Məhkəmə qərarları › İş №e-2(026)-382/2022

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-382/2022

30.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-382/2022 30.08.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı 5000 manat məbləğində vurulmuş zərər və 70 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 5000 manat məbləğində vurulmuş zərər və 70 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı ASC “Xalq” Bankının hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, “MİRSUBİSHİ PAJERO” markalı, 99UA048 dövlət nömrə nişanlı avtomobil 10 sentyabr 2019-cu ildən 10 sentyabr 2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə 09 sentyabr 2019-cu il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2020-ci il mart ayının 04-də Cavabdeh idarə etmək hüququ olmadan idarə etdiyi “MİRSUBİSHİ PAJERO” markalı, 99UA048 dövlət nömrə nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində “VAZ 2104“ markalı, 44BS495 dövlət nömrə nişanlı, “KİA OPTİMA” markalı, 10HO019 dövlət nömrə nişanlı və “HYUNDAİ ACCENT” markalı, 90MG745 avtomobillərlə toqquşmuşdur. Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı Nurlan Məmmədov tərəfindən 01 aprel 2020-ci il tarixində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.6-cı və 327.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. Abşeron DYPŞ-in 07 aprel 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı və 327.1-ci maddələri təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən 07 aprel 2020-ci il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “KİA OPTİMA” markalı, 10HO019 dövlət nömrə nişanlı avtomobilə 3200 manat məbləğində zərər dəydiyi, Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən 16 aprel 2020-ci il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “VAZ 2104“ markalı, 44BS495 dövlət nömrə nişanlı avtomobilə 180 manat məbləğində zərər dəydiyi və Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən 06 may 2020-ci il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “HYUNDAİ ACCENT” markalı, 90MG745 dövlət nömrə nişanlı avtomobilə 3200 manat məbləğində zərər dəydiyi müəyyən olunmuşdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat sığorta məbləği müəyyən edilmişdir. Həmin Qanununun 58.3-cü maddəsinə əsasən bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının bu Qanunun müvafiq olaraq 14.2-ci və (və ya) 15.3-cü maddələrində nəzərdə tutulmuş qaydada zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi bu Qanunun müvafiq olaraq 56.1.1-ci və (və ya) 56.1.2-ci maddələrində müəyyən edilmiş sığorta məbləğlərini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. Cavabdeh 5000 manat vurulmuş zərər və 70 manat dövlət rüsumunun alınıb iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Qobustan rayon məhkəməsinə ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Adil oğlu məhkəmə iclasında iddianı qəbul edərək izahatında göstərdi ki, 04 mart 2020-ci ildə idarə etmək hüququ olmadan idarə etdiyi “MİRSUBİSHİ PAJERO” markalı, 99UA048 dövlət nömrə nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində “VAZ 2104“ markalı, 44BS495 dövlət nömrə nişanlı, “KİA OPTİMA” markalı, 10HO019 dövlət nömrə nişanlı və “HYUNDAİ ACCENT” markalı, 90MG745 avtomobillərlə toqquşmuşdur. Nəticədə avtomobillərə ziyan dəymişdir. Hazırda heç bir yerdə işləmir. İşləyən zaman "xxxx" ASC-yə olan borcunu ödəyəcək. Məhkəmə Cavabdeh Adil oğlunun izahatını dinləyib, ekspertiza rəyini nəzərə alaraq eləcə də işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. "xxxx" ASC-nin icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “MİRSUBİSHİ PAJERO” markalı, 99UA048 dövlət nömrə nişanlı avtomobil 10 sentyabr 2019-cu ildən 10 sentyabr 2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Abşeron rayon polis şöbəsinin 01 aprel 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, Cavabdeh Adil oğlunun barəsində cinayət işinin başlanması rədd edilmiş, barəsində Azərbaycan Respublikası İXM-in 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq olunması üçün qərarın surəti aidiyyəri üzrə Abşeron rayon polis idarəsinin DYPŞyə göndərilmişdir. Abşeron rayon polis idarəsinin inzibati tənbehvermə haqqında 22 aprel 2020-ci il tarixli qərarından görünür ki, Cavabdeh Adil oğlu 04 mart 2020-ci il tarixdə saat 16:00-da idarə etdiyi “MİRSUBİSHİ PAJERO” markalı, 99UA048 dövlət nömrə nişanlı avtomobillə Azərbaycan Respublikası İXM-in 327.1 və 327.6-cı maddələri ilə inzibati xəta törətmişdir. Avtomobillərin texniki xidmət mərkəzinin 07 aprel 2020-ci il tarixli qüsur aktından görünür ki, “KİA OPTİMA” markalı, 10HO019 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində 3200 manat zərər vurulmuşdur. Avtomobillərin texniki xidmət mərkəzinin 16 aprel 2020-ci il tarixli qüsur aktından görünür ki, “VAZ 2104“ markalı, 44BS495 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində 180 manat zərər vurulmuşdur. Avtomobillərin texniki xidmət mərkəzinin 06 may 2020-ci il tarixli qüsur aktından görünür ki, “HYUNDAİ ACCENT” markalı, 90MG745 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində 3200 manat zərər vurulmuşdur. "xxxx" ASC-nin 10 sentyabr 2020-ci il tarixli sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının təhvil-təslim aktından görünür ki, "xxxx" ASC-dən sığorta ödənişini almaq üçün 10000 10206 nömrəli, 419841******5957 xüsusi nömrəli, AZ70HAJC******************** İBAN nömrəli kart X1 təhvil verilmişdir. "xxxx" ASC-nin 10 sentyabr 2020-ci il tarixli sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının təhvil-təslim aktından görünür ki, "xxxx" ASC-dən sığorta ödənişini almaq üçün 10000 10216 nömrəli, 419841******0152 xüsusi nömrəli, AZ91HAJC******************** İBAN nömrəli kart X2 təhvil verilmişdir. "xxxx" ASC-nin 11 noyabr 2020-ci il tarixli sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının təhvil-təslim aktından görünür ki, "xxxx" ASC-dən sığorta ödənişini almaq üçün 10000 11909 nömrəli, 123643******1433 xüsusi nömrəli, AZ50HAJC******************** İBAN nömrəli kart X3 təhvil verilmişdir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, "xxxx" ASC tərəfindən sığortalı “MİRSUBİSHİ PAJERO” markalı, 99UA048 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh idarə etmək hüququ olmadan idarə etdiyi “MİRSUBİSHİ PAJERO” markalı, 99UA048 dövlət nömrə nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində “VAZ 2104“ markalı, 44BS495 dövlət nömrə nişanlı, “KİA OPTİMA” markalı, 10HO019 dövlət nömrə nişanlı və “HYUNDAİ ACCENT” markalı, 90MG745 avtomobillərlə toqquşmuşdur. Abşeron DYPŞ-in 07 aprel 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı və 327.1-ci maddələri təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən 07 aprel 2020-ci il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “KİA OPTİMA” markalı, 10HO019 dövlət nömrə nişanlı avtomobilə 3200 manat məbləğində zərər dəydiyi, Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən 16 aprel 2020-ci il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “VAZ 2104“ markalı, 44BS495 dövlət nömrə nişanlı avtomobilə 180 manat məbləğində zərər dəydiyi və Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən 06 may 2020-ci il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “HYUNDAİ ACCENT” markalı, 90MG745 dövlət nömrə nişanlı avtomobilə 3200 manat məbləğində zərər dəydiyi müəyyən olunmuşdur. "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta ödənişi ödənilmişdir. Sığorta təşkilatı tərəfindən vəsaitin "xxxx" ASC-in bank hesabına ödənilməsi barədə cavabdehə müvafiq bildiriş göndərilmiş, lakin cavabdeh dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüquqların bərpası üçün çəkdiyi və ya çəkməli olduğu xərclər , əmlakdan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsində göstərilir ki, bu qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən aslı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Azərbaycan Respublikası MPM-in 191.3-cü maddəsinə əsasən avabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin maddənin 14.2-ci maddəsinə əsasən məhkəmə tərəflərin yalnız təqdim etdikləri sübutları araşdırlmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, "xxxx" ASC tərəfindən sığortalanmış avtomobillərə dəymiş zərərə görə ödənilmiş 5000 manat və 70 manat dövlət rüsumu Cavabdeh Adil oğlundan alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" ASC tərəfindən sığortalanmış avtomobillərə dəymiş zərərə görə ödənilmiş 5000 manat və 70 manat dövlət rüsumu Cavabdeh Adil oğlundan alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar