Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-600/2025 12.11.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 07 aprel 2025-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********61180 olan “X2 14” markalı telefon, “X3 6” qulaqlıq üçün 521,04 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat rüsum, 52,1 manat cərimə; 10 aprel 2025-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********23441 olan “Samsung Galaxy A16” markalı telefon, “X1” üçün 415,2 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat rüsum, 41,52 manat cərimə; 18 aprel 2025-ci il tarixli müqaviləyə əsasən “Asus Zenbook” kompüter, “LG” TV, 2 ədəd zəmanət + 1 il xidməti, paket Combo xidməti üçün 3820,32 manat ödənilməmiş hissə, 382,03 manat cərimə olmaqla, ümumilikdə 5279,41 manat borcun və 72,8 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onunla bağladığı 07 aprel 2025-ci il, 10 aprel 2025-ci il və 18 aprel 2025-ci il tarixli müqavilələrə əsasən İMEİ kodu **********61180 olan “X2 14” markalı telefon, “X3 6” qulaqlıq; İMEİ kodu **********23441 olan “Samsung Galaxy A16” markalı telefon, “X1”; “Asus Zenbook” kompüter, “LG” TV, 2 ədəd zəmanət + 1 il xidməti, paket Combo xidməti almış, nəticədə ümumilikdə 5279,41 manat borc yaranmışdır. Cavabdeh 07 aprel 2025-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alğı-satqı qiyməti 539,04 manat (yəni 18 ay x 43,42 manat + 18 manat ilkin ödəniş) olan İMEİ kodu **********61180 olan “X2 14” markalı telefon, “X3 6” qulaqlıq üçün ümumilikdə 596,74 manat olmaqla, ondan 521,04 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, müştəriyə güzəşt olunaraq 52,1 manat dəbbə; 10 aprel 2025-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alğı-satqı qiyməti 441,2 manat (yəni 12 ay x 34,6 manat + 26 manat ilkin ödəniş) olan İMEİ kodu **********23441 olan “Samsung Galaxy A16” markalı telefon, “X1” üçün ümumilikdə 480,32 manat olmaqla, ondan 415,2 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat rüsum, müştəriyə güzəşt olunaraq 41,52 manat dəbbə; 18 aprel 2025-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alğısatqı qiyməti 4348,32 manat (yəni 24 ay x 159,18 manat + 528 manat ilkin ödəniş) olan “Asus Zenbook” kompüter, “LG” TV, 2 ədəd zəmanət + 1 il xidməti, paket Combo xidməti üçün ümumilikdə 4202,35 manat olmaqla, ondan 3820,32 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 382,03 manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 572 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış 07 aprel 2025-ci il, 10 aprel 2025-ci il və 18 aprel 2025-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən 17 sentyabr 2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslılığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Müştəri müqavilənin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hal(lar)da İddiaçı MMC malın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tətbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. Müştərinin adının riskli müştərilər siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh iddia tələbini qəbul etdiyini və onun təmin edilməsinə etiraz etmədiyini bildirdi. Lakin qeyd etdi ki, həmin borc məbləğini birdəfəlik ödəməyə imkanı yoxdur. Məhkəmə iclaslarının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış, ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmələrinin mümkün olmadığını və məhkəmə iclasının onların iştirakı olmadan baxılmasına etirazları olmadığını, iddianı müdafiə etdiklərini bildirmiş, qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehi dinləyib, iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. MPM-in 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə surəti olan satıcı İddiaçı MMC ilə müştəri Cavabdeh arasında bağlanmış 07 aprel 2025-ci il tarixli, ********** nömrəli müqavilədən və həmin müqaviləyə əlavədən görünür ki, satıcı özünə məxsus olan əşyaları (İMEİ kodu **********61180 olan “X2 14” markalı telefon, “X3 6” qulaqlıq) 12 ay müddətinə hər ay 43,42 manat ödəniş edilməsi şərti ilə, 18 manat ilkin ödəniş də daxil olmaqla, ümumilikdə 539,04 manata nisyə satmışdır. Müqavilənin 3.5-ci bəndindən görünür ki, müştəri müqavilə üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2 %-dək həcmində mübahisəsiz olaraq penya ödəyir. İşdə surəti olan Cavabdeh maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 07 aprel 2025-ci il tarixli müqavilə üzrə 18 manat ödəniş etmişdir. Həmin müqavilə üzrə 521,04 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat rüsum, 52,1 manat cərimə olmaqla, ümumilikdə ödənilməmiş məbləğ 596,74 manat təşkil edir. İşdə surəti olan satıcı İddiaçı MMC ilə müştəri Cavabdeh arasında bağlanmış 07 aprel 2025-ci il tarixli müqavilə üzrə 10 aprel 2025-ci il tarixli razılaşmadan, bildirişdən, təhvil-təslim aktından və ödəniş cədvəlindən görünür ki, satıcı özünə məxsus olan əşyaları (İMEİ kodu **********23441 olan “Samsung Galaxy A16” markalı telefon, “X1”) 12 ay müddətinə hər ay 34,6 manat ödəniş edilməsi şərti ilə, 26 manat ilkin ödəniş də daxil olmaqla, ümumilikdə 441,2 manata nisyə satmışdır. İşdə surəti olan Cavabdeh maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 10 aprel 2025-ci il tarixli müqavilə üzrə 26 manat ödəniş etmişdir. Həmin müqavilə üzrə 415,2 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat rüsum, 41,52 manat cərimə olmaqla, ümumilikdə ödənilməmiş məbləğ 480,32 manat təşkil edir. İşdə surəti olan satıcı İddiaçı MMC ilə müştəri Cavabdeh arasında bağlanmış 07 aprel 2025-ci il tarixli müqavilə üzrə 18 aprel 2025-ci il tarixli razılaşmadan, bildirişdən, təhvil-təslim aktından və ödəniş cədvəlindən görünür ki, satıcı özünə məxsus olan əşyaları (“Asus Zenbook” kompüter, “LG” TV, 2 ədəd zəmanət + 1 il xidməti, paket Combo xidməti) 24 ay müddətinə hər ay 159,18 manat ödəniş edilməsi şərti ilə, 528 manat ilkin ödəniş də daxil olmaqla, ümumilikdə 4348,32 manata nisyə satmışdır. İşdə surəti olan Cavabdeh maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 18 aprel 2025-ci il tarixli müqavilə üzrə 528 manat ödəniş etmişdir. Həmin müqavilə üzrə 3820,32 manat ödənilməmiş hissə, 382,03 manat cərimə olmaqla, ümumilikdə ödənilməmiş məbləğ 4202,35 manat təşkil edir. İşdə surəti olan İddiaçı MMC-nin 22 sentyabr 2025-ci il tarixli arayışından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh nisyə alğı-satqı müqaviləsi əsasında satılmış İMEİ kodu **********61180 olan “X2 14” markalı telefonun və İMEİ kodu **********23441 olan “Samsung Galaxy A16” markalı telefonun açılıb-bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə hər bir telefon üçün 23,6 manat, ümumilikdə 47,2 manat pul ödənilmişdir. İşdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 17 sentyabr 2025-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. İşdə surəti olan 25 sentyabr 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 72,8 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin müəyyən edilmiş hallarına görə tərəflər arasında hissə-hissə ödəmək şərtilə nisyə alğı-satqı müqavilələri bağlanmış, hər üç müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən lazımi qaydada icra olunmamışdır. Belə ki, cavabdehin hər dörd müqavilə üzrə icra edilməmiş öhdəlikləri qalmışdır ki, bu hal iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İşin müəyyən edilmiş hallarına qeyd edilən hüquq normalarını tətbiq edən məhkəmə bildirir ki, hissə-hissə ödəmə şərti ilə bağlanmış 07 aprel 2025-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya ödənilməmiş 521,04 manat məbləğində borcunun qalması öz təsdiqini tapdığından, iddiaçının cavabdehə qarşı gecikdirməyə görə cərimə tələb etmək hüququ mövcud olduğundan, həmin müqavilə üzrə tələb olunan 52,1 manat məbləğində cərimə əsas borca münasibətdə tənasübsüz dərəcədə yüksək olmadığından, eləcə də, iddiaçı tərəfindən İnnovativ Layihələr Mərkəzinə 23,6 manat məbləğində rüsum ödənildiyindən, həmçinin hissə-hissə ödəmə şərti ilə bağlanmış 10 aprel 2025-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya ödənilməmiş 415,2 manat məbləğində borcunun qalması öz təsdiqini tapdığından, iddiaçının cavabdehə qarşı gecikdirməyə görə cərimə tələb etmək hüququ mövcud olduğundan, həmin müqavilə üzrə tələb olunan 41,52 manat məbləğində cərimə əsas borca münasibətdə tənasübsüz dərəcədə yüksək olmadığından, eləcə də, iddiaçı tərəfindən İnnovativ Layihələr Mərkəzinə 23,6 manat məbləğində rüsum ödənildiyindən, həmçinin hissə-hissə ödəmə şərti ilə bağlanmış 18 aprel 2025-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya ödənilməmiş 3820,32 manat məbləğində borcunun qalması öz təsdiqini tapdığından, iddiaçının cavabdehə qarşı gecikdirməyə görə cərimə tələb etmək hüququ mövcud olduğundan, həmin müqavilə üzrə tələb olunan 382,03 manat məbləğində cərimə əsas borca münasibətdə tənasübsüz dərəcədə yüksək olmadığından, iddia təmin edilməli, 07 aprel 2025-ci il tarixli müqavilə üzrə 521,04 manat ödənilməmiş hissə, 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 52,1 manat cərimə olmaqla, cəmi 596,74 manat pul; 10 aprel 2025-ci il tarixli müqavilə üzrə 415,2 manat ödənilməmiş hissə, 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 41,52 manat cərimə olmaqla, cəmi 480,32 manat pul və 18 aprel 2025-ci il tarixli müqavilə üzrə 3820,32 manat ödənilməmiş hissə, 382,03 manat cərimə olmaqla, cəmi 4202,35 manat pul olmaqla, ümumilikdə 5279,41 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia təmin edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 72,8 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin cavabdehin borcu birdəfəlik ödəməyə imkanı olmamasına dair bildirir ki, həmin məsələ hazırkı məhkəmə baxışının predmetinə aid deyil və cavabdeh bununla bağlı qətnamənin icrası mərhələsində qanunla müəyyən edilmiş qaydada müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia təmin edilsin. 07 aprel 2025-ci il tarixli müqavilə üzrə 521,04 manat ödənilməmiş hissə, 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 52,1 manat cərimə olmaqla, cəmi 596,74 manat pul; 10 aprel 2025-ci il tarixli müqavilə üzrə 415,2 manat ödənilməmiş hissə, 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum, 41,52 manat cərimə olmaqla, cəmi 480,32 manat pul və 18 aprel 2025-ci il tarixli müqavilə üzrə 3820,32 manat ödənilməmiş hissə, 382,03 manat cərimə olmaqla, cəmi 4202,35 manat pul olmaqla, ümumilikdə 5279,41 manat məbləğində pul və 72,8 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №e-2(026)-600/2025
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-600/2025
12.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver