Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-600/2024 16.12.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” kiçik iddiası ilə bağlı mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 10 oktyabr 2024-cü il tarixinə yaranmış 01 oktyabr 2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 32,8 manat əsas, 4,9 manat cərimə, cəmi 37,7 manat borc; 13 dekabr 2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 916,1 manat əsas, 137,4 manat cərimə, cəmi 1053,5 manat borc, ümumilikdə iki müqavilə üzrə 948,9 manat əsas, 142,3 manat cərimə, 1091,2 manat cəmi borcun və 30,91 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında bağlanmış müddətli (nisyə) alğı-satqı müqaviləsi barədə məlumat: müqavilənin nömrəsi və tarixi – 01 oktyabr 2023-cü il tarixli, ********* saylı; müqavilənin məbləği – 417,8 manat; müqavilənin aylıq ödənişi və müddəti – 35 manat, 12 ay; müqavilə üzrə cavabdeh tərəfindən əldə edilən məhsul – “Xiaomi” markalı telefon; son ödəniş məbləği və tarixi: 35 manat, 02 sentyabr 2024-cü il. Cavabdehin müddətli (nisyə) alğı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində iddiaçı qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: ödənilməmiş əsas borc məbləği – 32,8 manat; gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği – 49 manat. Nisyə alğı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq gecikdirilən borc məbləğinin 1 faiz dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90 faiz; cavabdeh tərəfindən ödənilməli cərimə: 4,9 manat; tutulmalı olan cəmi məbləği: 37,7 manat. İkinci müddətli (nisyə) alğı-satqı müqaviləsi barədə məlumat: müqavilənin nömrəsi və tarixi – 13 dekabr 2023-cü il tarixli, ********* saylı; müqavilənin məbləği – 1102,9 manat; müqavilənin aylıq ödənişi və müddəti – 62 manat, 18 ay; müqavilə üzrə cavabdeh tərəfindən əldə edilən məhsul – “HP” markalı noutbuk, çanta, maus, qulaqcıq; son ödəniş məbləği və tarixi: 62 manat, 05 sentyabr 2024-cü il. Cavabdehin müddətli (nisyə) alğı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində iddiaçı qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: ödənilməmiş əsas borc məbləği – 916,1 manat; gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği – 1374 manat. Nisyə alğı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq gecikdirilən borc məbləğinin 1 faiz dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90 faiz; cavabdeh tərəfindən ödənilməli cərimə: 137,4 manat; tutulmalı olan cəmi məbləği: 1053,5 manat. Müddətli (nisyə) alğı-satqı müqaviləsi, müddətli (nisyə) alğı-satqı müqaviləsinin 1 saylı əlavəsi, ödəniş cədvəli, müştəri müraciəti üzrə ərizə-anket və maliyyə arayışı iddia tələbinin əsaslılığı məqsədi ilə sübut kimi təqdim edilir. Məhkəmə hazırkı iş üzrə iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPMin) 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, iddia 07 noyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuş və Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Hazırda cavabdehin iddia ərizəsinə qarşı hər hansı bir etirazı məhkəməyə daxil olmamışdır. MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşdə surəti olan satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 01 oktyabr 2023-cü il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsindən və həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, satıcı 1 saylı əlavədə göstərilmiş məhsulu (“Xiaomi Redmi 12” markalı telefon) alıcıya 12 ay müddətinə hər ay 35 manat (sonuncu ay 32,89 manat) ödəniş edilməsi şərti ilə, 0,1 manat ilkin ödəniş də daxil olmaqla ümumilikdə 417,8 manata nisyə satmışdır. 1 saylı əlavənin 3-cü bəndindən görünür ki, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 faiz dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə pulu hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. İşdə surəti olan Cavabdeh 10 oktyabr 2024-cü il tarixə olan maliyyə arayışından görünür ki, Cavabdeh 01 oktyabr 2023-cü il tarixli müqavilə üzrə 385 manat ödəniş etmişdir. Həmin müqavilə üzrə əsas borcun qalığı 32,8 manat, cərimənin məbləği 49 manat, İddiaçı MMC-yə olan cəmi borc 81,8 manat təşkil edir. İşdə surəti olan satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 13 dekabr 2023-cü il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsindən və həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, satıcı 1 saylı əlavədə göstərilmiş məhsulu (“HP” markalı noutbuk, çanta, maus, qulaqcıq) alıcıya 18 ay müddətinə hər ay 62 manat (sonuncu ay 48,96 manat) ödəniş edilməsi şərti ilə, 0,5 manat ilkin ödəniş də daxil olmaqla ümumilikdə 1102,96 manata nisyə satmışdır. 1 saylı əlavənin 3-cü bəndindən görünür ki, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 faiz dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə pulu hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. İşdə surəti olan Cavabdeh 10 oktyabr 2024-cü il tarixə olan maliyyə arayışından görünür ki, Cavabdeh 13 dekabr 2023-cü il tarixli müqavilə üzrə 186,8 manat ödəniş etmişdir. Həmin müqavilə üzrə əsas borcun qalığı 916,1 manat, cərimənin məbləği 1374 manat, İddiaçı MMC-yə olan cəmi borc 2290,1 manat təşkil edir. İşdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh xəbərdarlıq məktubu göndərilmişdir. İşdə surəti olan 06 noyabr 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30,91 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin müəyyən edilmiş hallarına görə tərəflər arasında hissə-hissə ödəmək şərtilə nisyə alğı-satqı müqavilələri bağlanmış, həmin müqavilələr üzrə öhdəliklər cavabdeh tərəfindən lazımınca icra olunmamışdır. Belə ki, cavabdehin müqavilələr üzrə icra edilməmiş öhdəlikləri qalmışdır ki, bu hal iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə ilk öncə tərəflər arasında bağlanmış 01 oktyabr 2023-cü il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə tələbə dair bildirir ki, həmin müqavilə üzrə cavabdehin iddiaçıya ödənilməmiş 32,8 manat məbləğində borcunun qalması öz təsdiqini tapdığından, iddiaçının cavabdehə qarşı gecikdirməyə görə cərimə tələb etmək hüququ mövcud olduğundan, həmin müqavilə üzrə cavabdehə güzəşt olunaraq tələb olunan 4,9 manat məbləğində cərimə əsas borca mütənasib olduğundan, iddia tələbi həmin müqaviləyə dair hissədə təmin edilməli, 01 oktyabr 2023-cü il tarixli müqavilə üzrə 32,8 manat məbləğində əsas borc, 4,9 manat məbləğində cərimə borcu olmaqla, cəmi 37,7 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə tərəflər arasında bağlanmış 13 dekabr 2023-cü il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə tələbə dair isə bildirir ki, həmin müqavilə üzrə cavabdehin iddiaçıya ödənilməmiş 916,1 manat məbləğində borcunun qalması öz təsdiqini tapır. Həmçinin, müəyyən olunur ki, iddiaçının cavabdehə qarşı gecikdirməyə görə cərimə borcu tələb etmək hüququ mövcuddur. Məhkəmə iddiaçının cərimə borcu tələb etmək hüququnun mövcudluğunu qəbul etsə də, 13 dekabr 2023-cü il tarixli müqavilə üzrə tələb olunan cərimə borcunun məbləği ilə razılaşmır və bildirir ki, həmin məbləğ əsas borca münasibətdə tənasübsüz dərəcədə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hazırda 13 dekabr 2023-cü il tarixli müqavilə üzrə əsas borcun məbləğinin 916,1 manat olduğunu nəzərə alan məhkəmə MM-in 467-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətindən istifadə edərək, tənasübsüz surətdə yüksək cərimə borcunun azaldılmalı olduğunu bildirir və məhkəmə iddiaçının xeyrinə cavabdehdən tutulmalı olan cərimə borcunun məbləğinin 90 manat həddində müəyyən edilməsini məqsədəuyğun hesab edir. Ona görə də iddia tələbi həmin müqaviləyə dair hissədə qismən təmin edilməli, 13 dekabr 2023-cü il tarixli müqavilə üzrə 916,1 manat məbləğində əsas borc, 90 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1006,1 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddia təmin edilməməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia tələbi əsas borca dair hissədə tam təmin edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30,91 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 233, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 01 oktyabr 2023-cü il tarixli müqavilə üzrə 32,8 manat məbləğində əsas borc, 4,9 manat məbləğində cərimə borcu olmaqla, cəmi 37,7 manat məbləğində pul, 13 dekabr 2023-cü il tarixli müqavilə üzrə 916,1 manat məbləğində əsas borc, 90 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1006,1 manat məbləğində pul, ümumilikdə isə 1043,8 manat məbləğində pul və 30,91 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №e-2(026)-600/2024
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-600/2024
16.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver