Məhkəmə qərarları › İş №e-2(026)-419/2023

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №e-2(026)-419/2023

28.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № e-2(026)-419/2023 28.08.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh 06 aprel 2022-ci il tarixli müqaviləyə əsasən ətçəkən panasonic üçün 315,08 manat ödənilməmiş hissə, 31,92 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçı "xxxx" MMC-yə ödənilməsi tələbinə dair mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 06 aprel 2022-ci il tarixli müqaviləyə əsasən ətçəkən panasonic üçün 315,08 manat ödənilməmiş hissə, 31,92 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçı "xxxx" MMC-yə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Qobustan rayon məhkəməsinə müraciət etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə ərizə göndərərək borclu tərəfindən borc öhdəliyi yerinə yetirildiyi üçün mülki işin baxılmamış saxlanılması, iddia ərizəsinin, ona əlavə olunmuş sənədlərin və 30 manat ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iş üzrə icraatı baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-in 152,263,264 və 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh 06 aprel 2022-ci il tarixli müqaviləyə əsasən ətçəkən panasonic üçün 315,08 manat ödənilməmiş hissə, 31,92 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu "xxxx" MMC-yə geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Qobustan rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar