Məhkəmə qərarları › İş №e-2(027)-1051/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №e-2(027)-1051/2025

22.01.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № e-2(027)-1051/2025 22.01.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə İddiaçı Cavabdeh1, Cavabdeh2,Cavabdeh4 və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Quba rayon Dövlət Notariat Kontoruna qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və pay bölgüsü” tələbinə dair ilkin iddiası və iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “payların bölgüsü” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh1,Cavabdeh2,Cavabdeh4 və Azərbaycan respublikasının Ədliyyə Nazirliyi Quba rayon X1rşı “vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və pay bölgüsü” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “payların bölgüsü” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2025 və xx.xx.2026-cı il saat 15:00-a təyin edilmiş məhkəmə iclaslarının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar olunmuş tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcələnin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı, 263- 264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh1, Cavabdeh2,Cavabdeh4 və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Quba rayon Dövlət Notariat Kontoruna qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və pay bölgüsü” tələbinə dair ilkin iddia ərizəsi və iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “payların bölgüsü” tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun (********** nömrəli, xx.xx.2025-ci il tarixli qəbz) İddiaçı və 100 manat məbləğində dövlət rüsumunun ( xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbz) Cavabdeh2 ödənilməsi üçün əsasdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar