Məhkəmə qərarları › İş №e-2(026)-535/2025

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-535/2025

20.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-535/2025 20.10.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 mart 2024-cü il tarixli müqaviləyə əsasən qızıl zəmanət ultra 3 il xidməti, İMEİ kodu **********57443 olan “X1 13” markalı telefon üçün 242 manat ödənilməmiş hissə, 24,2 manat dəbbə pulu; 06 sentyabr 2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********12747 olan “Poco M6” markalı telefon üçün 206,3 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat rüsum, 20,63 manat dəbbə pulu; 02 dekabr 2024-cü il tarixli müqaviləyə əsasən qızıl zəmanət ultra 1 il xidməti, İMEİ kodu **********55742 olan “İphone 15” markalı telefon üçün 2729,48 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat rüsum, 272,95 manat dəbbə pulu; 13 dekabr 2024-cü il tarixli müqaviləyə əsasən “Apple 20W USB-C” adapter, qızıl zəmanət ultra 1 il xidməti, İMEİ kodu **********26757 olan “İphone 13” markalı telefon üçün 1366,64 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat rüsum, 136,66 manat dəbbə pulu olmaqla, ümumilikdə 5069,66 manat borcun və 70,7 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onunla bağladığı 08 mart 2024-cü il, 06 sentyabr 2024-cü il, 02 dekabr 2024-cü il və 13 dekabr 2024-cü il tarixli müqavilələrə əsasən qızıl zəmanət ultra 3 il xidməti, İMEİ kodu **********57443 olan “X1 13” markalı telefon, İMEİ kodu **********12747 olan “Poco M6” markalı telefon, qızıl zəmanət ultra 1 il xidməti, İMEİ kodu **********55742 olan “İphone 15” markalı telefon, “Apple 20W USB-C” adapter, qızıl zəmanət ultra 1 il xidməti, İMEİ kodu **********26757 olan “İphone 13” markalı telefon almış, nəticədə ümumilikdə 5069,66 manat borc yaranmışdır. Cavabdeh 08 mart 2024-cü il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alğı-satqı qiyməti 600,66 manat (yəni 18 ay x 33,37 manat + 0 manat ilkin ödəniş) olan qızıl zəmanət ultra 3 il xidməti, İMEİ kodu **********57443 olan “X1 13” markalı telefon üçün ümumilikdə 266,2 manat olmaqla, ondan 242 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 24,2 manat dəbbə; 06 sentyabr 2024-cü il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alğı-satqı qiyməti 399,96 manat (yəni 12 ay x 33,33 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********12747 olan “Poco M6” markalı telefon üçün ümumilikdə 250,53 manat olmaqla, ondan 206,3 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat rüsum, müştəriyə güzəşt olunaraq 20,63 manat dəbbə; 02 dekabr 2024-cü il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alğı-satqı qiyməti 2737,98 manat (yəni 18 ay x 152,11 manat + 0 manat ilkin ödəniş) olan qızıl zəmanət ultra 1 il xidməti, İMEİ kodu **********55742 olan “İphone 15” markalı telefon üçün ümumilikdə 3026,03 manat olmaqla, ondan 2729,48 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat rüsum, müştəriyə güzəşt olunaraq 272,95 manat dəbbə borcu; 13 dekabr 2024-cü il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alğı-satqı qiyməti 1513,64 manat (yəni 18 ay x 114,47 manat + 140 manat ilkin ödəniş) olan “Apple 20W USB-C” adapter, qızıl zəmanət ultra 1 il xidməti, İMEİ kodu **********26757 olan “İphone 13” markalı telefon üçün ümumilikdə 1526,9 manat olmaqla, ondan 1366,64 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat rüsum, müştəriyə güzəşt olunaraq 136,66 manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 707,82 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış 08 mart 2024-cü il, 06 sentyabr 2024-cü il, 02 dekabr 2024-cü il və 13 dekabr 2024-cü tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən 12 avqust 2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslılığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Müştəri müqavilənin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hal(lar)da İddiaçı MMC malın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tətbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. Müştərinin adının riskli müştərilər siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Məhkəmə iclaslarının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışlar. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmələrinin mümkün olmadığını və məhkəmə iclasının onların iştirakı olmadan baxılmasına etirazları olmadığını, iddianı müdafiə etdiklərini bildirmiş, qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşdə surəti olan satıcı İddiaçı MMC ilə müştəri Cavabdeh arasında bağlanmış 08 mart 2024-cü il tarixli, 04806386 nömrəli müqavilədən və həmin müqaviləyə əlavədən görünür ki, satıcı özünə məxsus olan əşyaları (qızıl zəmanət ultra 3 il xidməti, İMEİ kodu **********57443 olan “X1 13” markalı telefon) 18 ay müddətinə hər ay 33,37 manat ödəniş edilməsi şərti ilə, ümumilikdə 600,66 manata nisyə satmışdır. Ödəniş cədvəlinin 2-ci bəndindən görünür ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizədək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. İşdə surəti olan Cavabdeh maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 08 mart 2024-cü il tarixli müqavilə üzrə 358,66 manat ödəniş etmişdir. Həmin müqavilə üzrə 242 manat ödənilməmiş hissə, 24,2 manat cərimə olmaqla, ümumilikdə ödənilməmiş məbləğ 266,2 manat təşkil edir. İşdə surəti olan satıcı İddiaçı MMC ilə müştəri Cavabdeh arasında bağlanmış 06 sentyabr 2024-cü il tarixli, 10801491 nömrəli müqavilədən və həmin müqaviləyə əlavədən görünür ki, satıcı özünə məxsus olan əşyaları (İMEİ kodu **********12747 olan “Poco M6” markalı telefon) 12 ay müddətinə hər ay 33,33 manat ödəniş edilməsi şərti ilə ümumilikdə 399,96 manata nisyə satmışdır. Müqavilənin 3.4-cü bəndinə əsasən, müştəri müqavilənin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hal(lar)da İddiaçı MMCnin malın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tətbiq edə, müştərinin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Müqavilənin 3.5-ci bəndinə əsasən, müqavilənin 3.4-cü və 3.14-cü bəndlərinin icrası ilə əlaqədar İddiaçı MMC əlavə ödənişlər tələb edə bilər. Ödəniş cədvəlinin 2-ci bəndindən görünür ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2 faizədək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. İşdə surəti olan Cavabdeh maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 06 sentyabr 2024-cü il tarixli müqavilə üzrə 193,66 manat ödəniş etmişdir. Həmin müqavilə üzrə 206,3 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat rüsum, 20,63 manat cərimə olmaqla, ümumilikdə ödənilməmiş məbləğ 250,53 manat təşkil edir. İşdə surəti olan satıcı İddiaçı MMC ilə müştəri Cavabdeh arasında bağlanmış 06 sentyabr 2024-cü il tarixli müqavilə üzrə 02 dekabr 2024-cü il tarixli razılaşmadan, bildirişdən, təhvil-təslim aktından və ödəniş cədvəlindən görünür ki, satıcı özünə məxsus olan əşyaları (qızıl zəmanət ultra 1 il xidməti, İMEİ kodu **********55742 olan “İphone 15” markalı telefon) 18 ay müddətinə hər ay 152,11 manat ödəniş edilməsi şərti ilə ümumilikdə 2737,98 manata nisyə satmışdır. İşdə surəti olan Cavabdeh maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 02 dekabr 2024-cü il tarixli müqavilə üzrə 8,5 manat ödəniş etmişdir. Həmin müqavilə üzrə 2729,48 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat rüsum, 272,95 manat cərimə olmaqla, ümumilikdə ödənilməmiş məbləğ 3026,03 manat təşkil edir. İşdə surəti olan satıcı İddiaçı MMC ilə müştəri Cavabdeh arasında bağlanmış 06 sentyabr 2024-cü il tarixli müqavilə üzrə 13 dekabr 2024-cü il tarixli razılaşmadan, bildirişdən, təhvil-təslim aktından və ödəniş cədvəlindən görünür ki, satıcı özünə məxsus olan əşyaları (“Apple 20W USB-C” adapter, qızıl zəmanət ultra 1 il xidməti, İMEİ kodu **********26757 olan “İphone 13” markalı telefon) 12 ay müddətinə hər ay 114,47 manat ödəniş edilməsi şərti ilə, 140 manat ilkin ödəniş də daxil olmaqla, ümumilikdə 1513,64 manata nisyə satmışdır. İşdə surəti olan Cavabdeh maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 13 dekabr 2024-cü il tarixli müqavilə üzrə 147 manat ödəniş etmişdir. Həmin müqavilə üzrə 1366,64 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat rüsum, 136,66 manat cərimə olmaqla, ümumilikdə ödənilməmiş məbləğ 1526,9 manat təşkil edir. İşdə surəti olan İddiaçı MMC-nin 27 avqust 2025-ci il tarixli arayışından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh nisyə alğı-satqı müqaviləsi əsasında satılmış İMEİ kodu **********55742 olan “İphone 15” markalı telefonun, İMEİ kodu **********26757 olan “İphone 13” markalı telefonun və İMEİ kodu **********12747 olan “Poco M6” markalı telefonun açılıb-bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə hər bir telefon üçün 23,6 manat, ümumilikdə 70,8 manat pul ödənilmişdir. İşdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 12 avqust 2025-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. İşdə surəti olan 30 avqust 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 70,7 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin müəyyən edilmiş hallarına görə tərəflər arasında hissə-hissə ödəmək şərtilə nisyə alğı-satqı müqavilələri bağlanmış, hər dörd müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən lazımi qaydada icra olunmamışdır. Belə ki, cavabdehin hər dörd müqavilə üzrə icra edilməmiş öhdəlikləri qalmışdır ki, bu hal iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İşin müəyyən edilmiş hallarına qeyd edilən hüquq normalarını tətbiq edən məhkəmə bildirir ki, hissə-hissə ödəmə şərti ilə bağlanmış 08 mart 2024-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya ödənilməmiş 242 manat məbləğində borcunun qalması öz təsdiqini tapdığından, iddiaçının cavabdehə qarşı gecikdirməyə görə cərimə tələb etmək hüququ mövcud olduğundan, həmin müqavilə üzrə tələb olunan 24,2 manat məbləğində cərimə əsas borca münasibətdə tənasübsüz dərəcədə yüksək olmadığından, eləcə də hissə-hissə ödəmə şərti ilə bağlanmış 06 sentyabr 2024-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya ödənilməmiş 206,3 manat məbləğində borcunun qalması öz təsdiqini tapdığından, iddiaçının cavabdehə qarşı gecikdirməyə görə cərimə tələb etmək hüququ mövcud olduğundan, həmin müqavilə üzrə tələb olunan 20,63 manat məbləğində cərimə əsas borca münasibətdə tənasübsüz dərəcədə yüksək olmadığından, eləcə də, iddiaçı tərəfindən İnnovativ Layihələr Mərkəzinə 23,6 manat məbləğində rüsum ödənildiyindən, həmçinin hissə-hissə ödəmə şərti ilə bağlanmış 02 dekabr 2024-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya ödənilməmiş 2729,48 manat məbləğində borcunun qalması öz təsdiqini tapdığından, iddiaçının cavabdehə qarşı gecikdirməyə görə cərimə tələb etmək hüququ mövcud olduğundan, həmin müqavilə üzrə tələb olunan 272,95 manat məbləğində cərimə əsas borca münasibətdə tənasübsüz dərəcədə yüksək olmadığından, eləcə də, iddiaçı tərəfindən İnnovativ Layihələr Mərkəzinə 23,6 manat məbləğində rüsum ödənildiyindən, həmçinin hissə-hissə ödəmə şərti ilə bağlanmış 13 dekabr 2024-cü il tarixli nisyə alğısatqı müqaviləsi üzrə cavabdehin iddiaçıya ödənilməmiş 1366,64 manat məbləğində borcunun qalması öz təsdiqini tapdığından, iddiaçının cavabdehə qarşı gecikdirməyə görə cərimə tələb etmək hüququ mövcud olduğundan, həmin müqavilə üzrə tələb olunan 136,66 manat məbləğində cərimə əsas borca münasibətdə tənasübsüz dərəcədə yüksək olmadığından, eləcə də, iddiaçı tərəfindən İnnovativ Layihələr Mərkəzinə 23,6 manat məbləğində rüsum ödənildiyindən, iddia təmin edilməli, 08 mart 2024-cü il tarixli müqavilə üzrə 242 manat ödənilməmiş hissə, 24,2 manat cərimə olmaqla, cəmi 266,2 manat pul; 06 sentyabr 2024-cü il tarixli müqavilə üzrə 206,3 manat ödənilməmiş hissə, 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 20,63 manat cərimə olmaqla, cəmi 250,53 manat pul; 02 dekabr 2024-cü il tarixli müqavilə üzrə 2729,48 manat ödənilməmiş hissə, 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 272,95 manat cərimə olmaqla, cəmi 3026,03 manat pul və 13 dekabr 2024-cü il tarixli müqavilə üzrə 1366,64 manat ödənilməmiş hissə, 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 136,66 manat cərimə olmaqla, cəmi 1526,9 manat pul olmaqla, ümumilikdə 5069,66 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia təmin edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 70,7 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia təmin edilsin. 08 mart 2024-cü il tarixli müqavilə üzrə 242 manat ödənilməmiş hissə, 24,2 manat cərimə olmaqla, cəmi 266,2 manat pul; 06 sentyabr 2024-cü il tarixli müqavilə üzrə 206,3 manat ödənilməmiş hissə, 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 20,63 manat cərimə olmaqla, cəmi 250,53 manat pul; 02 dekabr 2024-cü il tarixli müqavilə üzrə 2729,48 manat ödənilməmiş hissə, 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 272,95 manat cərimə olmaqla, cəmi 3026,03 manat pul və 13 dekabr 2024-cü il tarixli müqavilə üzrə 1366,64 manat ödənilməmiş hissə, 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 136,66 manat cərimə olmaqla, cəmi 1526,9 manat pul olmaqla, ümumilikdə 5069,66 manat məbləğində pul və 70,7 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar