Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-52/2024 03.04.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh 20 oktyabr 2023-cü il tarixə 12108 manat gecikdirilmiş borcun, hesablanmış 4308,31 manat cərimə borcunun və hüquqi yardımla bağlı 500 manat pul vəsaitinin tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh 20 oktyabr 2023-cü il tarixə 12108 manat gecikdirilmiş borcun, hesablanmış 4308,31 manat cərimə borcunun və hüquqi yardımla bağlı 500 manat pul vəsaitinin tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 23 fevral 2016-cı il tarixli 415-GL/16 nömrəli müqaviləyə əsasən borclu kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 20 oktyabr 2023-cü il tarixə 23 fevral 2016-cı il tarixli 415-GL/16 nömrəli müqavilə üzrə 12108,00 manat gecikdirilmiş borcu və hesablanmış 4308,31 manat cərimə borcu yaranmışdır. Cavabdeh öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq ödənişlər yerinə yetirilməmişdir. Hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 500 manat müəyyənləşdirilmişdir. 23 fevral 2016-cı il tarixli 415-GL/16 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi 20 oktyabr 2023-cü il tarixə 12108,00 (on iki min bir yüz səkkiz) manat gecikdirilmiş borcun, hesablanmış 4308,31 manat cərimə borcunun və hüquqi yardımla bağlı 500 manat olmaqla, cəmi: 16916,31 manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Müəyyən olundu ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 23 fevral 2016-cı il tarixli 415-GL/16 nömrəli müqaviləyə əsasən Cavabdeh kənd təsərrüfatı texnikalarını lizinqə götürmüş və müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 20 oktyabr 2023-cü il tarixə 23 fevral 2016-cı il tarixli 415-GL/16 nömrəli müqavilə üzrə 12108,00 manat gecikdirilmiş borcu və hesablanmış 4308,31 manat cərimə borcu yaranmışdır. Cavabdeh öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq ödənişlər yerinə yetirilməmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 23 fevral 2016-cı il tarixli 415-GL/16 nömrəli müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 921194 mühərrik nömrəli, ******* şassi nömrəli, 90K- 777 dövlət nömrə nişanlı “traktor Belarus-892” markalı, ********* mühərrik nömrəli, ********* şassi nömrəli, 90K-850 dövlət nömrə nişanlı “kombayn taxılyığan New Holland TC 5050, 152998 şassi nömrəli “Kotan 4 gövdəli asma AG-MP 14-4 və 152668 şassi nömrəli “taxılsəpən gübrəsəpən AGHBM-N24 markalı kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 20 oktyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 23 fevral 2016-cı il tarixli 415-GL/16 nömrəli müqavilə üzrə 12108,00 manat gecikdirilmiş və 4308,31 manat cərimə borcu yaranmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 07 noyabr 2023-cü il tarixli 3-22-2/2-G-16-1231/2023 saylı pretenziya məktubundan görünür ki, borcun ödənilməsi Cavabdeh bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 748-1.12.4-ci maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh 12108 manat gecikdirilmiş borc, 4308,31 manat cərimə borcu və hüquqi yardımla bağlı ödənilmiş 500 manat pul vəsaitinin tutulub iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 12108 manat gecikdirilmiş borc, 4308,31 manat cərimə borcu və hüquqi yardımla bağlı ödənilmiş 500 manat pul vəsaitinin tutulub iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. 140,75 manat dövlət rüsumu Cavabdeh alınıb Qobustan rayon məhkəməsinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №e-2(026)-52/2024
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-52/2024
03.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver