Məhkəmə qərarları › İş №e-2(026)-39/2025

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-39/2025

02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-39/2025 02.04.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat məbləğində vurulmuş zərər və 70 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 5030 manatın alınaraq iddiaçının hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Mercedes Benz E240” markalı, **-XU- *** dövlət nömrə nişanlı avtomobil 18 dekabr 2020-ci ildən 18 dekabr 2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə 18 dekabr 2020-ci il tarixli, PXA********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2021-ci il iyulun 22-də Cavabdeh idarəetmə hüququ olmadan idarə etdiyi “Mercedes Benz E240” markalı, **-XU- *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, B.Əliyev küçəsində “BAİC” markalı, **- PZ-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Qaradağ DYPŞ-nin 28 iyul 2021ci il tarixli, İXP0198281 nömrəli inzibati xəta haqqında protokoluna əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü (bu Məcəllənin 332.2-ci maddəsində (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə) və 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Qaradağ DYPŞ-in 12 noyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXMnin 332.4-cü və 332.1-ci maddələri ilə təqsirli bilinmişdir. Başqa sözlə, vurulmuş zərərin məhz cavabdehin təqsiri nəticəsində baş verməsi inzibati xəta ilə müəyyən edilərək, təsdiqini tapmışdır. "xxxx" MMC tərəfindən verilmiş akta əsasən hadisə nəticəsində “BAİC” markalı, **-PZ-*** dövlət nömrə nişanlı avtomobilə 11883 manat məbləğində ziyan dəymişdir. “BAİC” markalı, **-PZ-*** dövlət nömrə nişanlı avtomobil "xxxx" ASC-də könüllü sığorta növündə sığortalandığından sonuncu tərəfindən “Mercedes Benz E240” markalı, **-XU-*** dövlət nömrə nişanlı avtomobilin icbari sığorta növündə "xxxx" ASC-də sığortalandığı üçün müraciət etmişdir. "xxxx" ASC “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 56.1.2-ci maddəsinə əsasən "xxxx" ASC-yə 26 yanvar 2022-ci il tarixində 598 nömrəli ödəniş tapşırığı ilə 5000 manat məbləğində sığorta ödənişi etmişdir. Sonradan iddiaçı "xxxx" ASC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat məbləğində vurulmuş zərərin və 70 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 5070 manatın alınaraq iddiaçının hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışlar. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, baxış iclasının iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) MPM-in 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdəki "xxxx" ASC tərəfindən verilmiş icbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, 18 dekabr 2020-ci il tarixdən qüvvəyə minən və 1 il müddətinə bağlanılan PXA********** seriya nömrəli müqavilə üzrə sığortaçı "xxxx" ASC, sığortalı X2, avtonəqliyyat vasitəsi “Mercedes Benz E240” markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeyd edilmiş, sığorta məbləği 5000 manat nəzərdə tutulmuşdur. İşdəki avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, Qaradağ rayon DYPŞ bildirir ki, 22 iyul 2021-ci il tarixdə, saat 20:28 dəqiqədə Sahil qəsəbəsi, B.Əliyev küçəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisənin baş verməsində təqsiri olan şəxs Cavabdeh olmuş, o, “Mercedes Benz E240” markalı, **-XU- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş, onun həmin nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində X3 tərəfindən idarə olunan “BAİC” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. İşdə surəti olan Qaradağ rayon DYPŞ-nin 12 noyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh 22 iyul 2021-ci il tarixində, saat 20:28də Sahil qəsəbəsində “Mercedes Benz E240” markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Cavabdeh İXM-in 332.1-ci və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarından görünür ki, "xxxx" ASC-də sığortalanmış “BAİC” markalı, **-PZ- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 11883 manat məbləğində zərər dəymişdir. Hadisənin baş verməsində təqsirli olan şəxsin idarə etdiyi nəqliyyat vasitəsi "xxxx"xxxx"xxxx"xxxx"xxxx" ASC-yə 5000 manat məbləğində pul vəsaitinin onların hesabına köçürülməsi barədə məktub göndərilmişdir. İşdəki "xxxx" ASC tərəfindən tərtib edilmiş PXA101932 nömrəli sığorta aktının surətindən görünür ki, 22 iyul 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X1 məxsus olan və Cavabdeh tərəfindən idarə olunan “Mercedes Benz E240” markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşma zamanı “BAİC” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə "xxxx" ASC-yə 5000 manat məbləğində sığorta ödənişi ödənilməlidir. İşdəki 26 yanvar 2022-ci il tarixli, 598 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx"xxxx"xxxx" ASC-yə məxsus hesaba 26 yanvar 2022-ci ildə 5000 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. İşdəki dövlət rüsumunun ödənilməsi haqqında məlumatdan görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçı sığorta müqaviləsi üzrə öhdəliyini icra etmiş, yəni ümumilikdə 5000 manat sığorta ödənişini həyata keçirmiş və subroqasiya hüququndan istifadə edərək hazırkı iş üzrə iddianı vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. İş materiallarından görünür ki, yol-nəqliyyat hadisəsi baş verən zaman iddiaçıda sığortalanmış “Mercedes Benz E240” markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə iki yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi, cavabdehin İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən olunaraq onun barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmuşdur. İXM-in istinad olunan 332.4-cü maddəsi göndərici xarakterli norma olub İXM-in 332.2-ci maddəsindən irəli gəlir, həmin Məcəllənin 332.2-ci maddəsi isə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə məsuliyyəti nəzərdə tutur. Bu isə hadisə baş verən zaman cavabdehin sığortalanmış nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığını göstərir. İddiaçı onda sığortalanmış nəqliyyat vasitəsinin törətdiyi yol-nəqliyyat hadisəsinə görə zərərçəkmiş şəxsin sığortaçısı "xxxx" ASC-yə 5000 manat məbləğində sığorta ödənişi etmiş, bununla bağlı təsdiqedici sənədləri iddia ərizəsinə əlavə etmişdir. Bu baxımdan məhkəmə bildirir ki, iddiaçı "xxxx" ASC-nin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinin tələbinə görə Cavabdeh icra edilmiş 5000 manat məbləğində sığorta ödənişini geriyə tələb etmək (subroqasiya) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən hazırkı iş üzrə iddiaçının subroqasiya hüququ cavabdehin icbari sığorta müqaviləsində göstərilən “Mercedes Benz E240” markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmadığı halda yarana bilər. Hazırkı işin müəyyən edilmiş hallarından göründüyü kimi isə cavabdehin yol-nəqliyyat hadisəsinin baş verdiyi zaman həmin sığortalanmış nəqliyyat vasitəsini idarə etmək hüququ olmamış, bununla bağlı olaraq inzibati tənbeh tədbiri də tətbiq olunmuşdur. Qeyd edilənlər iddiaçının cavabdehə qarşı “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə uyğun subroqasiya hüququnun yarandığını təsdiq edir. Ona görə də iddia tələbi təmin edilməli, iddiaçı tərəfindən icra edilmiş sığorta ödənişinin əvəzi kimi 5000 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia tələbi təmin edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 70 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, iddiaçı tərəfindən icra edilmiş sığorta ödənişinin əvəzi kimi 5000 manat məbləğində pul və 70 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı tərəfindən icra edilmiş sığorta ödənişinin əvəzi kimi 5000 manat məbləğində pul və 70 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar