Məhkəmə qərarları › İş №e-2(026)-505/2023

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-505/2023

19.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-505/2023 19.10.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Qobustan Rayon Məhkəməsinin hakimi Quliyev Mirələm Qoçu oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Qobustan Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh S3K5669472 nömrəli , 17 aprel 2019-cu il tarixli müqavilə üzrə 542 manat əsas, 162 manat dəbbə pulu, S3K5670848 nömrəli, 06 sentyabr 2019-cu il tarixli müqavilə üzrə 75 manat əsas, 22 manat dəbbə pulu, S3K55776791 nömrəli, 17 noyabr 2019-cu il tarixli müqavilə üzrə 800 manat əsas, 240 manat dəbbə pulu, S3K5833319 nömrəli 04 aprel 2020-ci il tarixli müqavilə üzrə 119 manat əsas, 35 manat dəbbə pulu və 40 manat məbləğində ödənilmiş dövlət rüsumu alınıb İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 17 aprel 2019-cu il, 06 sentyabr 2019-cu il, 178 noyabr 2019-cu il və 04 aprel 2020-ci il tarixlərdə Cavabdeh ilə S3K5669472 nömrəli, S3K5670848 nömrəli, S3K55776791 nömrəli və S3K5833319 nömrəli hissə-hissə ödənişlə alqı-satqı müqavilələri bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən S3K5669472 nömrəli müqavilə üzrə 1550 manat dəyəri olan 1 ədəd “Beko” markalı soyuducu və 1 ədəd “Beko” markalı televizor, S3K5670848 nömrəli müqavilə üzrə 577 manat dəyəri olan 1 ədəd “Beko” markalı televizor, S3K55776791 nömrəli müqavilə üzrə 1200 manat dəyəri olan 1 ədəd “Beko” markalı paltaryuyan və 1 ədəd “Beko” markalı tozsoran, S3K5833319 nömrəli müqavilə üzrə 179 manat dəyəri olan 1 ədəd “Riffel” markalı minisoba alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.1, 2.2-ci maddəsinə əsasən alıcı S3K5669472 nömrəli müqavilə üzrə 38 manat ilkin ödəniş olmaqla, qalan 1512 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 24 ay müddətinə, aylıq 63 manat olmaqla, hər ayın 16-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür.Alıcı S3K5670848 nömrəli müqavilə üzrə 1 manat ilkin ödəniş olmaqla, qalan 576 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 18 ay müddətinə, aylıq 32 manat olmaqla, hər ayın 05-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür.Alıcı S3K55776791 nömrəli müqavilə üzrə 0 manat ilkin ödəniş olmaqla, qalan 1200 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 24 ay müddətinə, aylıq 50 manat olmaqla, hər ayın 16-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür.Alıcı S3K5833319 nömrəli müqavilə üzrə 0 manat ilkin ödəniş olmaqla, qalan 179 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 18 ay müddətinə, aylıq 10 manat olmaqla, hər ayın 03-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.4-cü maddəsinə əsasən alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1%-i həcmində satıcının xeyrinə cərimə (dəbbə pulu) ödəyir. Müqavilənin 4.1-ci maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıq əsasında həll edilir. Qarşılıqlı razılıq əsasında həll ediməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq məhkəmələr tərəfindən həll edilir. Alıcı tərəfindən müqavilə üzrə öhdəliklər lazımı qaydada icra edilməmiş və nəticədə onun S3K5669472 nömrəli, 17 aprel 2019-cu il tarixli müqavilə üzrə 542 manat əsas, 162 manat dəbbə pulu olmaqla, 704 manat, S3K5670848 nömrəli, 06 sentyabr 2019-cu il tarixli müqavilə üzrə 75 manat əsas, 22 manat dəbbə pulu olmaqla, 97 manat, S3K55776791 nömrəli, 17 noyabr 2019-cu il tarixli müqavilə üzrə 800 manat əsas, 240 manat dəbbə pulu olmaqla 1040 manat, S3K5833319 nömrəli 04 aprel 2020-ci il tarixli müqavilə üzrə 119 manat əsas, 35 manat dəbbə pulu olmaqla, 154 manat borc yaranmışdır. Alıcı tərəfindən S3K5669472 nömrəli, 17 aprel 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 25 manat ödəniş; S3K5670848 nömrəli, 06 sentyabr 2019-cu il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixdə 25 manat ödəniş; S3K55776791 nömrəli, 17 noyabr 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 50 manat ödəniş; S3K5833319 nömrəli 04 aprel 2020-ci il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 10 manat ödəniş edilmişdir. Dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və xx.xx.2023-cü il tarixdə məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Cavabdeh ilə İddiaçı arasında bağlanmış S3K5669472 nömrəli, 17 aprel 2019-cu il tarixli, S3K5670848 nömrəli, 06 sentyabr 2019-cu il tarixli, S3K55776791 nömrəli, 17 noyabr 2019-cu il tarixli, S3K5833319 nömrəli, 04 aprel 2020-ci il tarixli hissə-hissə ödəniş müqavilələrindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında hissə-hissə ödəniş müqaviləsi bağlanmışdır. İşdə olan 26 avqust 2023-cü il tarixli tarixli pretenziya məktubunun surətində görünür ki, Cavabdeh borcun ödənilməsi üçün xəbərdarlıq edilmişdir. İşdə olan 06 sentyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın İddiaçı S3K5669472 nömrəli, 17 aprel 2019-cu il tarixli müqavilə üzrə 542 manat əsas, 162 manat dəbbə pulu olmaqla, 704 manat, S3K5670848 nömrəli, 06 sentyabr 2019-cu il tarixli müqavilə üzrə 75 manat əsas, 22 manat dəbbə pulu olmaqla, 97 manat, S3K55776791 nömrəli, 17 noyabr 2019-cu il tarixli müqavilə üzrə 800 manat əsas, 240 manat dəbbə pulu olmaqla 1040 manat, S3K5833319 nömrəli 04 aprel 2020-ci il tarixli müqavilə üzrə 119 manat əsas, 35 manat dəbbə pulu olmaqla, 154 manat borcu vardır. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş kredit öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənnin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh S3K5669472 nömrəli , 17 aprel 2019-cu il tarixli müqavilə üzrə 542 manat əsas, 162 manat dəbbə pulu, S3K5670848 nömrəli, 06 sentyabr 2019-cu il tarixli müqavilə üzrə 75 manat əsas, 22 manat dəbbə pulu, S3K55776791 nömrəli, 17 noyabr 2019-cu il tarixli müqavilə üzrə 800 manat əsas, 240 manat dəbbə pulu, S3K5833319 nömrəli 04 aprel 2020-ci il tarixli müqavilə üzrə 119 manat əsas, 35 manat dəbbə pulu və 40 manat məbləğində ödənilmiş dövlət rüsumualınıb İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh S3K5669472 nömrəli , 17 aprel 2019-cu il tarixli müqavilə üzrə 542 manat əsas, 162 manat dəbbə pulu, S3K5670848 nömrəli, 06 sentyabr 2019-cu il tarixli müqavilə üzrə 75 manat əsas, 22 manat dəbbə pulu, S3K55776791 nömrəli, 17 noyabr 2019-cu il tarixli müqavilə üzrə 800 manat əsas, 240 manat dəbbə pulu, S3K5833319 nömrəli 04 aprel 2020-ci il tarixli müqavilə üzrə 119 manat əsas, 35 manat dəbbə pulu və 40 manat məbləğində ödənilmiş dövlət rüsumu alınıb İddiaçı xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar