Məhkəmə qərarları › İş №e-2(027)-1144/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1144/2025

03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1144/2025 03.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, ACER ASPİRE 5-15 markalı telefon, WİNDOWS 11 HOME (ALL LANGUAGES üçün) 2090.34 (iki min doxsanmanat, 34 qəpik) manat ödənilməmiş hissə, 1045.17 (min qırx beş manat, 17 qəpik) manat dəbbə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, VİNİL ŞƏFFAF, APPLE 20W USB-C ADAPTER, İMEİ KODU **********13579 İPHONE 11 markalı telefon üçün, 1636.92 (min altı yüz otuz altı manat, 92 qəpik) manat ödənilməmiş hissə, 818.46 (səkkiz yüz on səkkiz manat, 46 qəpik) manat dəbbə Ümumilikdə 5590.89 manat borc 75.91 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli müqavilələrə əsasən ACER ASPİRE 5 15 markalı telefon, WİNDOWS 11 HOME (ALL LANGUAGES), VİNİL ŞƏFFAF, APPLE 20W USB-C ADAPTER, İMEİ KODU**********13579 İPHONE 11 markalı telefonlmış və nəticədə 5590.89 (beş min beş yüz doxsan manat, 89 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2090.34 (iki min doxsan manat, 34 qəpik) manat (18 ay x 116.13 manat + 0 manat ilkin ödəniş) olan ACER ASPİRE 5 15 markalı telefon, WİNDOWS 11 HOME (ALL LANGUAGESü)çün ümumilikdə, 3135.51 (üç min yüz otuz beş manat, 51 qəpik) manat olmaqla ondan, 2090.34 (iki min doxsanmanat, 34 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 1045.17 (min qırx beş manat, 17 qəpik) manat dəbbə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1636.92 (min altı yüz otuz altı manat, 92 qəpik ) manat (18 ay x 90.94 manat + 0 manat ilkin ödəniş) olan VİNİL ŞƏFFAF,APPLE 20W USB-C ADAPTER, İMEİ KODU **********13579 İPHONE 11 markalı telefon üçün ümumilikdə, 2455.38 (yüz on beş manat, 83 qəpik) manat olmaqla ondan, 1636.92 (min altı yüz otuz altı manat, 92 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 818.46 (səkkiz yüz on səkkiz manat, 46 qəpik) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsək də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%- nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh aldığı ACER ASPİRE 5 15 markalı telefon, WİNDOWS 11 HOME (ALL LANGUAGES) üçün 0 manat ilkin ödəniş olmaqla, 18 ay ödəniş cədvəli üzrə hər ay 116,13 manat olmaqla, cəmi 2090,34 manat ödəməyi öhdəsinə götürmüşdür; "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 04248973 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh aldığı VİNİL ŞƏFFAF, APPLE 20W USB-C ADAPTER, İMEİ KODU **********13579 İPHONE 11 markalı telefon üçün 0 manat ilkin ödəniş olmaqla, 18 ay ödəniş cədvəli üzrə hər ay 90,94 manat olmaqla, cəmi 1636,92 manat ödəməyi öhdəsinə götürmüşdür; xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh "xxxx" MMC tərəfindən əşyanın tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğini qısa bir zamanda ödəməyi təklif olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. xx.xx.2025-ci il tarixli tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMCyə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2090,34 manat ödənilməmiş hissə və 1045,17 manat cərimə və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1636,92 manat ödənilməmiş hissə və 818,46 manat cərimə olmaqla ümumilikdə 5590,89 manat məbləğində borcu yaranmışdır. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 75.91 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Cavabdeh müqavilələrə əsasən hissə-hissə ödəmək şərtilə satın aldığı əşyaların dəyərindən qalan məbləği hər ay vaxtında ödəyəcəyi barədə üzərinə öhdəlik götürsə də, müqavilənin şərtlərini icra etməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunan halları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddianın əsas borca hesablanmış xx.xx.2024-cü il tarixli № ********* saylı müqavilə üzrə 1045,17 manat cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından azaldılmalı və 100 manat məbləğində, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 818,46 manat cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından azaldılmalı və 50 məbləğində müəyyən edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 75,91 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin olunsun. Cavabdeh xx.xx.2024-cü il tarixli № ********* saylı alqı-satqı müqaviləsi üzrə 2090,34 manat əsas, 100 manat cərimə və xx.xx.2024-cü il tarixli № 04248973 saylı alqı-satqı müqaviləsi üzrə 1636,92 manat əsas, 50 manat cərimə borcu olmaqla, cəmi 3877,26 manat borc və dövlət rüsumu üçün ödənilmiş 75,91 manat məbləğdə pul vəsaiti tutulub, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar