Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № e-2(027)-1159/2024 01.04.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiaya dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiaya dair sadələşdirilmiş icraat qaydasında ərizəylə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 962 (doqquz yüz altımış iki) manat 62 (altımış iki) qəpik məbləğində borc, 96 (doxsan altı) manat 38 (otuz səkkiz) qəpik cərimə olmaqla, cəmi 1059 (bir min əlli doğğuz) manat məbləğində borc, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat 59 (əlli doqquz) qəpik məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 29 mart 2024-cü il tarixində "xxxx" MMC-nin Problemli Kreditlər Departamentinin rəhbəri Nümayəndə elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, hazırki mülki işin baxılmamış saxlanılmasını və iddia ərizəsinin dövlət rüsumu ilə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, qaytarılır. Ona görə də hesab edirəm ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı və ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Həmçinin, "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli, ********** №-li qəbzə əsasən ödənilmiş 30 (otuz) manat 59 (əlli doqquz) qəpik dövlət rüsumu mülki iş üzrə ərizə baxılmamış saxlanıldığından dövlət büdcəsindən "xxxx" MMC-nə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiaya dair sadələşdirilmiş icraat qaydasında ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Ərizə baxılmamış saxlanıldığından "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli, ********** №-li qəbzə əsasən ödənilmiş 30 (otuz) manat 59 (əlli doqquz) qəpik dövlət rüsumu "xxxx" MMC-nə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №e-2(027)-1159/2024
Quba Rayon Məhkəməsi Qərardad — İş №e-2(027)-1159/2024
01.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver