Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1145/2025 22.01.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-ci il tarixli müqavilə üzrə 3898 (üç min səkkiz yüz qoxsan səkkiz) manat 88 (səksən səkkiz) qəpik ödənilməmiş hissə, 1949 (bir min doqquz yüz qırx doqquz) manat 44 (qırx dörd) qəpik dəbbə olmaqla, ümumilikdə 5848 (beş min səkkiz yüz qırx səkkiz) manat 32 (otuz iki) qəpik borc və 78 (yetmiş səkkiz) manat 49 (qırx doqquz) qəpik manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, sonuncu 220 manat ilkin ödənişlə 18 ay müddətinə həy ay 222 (iki yüz iyirmi iki) manat 16 (on altı) qəpik ödəmək şərtilə 4218 (dörd min iki yüz on səkkiz) manat 88 (səkkiz səkkiz) qəpik dəyərində APPLE 20W USB-C markalı adapter, İMEİ KODU **********21029 İPHONE 15 PRO markalı telefon almış, müqavilənin şərtlərini pozduğu üçün 3898 (üç min səkkiz yüz qoxsan səkkiz) manat 88 (səksən səkkiz) qəpik ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 1949 (bir min doqquz yüz qırx doqquz) manat 44 (qırx dörd) qəpik dəbbə pulu olmaqla ümumilikdə 5848 (beş min səkkiz yüz qırx səkkiz) manat 32 (otuz iki) qəpik borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 320 (üç yüz iyirmi) manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə kredit təşkilatı arasında bağlanılmış xx.xx.2024-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçı "ABC-Telecom” MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. X1 vəkili Vəkil məhkəməyə elektron kabinet vasitəsilə müraciət edərək, bildirmişdir ki, cavabdehin "ABC-Telecom” MMC-nə olan borcu və onun dəqiq məbləğini sübut edəcək kifayət qədər dəlil təqdim edilməmiş, təqdim olunmuş sənədlərdən pulun konkret hansı şərtlərlə verildiyi də tam aydın deyil. Cavabdehin vəkilinin vəsatəti əsasında iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilmişdir. Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/3897 saylı rəyindən görünür ki, xx.xx.2024-ci il tarixli 18867383 saylı (nisyə) alqı-satqı müqaviləsinə əsasən Cavabdeh xx.xx.2025-ci il tarixə "xxxx" MMC-nə olan borcu əsas borc üzrə 3798 (üç min yeddi yüz doxsan səkkiz) manat 88 (səksən səkkiz) qəpik borc müəyyən edilmişdir. İş materiallarında olan: xx.xx.2024-ci il tarixli 18867383 saylı (nisyə) alqı-satqı müqaviləsinin surətindən göründüyü kimi, Cavabdeh İddiaçı MMC-dən 220 manat ilkin ödənişlə 18 ay müddətinə həy ay 222 manat 16 qəpik ödəmək şərtilə 4218 manat 88 qəpik dəyərində APPLE 20W USB-C markalı adapter, İMEİ KODU **********21029 İPHONE 15 PRO markalı telefon almışdır; xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2024-ci il tarixli 18867383 saylı (nisyə) alqı-satqı müqaviləsi üzrə 3898 (üç min səkkiz yüz qoxsan səkkiz) manat 88 (səksən səkkiz) qəpik ödənilməmiş hissə, 1949 (bir min doqquz yüz qırx doqquz) manat 44 (qırx dörd) qəpik dəbbə olmaqla, ümumilikdə 5848 (beş min səkkiz yüz qırx səkkiz) manat 32 (otuz iki) qəpik məbləğində borcu yaranmışdır; xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən göründüyü kimi, Cavabdeh borcu ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir; xx.xx.2025-ci il tarixli mədaxil qəbzdən göründüyü kimi, iddia qaldırılması üçün 78 (yetmiş səkkiz) manat 49 (qırx doqquz) qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçı tərəfin ərizəsini nəzərə alıb, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı cavabdehə malları satmağı, cavabdeh isə həmin malları almağı və onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəflər arasında bağlanılmış müqavilənin predmetini cavabdehə təhvil vermiş, cavabdeh isə həmin malın dəyərini müqavilə ilə şərtləşdirilmiş müddətdə və qaydada hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə ödənişləri vaxtlı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öz üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, nəticədə müqavilə üzrə iddiaçı qarşısında borc öhdəliyinə görə onun mülki hüquqi məsuliyyəti yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olmaqla, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında göstərilir ki, Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Bununla yanaşı, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilərək, xx.xx.2024-ci il tarixli 18867383 saylı (nisyə) alqı-satqı müqaviləsi üzrə 3798 (üç min yeddi yüz doxsan səkkiz) manat 88 (səksən səkkiz) qəpik məbləğində vəsait Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalı, dəbbənin tutulması hissəsində iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki,məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 78 (yetmiş səkkiz) manat 49 (qırx doqquz) qəpik məbləğində dövlət rüsumunun 27 (iyirmi yeddi) manat 50 (əlli) qəpik hissəsi iddiaçıya aid edilsin, 50 (əlli) manat, 98 (doxsan səkkiz) qəpik Cavabdeh alınaraq İddiaçı MMC-nə verilməlidir. Həmçinin iş üzrə keçirilmiş ekspertizanın xərci 100 (bir yüz) manat məbləğində vəsait Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin X2 AZ34CTRE******************** №-li hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh xx.xx.2024-ci il tarixli 18867383 saylı (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış əsas borc 3798 (üç min yeddi yüz doxsan səkkiz) manat 88 (səksən səkkiz) qəpik məbləğində vəsait İddiaçı MMC-nin xeyrinə tutulsun. Ödənilmiş 78 (yetmiş səkkiz) manat 49 (qırx doqquz) qəpik məbləğində dövlət rüsumunun 27 (iyirmi yeddi) manat 50 (əlli) qəpik hissəsi iddiaçıya aid edilsin, 50 (əlli) manat, 98 (doxsan səkkiz) qəpik Cavabdeh alınaraq İddiaçı MMC-nə verilsin. İş üzrə keçirilmiş ekspertizanın xərci 100 (bir yüz) manat məbləğində vəsait Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin X2 AZ34CTRE******************** №-li (VÖEN **********; KOD 210005; SFİFT BİK: CTREAZ22; müxbir hesab AZ41NABZ013601**********3944) hesabına ödənilsin. İddia tələbləri dəbbə pulunun tutulması hissəsində təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №e-2(027)-1145/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1145/2025
22.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver