirmiş, qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşdə surəti olan satıcı İddiaçı MMC ilə müştəri Cavabdeh arasında bağlanmış 21 oktyabr 2024-cü il tarixli, 18868091 nömrəli müqavilədən və həmin müqaviləyə əlavədən görünür ki, satıcı özünə məxsus olan əşyaları (İMEİ kodu SJF25HK2GCY olan “İpad Pro 13”, “Hoffmann” radiator, zəmanət + 1 il xidməti, “X1”) 18 ay müddətinə hər ay 261,67 manat ödəniş edilməsi şərti ilə, 963 manat ilkin ödəniş də daxil olmaqla, ümumilikdə 5673,06 manata nisyə satmışdır. Ödəniş cədvəlinin 2-ci bəndindən görünür ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2 faizədək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. İşdə surəti olan Cavabdeh maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 21 oktyabr 2024-cü il tarixli müqavilə üzrə 963 manat ödəniş etmiş, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 456,06 manat olmuş, ümumilikdə həmin müqavilə üzrə 1419,06 manat ödəniş etmişdir. Həmin müqavilə üzrə 4254 manat ödənilməmiş hissə, 425,4 manat cərimə olmaqla, ümumilikdə ödənilməmiş məbləğ 4679,4 manat təşkil edir. İşdə surəti olan satıcı İddiaçı MMC ilə müştəri Cavabdeh arasında bağlanmış 21 oktyabr 2024-cü il tarixli, 18868094 nömrəli müqavilədən və həmin müqaviləyə əlavədən görünür ki, satıcı özünə məxsus olan əşyaları (“X1”) 18 ay müddətinə hər ay 25,33 manat ödəniş edilməsi şərti ilə ümumilikdə 455,94 manata nisyə satmışdır. Ödəniş cədvəlinin 2ci bəndindən görünür ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2 faizədək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. İşdə surəti olan Cavabdeh maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 21 oktyabr 2024-cü il tarixli müqavilə üzrə ödəniş etməmişdir. Həmin müqavilə üzrə 455,94 manat ödənilməmiş hissə, 45,59 manat cərimə olmaqla, ümumilikdə ödənilməmiş məbləğ 501,53 manat təşkil edir. İşdə surəti olan satıcı İddiaçı MMC ilə müştəri Cavabdeh arasında bağlanmış 12 noyabr 2024-cü il tarixli, ********** nömrəli müqavilədən və həmin müqaviləyə əlavədən görünür ki, satıcı özünə məxsus olan əşyaları (“LG” TV, zəmanət + 3 il xidməti) 12 ay müddətinə hər ay 291,33 manat ödəniş edilməsi şərti ilə, 1140 manat ilkin ödəniş də daxil olmaqla, ümumilikdə 4635,96 manata nisyə satmışdır. Müqavilənin 3.5-ci bəndindən görünür ki, müştəri müqavilə üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2 faizədək həcmində mübahisəsiz olaraq penya ödəyir. İşdə surəti olan Cavabdeh maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 12 noyabr 2024-cü il tarixli müqavilə üzrə 1140 manat ödəniş etmişdir. Həmin müqavilə üzrə 3495,96 manat ödənilməmiş hissə, 349,6 manat cərimə olmaqla, ümumilikdə ödənilməmiş məbləğ 3845,56 manat təşkil edir. İşdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 11 aprel 2025-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. İşdə surəti olan 12 may 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 110,27 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin müəyyən edilmiş hallarına görə tərəflər arasında hissə-hissə ödəmək şərtilə nisyə alğı-satqı müqavilələri bağlanmış, hər üç müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən lazımi qaydada icra olunmamışdır. Belə ki, cavabdehin hər üç müqavilə üzrə icra edilməmiş öhdəlikləri qalmışdır ki, bu hal iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İşin müəyyən edilmiş hallarına qeyd edilən hüquq normalarını tətbiq edən məhkəmə bildirir ki, hissə-hissə ödəmə şərti ilə bağlanmış 21 oktyabr 2024-cü il tarixli, 18868091 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya ödənilməmiş 4254 manat məbləğində borcunun qalması öz təsdiqini tapdığından, iddiaçının cavabdehə qarşı gecikdirməyə görə cərimə tələb etmək hüququ mövcud olduğundan, həmin müqavilə üzrə tələb olunan 425,4 manat məbləğində cərimə əsas borca münasibətdə tənasübsüz dərəcədə yüksək olmadığından, eləcə də hissə-hissə ödəmə şərti ilə bağlanmış 21 oktyabr 2024-cü il tarixli, 18868094 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya ödənilməmiş 455,94 manat məbləğində borcunun qalması öz təsdiqini tapdığından, iddiaçının cavabdehə qarşı gecikdirməyə görə cərimə tələb etmək hüququ mövcud olduğundan, həmin müqavilə üzrə tələb olunan 45,59 manat məbləğində cərimə əsas borca münasibətdə tənasübsüz dərəcədə yüksək olmadığından, həmçinin hissə-hissə ödəmə şərti ilə bağlanmış 12 noyabr 2024-cü il tarixli, ********** nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya ödənilməmiş 3495,96 manat məbləğində borcunun qalması öz təsdiqini tapdığından, iddiaçının cavabdehə qarşı gecikdirməyə görə cərimə tələb etmək hüququ mövcud olduğundan, həmin müqavilə üzrə tələb olunan 349,6 manat məbləğində cərimə əsas borca münasibətdə tənasübsüz dərəcədə yüksək olmadığından, iddia təmin edilməli, 21 oktyabr 2024-cü il tarixli, 18868091 nömrəli müqavilə üzrə 4254 manat ödənilməmiş hissə, 425,4 manat cərimə olmaqla, cəmi 4679,4 manat pul; 21 oktyabr 2024-cü il tarixli, 18868094 nömrəli müqavilə üzrə 455,94 manat ödənilməmiş hissə, 45,59 manat cərimə olmaqla, cəmi 501,53 manat pul və 12 noyabr 2024-cü il tarixli, ********** nömrəli müqavilə üzrə 3495,96 maant ödənilməmiş hissə, 349,6 manat cərimə olmaqla, cəmi 3845,56 manat pul olmaqla, ümumilikdə 9026,49 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia təmin edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 110,27 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia təmin edilsin. 21 oktyabr 2024-cü il tarixli, 18868091 nömrəli müqavilə üzrə 4254 manat ödənilməmiş hissə, 425,4 manat cərimə olmaqla, cəmi 4679,4 manat pul; 21 oktyabr 2024-cü il tarixli, 18868094 nömrəli müqavilə üzrə 455,94 manat ödənilməmiş hissə, 45,59 manat cərimə olmaqla, cəmi 501,53 manat pul və 12 noyabr 2024-cü il tarixli, ********** nömrəli müqavilə üzrə 3495,96 maant ödənilməmiş hissə, 349,6 manat cərimə olmaqla, cəmi 3845,56 manat pul olmaqla, ümumilikdə 9026,49 manat məbləğində pul və 110,27 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar