Məhkəmə qərarları › İş №e-2(026)-385/2022

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №e-2(026)-385/2022

25.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № e-2(026)-385/2022 25.08.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh 179 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinnə ödənilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 09 mart 2020-ci il tarixli müqavilə 18 mart 2021-ci il tarixində 01 saylı əlavəyə əsasən İMEİ KOD **********11270 SAMSUNG GALAXY A51 markalı telefon üçün 95 manat ödənilməmiş hissə, 9 manat cərimə pulu, 13 avqust 2019-cu il tarixli müqaviləyə əsasən 28 mart 2021-ci il tarixli 01 saylı əlavəyə əsasən İMEİ KOD **********83505 SAMSUNG GALAXY A50 markalı telefon üçün 69 manat ödənilməmiş hissə və 6 manat cərimə olmaqla ümumilikdə 179 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb “ABC Telecom" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsinə dair iddia ərizəsi ilə Qobustan rayon məhkəməsinə müraciət etmişdir. İddiaçı “ABC Telecom" Məhdud Məsuliyyətli Cəmiyyətinin problemli kreditlər departamentinin rəhbərliyi məhkəməyə ərizə göndərərək borclu tərəfindən borc öhdəliyi yerinə yetirildiyi üçün iddia ərizəsinin və ərizəyə əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iş üzrə icraatı baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-in 152,263,264 və 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh 179 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinnə ödənilməsinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Qobustan rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar