Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-663/2025 11.12.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” kiçik iddiası ilə bağlı mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 26 fevral 2025-ci il tarixli müqaviləyə əsasən “X1 13” kompüter üçün 1900,82 manat ödənilməmiş hissə, 190,08 manat cərimə; 28 fevral 2025ci il tarixli müqaviləyə əsasən “LG” TV üçün 1323,96 manat ödənilməmiş hissə, 132,4 manat cərimə olmaqla, ümumilikdə 3547,26 manat borcun və 55,48 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 26 fevral 2025-ci il və 28 fevral 2025-ci il tarixli müqavilələrə əsasən “X1 13” kompüter, qızıl zəmanət ultra 3 il xidməti, “LG” TV, qızıl zəmanət ultra 3 il xidməti almış, nəticədə ümumilikdə 3547,26 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 26 fevral 2025-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 2489,82 manat (yəni 18 ay x 131,99 manat + 114 manat ilkin ödəniş) olan “X1 13” kompüter, qızıl zəmanət ultra 3 il xidməti üçün ümumilikdə 2090,9 manat olmaqla, ondan 1900,82 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 190,08 manat cərimə borcu; 28 fevral 2025-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1683,96 manat (yəni 18 ay x 90,22 manat + 60 manat ilkin ödəniş) olan “LG” TV, qızıl zəmanət ultra 3 il xidməti üçün ümumilikdə 1456,4 manat olmaqla, ondan 1323,96 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 132,4 manat cərimə borcu yaranmışdır. Cavabdeh 26 fevral 2025-ci il tarixli müqaviləyə əsasən 03 mart 2025-ci il tarixində qızıl zəmanət ultra 3 il xidmətindən imtina etmiş və məhsul 475 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdeh 28 fevral 2025-ci il tarixli müqaviləyə əsasən 03 mart 2025-ci il tarixində qızıl zəmanət ultra 3 il xidmətindən imtina etmiş və məhsul 300 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin 26 fevral 2025-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 114 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 475 manat, 28 fevral 2025-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 60 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 300 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış 26 fevral 2025-ci il və 28 fevral 2025-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən 07 oktyabr 2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslılığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanılmış müqavilələr, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə hazırkı iş üzrə iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPMin) 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, iddia 30 oktyabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuş və Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Hazırda cavabdehin iddia ərizəsinə qarşı hər hansı bir etirazı məhkəməyə daxil olmamışdır. MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşdə surəti olan satıcı İddiaçı MMC ilə müştəri Cavabdeh arasında bağlanmış 26 fevral 2025-ci il tarixli, ********** nömrəli müqavilədən və həmin müqaviləyə əlavədən görünür ki, satıcı özünə məxsus olan əşyaları (“X1 13” kompüter) 18 ay müddətinə hər ay 131,99 manat ödəniş edilməsi şərti ilə, 114 manat ilkin ödəniş də daxil olmaqla, ümumilikdə 2489,82 manata nisyə satmışdır. Müqavilənin 3.5-ci bəndindən görünür ki, müştəri müqavilə üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2%-dək həcmində mübahisəsiz olaraq penya ödəyir. İşdə surəti olan Cavabdeh maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 26 fevral 2025-ci il tarixli müqavilə üzrə 114 manat ödəniş etmiş, məhsul qaytarıldıqdan sonra 475 manat qiymət qoyulmuş, ümumi ödənilmiş məbləğ 589 manat təşkil etmişdir. Həmin müqavilə üzrə 1900,82 manat ödənilməmiş hissə, 190,08 manat cərimə olmaqla, ümumilikdə ödənilməmiş məbləğ 2090,9 manat təşkil edir. İşdə surəti olan satıcı İddiaçı MMC ilə müştəri Cavabdeh arasında bağlanmış 28 fevral 2025-ci il tarixli, ********** nömrəli müqavilədən və həmin müqaviləyə əlavədən görünür ki, satıcı özünə məxsus olan əşyaları (“LG” TV) 18 ay müddətinə hər ay 90,22 manat ödəniş edilməsi şərti ilə, 60 manat ilkin ödəniş də daxil olmaqla, ümumilikdə 1683,96 manata nisyə satmışdır. Müqavilənin 3.5-ci bəndindən görünür ki, müştəri müqavilə üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2%-dək həcmində mübahisəsiz olaraq penya ödəyir. İşdə surəti olan Cavabdeh maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 28 fevral 2025-ci il tarixli müqavilə üzrə 60 manat ödəniş etmiş, məhsul qaytarıldıqdan sonra 300 manat qiymət qoyulmuş, ümumi ödənilmiş məbləğ 360 manat təşkil etmişdir. Həmin müqavilə üzrə 1323,96 manat ödənilməmiş hissə, 132,4 manat cərimə olmaqla, ümumilikdə ödənilməmiş məbləğ 1456,36 manat təşkil edir. İşdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 07 oktyabr 2025-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. İşdə surəti olan 14 oktyabr 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 55,48 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin müəyyən edilmiş hallarına görə tərəflər arasında hissə-hissə ödəmək şərtilə nisyə alğı-satqı müqavilələri bağlanmış, hər iki müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən lazımi qaydada icra olunmamışdır. Belə ki, cavabdehin hər iki müqavilə üzrə icra edilməmiş öhdəlikləri qalmışdır ki, bu hal iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-in 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İşin müəyyən edilmiş hallarına qeyd edilən hüquq normalarını tətbiq edən məhkəmə bildirir ki, hissə-hissə ödəmə şərti ilə bağlanmış 26 fevral 2025-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya ödənilməmiş 1900,82 manat məbləğində borcunun qalması öz təsdiqini tapdığından, iddiaçının cavabdehə qarşı gecikdirməyə görə cərimə tələb etmək hüququ mövcud olduğundan, tələb olunan 190,08 manat məbləğində cərimə əsas borca mütənasib olduğundan, həmçinin, hissə-hissə ödəmə şərti ilə bağlanmış 28 fevral 2025-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya ödənilməmiş 1323,96 manat məbləğində borcunun qalması öz təsdiqini tapdığından, iddiaçının cavabdehə qarşı gecikdirməyə görə cərimə tələb etmək hüququ mövcud olduğundan, tələb olunan 132,4 manat məbləğində cərimə əsas borca mütənasib olduğundan, iddia təmin edilməli, 26 fevral 2025-ci il tarixli müqavilə üzrə 1900,82 manat ödənilməmiş hissə, 190,08 manat cərimə olmaqla, cəmi 2090,9 manat pul və 28 fevral 2025-ci il tarixli müqavilə üzrə 1323,96 manat ödənilməmiş hissə, 132,4 manat cərimə olmaqla, cəmi 1456,36 manat pul, ümumilikdə isə 3547,26 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia tələbi tam təmin edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 55,48 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 233, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 26 fevral 2025-ci il tarixli müqavilə üzrə 1900,82 manat ödənilməmiş hissə, 190,08 manat cərimə olmaqla, cəmi 2090,9 manat pul və 28 fevral 2025-ci il tarixli müqavilə üzrə 1323,96 manat ödənilməmiş hissə, 132,4 manat cərimə olmaqla, cəmi 1456,36 manat pul, ümumilikdə isə 3547,26 manat pul və 55,48 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №e-2(026)-663/2025
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-663/2025
11.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver