Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1185/2024 13.08.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı, Onun nümayəndəsi qismində vəkili Nümayəndə, Cavabdeh, Onun nümayəndəsi qismində vəkili Vəkil2, Müstəqil tələb irəli sürməyən X6 və X3 iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən şəxs X15, X13 və X21 cəlb olunmaqla, Cavabdeh qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilərək, vərəsəlik üzrə payın müəyyən olunması tələbinə dair mülki iş üzrə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı, məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh X32 Xidmət mərkəzində notariat ofisi tərəfindən verilmiş: -X7 adına ünvan 1ən ümumi sahəsi 99,3 kv.m, yaşayış sahəsi 30,9 kv.m, yardımçı sahəsi 68,4 kv.m olan 2 otaqlı fərdi yaşayış evinə tam hissədə paya dair 2V-260 reyestr nömrəli, xx.xx.2021- ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin (V-2304/2012 nömrəli vərəsəlik işi); - Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə (seriya JN-068 kod ********) əsasən X7 və X8 ümumi birgə mülkiyyətində olmuş ünvan 1ən 0,23 ha həyətyanı torpaq sahəsinin onlara çatan hissəsinə paya dair 2V-261 reyestr nömrəli və 2V-262 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələrin (V-2304/2012 və V-193/2021 nömrəli vərəsəlik işləri); - Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına (seriya JN-0482 kod ********) əsasən X7 və X8 ümumi birgə mülkiyyətində olmuş ünvan 1ən 0,48 ha torpaq sahəsinin onlara çatan hissəsinə tam hissədə paya dair 2V-351 reyestr nömrəli və 2V-352 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələrin (2304 və 193 nömrəli vərəsəlik işləri) etibarsız hesab olunması; - Quba rayonu, Qəçrəş kəndi ünvanında yerləşən ümumi sahəsi 99,3 kv.m, yaşayış sahəsi 30,9 kv.m, yardımçı sahəsi 68,4 kv.m olan 2 otaqlı fərdi yaşayış evi və 0,23 ha torpaq sahəsi üzərində Cavabdeh mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparlmış qeydiyyatın və bu barədə ona verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması və - Abşeron TİB tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə (sənədin nömrəsi 028, tarixi xx.xx.1989-cu il) əsasən X7 adına olmuş ünvan 1ən ümumi sahəsi 99,3 kv.m, yaşayış sahəsçi 30,9 kv.m, yardımçı sahəsi 68,4 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin üzərində ½ hissədə, Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə (seriya JN-068 kod ********) əsasən X7 və X8 ümumi birgə mülkiyyətində olmuş, ünvan 1ən, 0,23 ha həyətyanı torpaq sahəsinin 2/3 hissəsi üzərində ½ hissədə, Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına (seriya JN-0482 kod ********) əsasən X7 və X8 ümumi birgə mülkiyyətində olmuş ünvan 1ən 0,48 ha torpaq sahəsinin 2/3 hissəsi üzərində ½ hissədə onun vərəsəlik payının müəyyənləşdirilərək ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh qardaşıdır. X2 xx.xx.2005-ci il tarixdə, anaları X17 xx.xx.2017-ci il tarixdə Quba rayonunun Qəçrəş kəndində vəfat etmişlər. Onların vəfatından sonra aşağıdakı əmlaklar miras qalmışdır: 1. X7 adına, ünvan 1ən ümumi sahəsi 99,3 kv.m, yaşayış sahəsi 30,9 kv.m, yardımçı sahəsi 68,4 kv.m olan 2 otaqlı fərdi yaşayış evi 2. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X7 və X8 ümumi birgə mülkiyyətində olmuş, ünvan 1ən, 0,23 ha həyətyanı torpaq sahəsinin 2/3 hissəsi (1/3 hissəsi Cavabdeh aiddir); 3. Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X7 və X8 ümumi birgə mülkiyyətində olmuş ünvan 1ən 0,48 ha torpaq sahəsinin 2/3 hissəsi (1/3 hissəsi Cavabdeh aiddir). Qeyd edir ki, 0,23 ha torpaq sahəsi atasının adına olan fərdi yaşayış evinin həyətyanı sahəsidir. Bildirir ki, ailədə 3 qardaş, 2 bacı olublar, yaşca ən böyük olmuşdur. O və qardaşı Aydın, eləcə də bacıları Mehparə və Mehriban ailə qurduqdan sonra valideynlərindən ayrı yaşamışdılar, Zaur isə valideynlərlə birlikdə yaşayıb. Buna baxmayaraq, atasının vəfatından sonra analarının qayğısına həmişə evin böyük övladı kimi ən çox özü qalmışdır, o, xəstələnəndə qulluğunda özü olmuş, müalicə xərcini özü çəkmişdir, evin, təsərrüfatın idarə olunmasında iştirak etmişdir, ata evinin həyətyanı sahəsindəki ağacların demək olar ki, hamısını əkib-becərmiş, həyətdə əlavə təsərrüfat təyinatlı tikililəri, o cümlədən tövləni tikmişdir. Anası da vəfat edəndən sonra, yenə də qeyd olunan əmlakların idarə olunmasında iştirak etmişdir. Anası vəfat edəndən sonra Zaur söz verdi ki, valideynlərindən qalan əmlakların sənədlərini tapıb, hər birinin, o cümlədən onun payını adına keçirilməsi üçün nə lazımdırsa edəcəkdir, yəni notariusa müraciət edib vərəsəlik işi açdıracaqdır. Hətta, dedi ki, özü notariusa müraciət edəndə məni də xəbərdar edəcək ki, birlikdə ərizə verək. Lakin hər dəfə ondan bu barədə soruşanda, deyirdi ki, sənədləri tapa bilmir, “darıxma, narahat olma məşğul olacam”. Nəhayət, bu ilin yanvar ayının ortalarında eşidib ki, Zaur bütün əmlakı notarial qaydada öz adına keçirib. Bu barədə ondan soruşsa da, etiraf eləməyib. Məcbur olub, Quba Regional “Asan Xidmət” Mərkəzində olan notariat ofisinə müraciət edib və məlum olub ki, həqiqətən də Zaur əmlakları vərəsəlik qaydasında öz adına sənədləşdirib. Notariat ofisindən rəsmi məlumat istəsə də, ona bildirildi ki, yalnız vəkil sorğusu və ya məhkəmə qaydasında sənədləri əldə edə bilərsiniz. Ona görə də vəkilə müraciət edib və “Asan Xidmət” Mərkəzində fəaliyət göstərən notariat ofisindən vəkil sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli, 469 nömrəli məktubla göndərilmiş vərəsəlik işlərindən aydın oldu ki, qardaşı Zaur ona bildirmədən fərdi ev və 0,23 ha torpaq sahəsi ilə bağlı xx.xx.2021-ci il tarixli, 0,48 ha torpaq sahəsi ilə bağlı xx.xx.2021-ci il tarixli ərizələrlə notariusa müraciət edərək, miras əmlakı qəbul etməsini bildirib, ona qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Asan xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu X20 tərəfindən ona vərəsə qismində: - X7 adına ünvan 1ən ümumi sahəsi 99,3 kv.m, yaşayış sahəsi 30,9 kv.m, yardımçı sahəsi 68,4 kv.m olan 2 otaqlı fərdi yaşayış evinə tam hissədə paya dair 2V-260 reyestr nömrəli, 12. 03.2021- ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə (V-2304/2012 nömrəli vərəsəlik işi); - Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə (seriya JN-068 kod ********) əsasən X7 və X8 ümumi birgə mülkiyyətində olmuş ünvan 1ən 0,23 ha həyətyanı torpaq sahəsinin onlara çatan hissəsinə paya dair 2V-261 reyestr nömrəli və 2V-262 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələr (V-2304/2012 və V-193/2021 nömrəli vərəsəlik işləri) verilmişdir. Habelə, Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına (seriya JN-0482 kod ********) əsasən X7 və X8 ümumi birgə mülkiyyətində olmuş ünvan 1ən 0,48 ha torpaq sahəsinin onlara çatan hissəsinə tam hissədə paya dair Quba Regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X22 tərəfindən 2V-351 reyestr nömrəli və 2V-352 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələr (2304 və 193 nömrəli vərəsəlik işləri) verilmişdir. Həmçinin, vəkil araşdırması ilə məlum olmuşdur ki, Cavabdeh qeyd olunan şəhadətnamələri əldə etdikdən sonra onları daşınmaz əmlakın dövlət reyestri xidmətinə təqdim edib miras əmlak üzərində özünün mülkiyyət hüququnun qeydə alınmasına nail olmuşdur. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsindən vəkil sorğusuna verilmiş Məlumatın təqdim edilməsi barədə xx.xx.2024-cü il tarixli, 3-21-3-34/2-2387/2024 nömrəli məktubdan görünür ki, fərdi yaşayış evi və 0,23 ha torpaq sahəsi üzərində Cavabdeh mülkiyyət hüququnun qeydə alınmasına dair xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış verilmiş, 0.48 ha torpaq sahəsi üzərində isə elektron kadastr uçotu sistemində azalma olduğu üçün onun ərizəsinin icrasına imtina verilmişdir. Məhkəmə iclasında İddiaçı ərizənin məzmununa uyğun izahat verərək izahatında bildirmişdir ki, O Rusiyada yaşayan vaxtlarda yaxşı pul qazanıb, kiçik qardaşına çox köməklik göstərib, atası və anası xəstələnəndə həmişə onlara maddi yardım göstərib, onların digər maddi ehtiyaclarını ödəyib. İddiaçı ərizədə göstərilənlər nəzərə alınaraq iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi qismində vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etmiş və miras əmlakın vərəsəliyi qəbul edən vərəsələr arasında bərabər bölünməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianın qanunsuz və əsassız olduğunu qeyd edərək, rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi qismində vəkili iddianın təmin edilməməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən şəxs X15 ifadəsində bildirmişdi ki, hazırda qardaşları arasında mübahisə gedən əmlak onların valideynlərinə məxsus olub. Onlar rəhmətə gedəndən sonra təsərrüfatı kiçik qardaşı Zaur idarə edib. Atası vəfat edəndən sonra, təsərrüfat anasına keçib. Onun yanında da Zaur yaşamışdır. Bütün maddi və mənəvi xərclərini Zaur ödəmişdir. O və digər bacı və qardaşları bir qonaq kimi gedib-gəliblər. Ata evində Zaur qalıb. O valideynlərindən qalan özünə düşən miras əmlakdan qardaşı Zaurun xeyrinə imtina etmişdir və öz payını Zaura verilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən X1 Mehparə Siyaməddin qızının ifadəsi ilə eyni məzmunlu ifadə verərək bildirmişdir ki, valideynlərindən qalan özünə düşən miras əmlakdan qardaşı Zaurun xeyrinə imtina etmişdir və öz payını Zaura verilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən X21 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, sözü gedən yaşayış evi ata yurdudur. Atası rəhmətə gedəndən sonra təsərrüfatı anası idarə etmişdir. O evdə kiçik qardaşı Zaur qalmış. Ata və analarına ən çox Zaur baxmışdır. Onlar azdan-çoxdan köməklik etmiş, lakin ən çox Zaur baxmışdır. valideynlərindən qalan miras-əmlaka sahiblik etməyə onun haqqı çatır. Digər vərəsələrin evləri və ayrıca təsərrüfatları vardır. O da öz növbəsində özünə düşən paydan kiçik qardaşı Zaurun xeyrinə imtina etmişdir. İş üzrə cavabdeh Quba Regional “Asan xidmət” mərkəzindəki notariat ofisinin məhkəməyə ərizə ilə müraciət edərək, iş rejimi və vətəndaş müraciətlərinin çoxluğu ilə əlaqədar keçiriləcək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının, cavabdehin, onların vəkillərinin və müstəqil tələb irəli sürməyən şəxslərin izahatlarını nəzərə alaraq, sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan JN-068F, kodd 30317018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Quba rayon AİK-nın xx.xx.1998-ci il tarixli qərarı ilə Quba rayonu Qəçrəş kəndi ərazisində yerləşən 0.23-ha yaşayış torpağı X7, X8, Cavabdeh mülkiyyətinə vernmişdir. İş materiallarında olan JN-0482, kodd 30317018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Quba rayon AİK-nın xx.xx.1999-cu il tarixli qərarı ilə Quba rayonu Qəçrəş kəndi ərazisində yerləşən 0.48-ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X7, X8, Cavabdeh mülkiyyətinə vernmişdir. Abşeron TİB tərəfindən X10 verilmiş 028 qeydəalma nömrəsilə 77 nömrəli kitabda qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən, ünvan 1ən ümumi sahəsi 99.3 kv/m ha, yaşayış sahəsi 30.9 kv/m, yardımçı sahəsi 68.4 kv/m olan 2 otaqlı fərdi yaşayış evi X7 adına qeydiyyata alınmışdır. İş materiallarında olan AZ-İ 476857 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. Ölüm haqqında akt qeydləri kitabında xx.xx.2005-ci il tarixdə 10 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan AZ-İ 908183 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Ölüm haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 20 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Quba rayonu, Qəçrəş kəndi ünvanında qeydiyyatda olan Cavabdeh xx.xx.2017-ci il tarixdə vəfat etmiş X11 vərəsəsidir. X14 verilmiş seriya nömrəsi JN-068F, kodd 30317018 saylı şəhadətnaməyə əsasən ünvan 1ən ümumi sahəsi 0.23 ha olan torpaq sahəsinin X14 çatan hissəsidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Quba rayonu, Qəçrəş kəndi ünvanında qeydiyyatda olan Cavabdeh xx.xx.2005-ci il tarixdə vəfat etmiş X7 vərəsəsidir. X10 verilmiş seriya nömrəsi JN-068F, kodd 30317018 saylı şəhadətnaməyə əsasən ünvan 1ən ümumi sahəsi 0.23 ha olan torpaq sahəsinin X10 çatan hissəsidir İş materiallarında olan xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Quba rayonu, Qəçrəş kəndi ünvanında qeydiyyatda olan Cavabdeh xx.xx.2005-ci il tarixdə vəfat etmiş X7 vərəsəsidir. Abşeron TİB tərəfindən X10 verilmiş 028 qeydəalma nömrəsilə77 nömrəli kitabda qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 1ən ümumi sahəsi 99.3 kv/m ha, yaşayış sahəsi 30.9 kv/m, yardımçı sahəsi 68.4 kv/m olan 2 otaqlı fərdi yaşayış evindən ibarətdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Quba rayonu, Qəçrəş kəndi ünvanında qeydiyyatda olan Cavabdeh xx.xx.2005-ci il tarixdə vəfat etmiş X7 vərəsəsidir. X10 verilmiş seriya nömrəsi JN482, KOD:30317018 olan dövlət aktına əsasən ünvan 1ən ümumi sahəsi 0.48 ha olan torpaq sahəsinin X10 çatan hissəsidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Quba rayonu, Qəçrəş kəndi ünvanında qeydiyyatda olan Cavabdeh xx.xx.2017-ci il tarixdə vəfat etmiş X11 vərəsəsidir. X14 verilmiş seriya nömrəsi JN482, KOD:30317018 olan dövlət aktına əsasən ünvan 1ən ümumi sahəsi 0.48 ha olan torpaq sahəsinin X14 çatan hissəsidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, fərdi yaşayış evi və ümumi birgə mülkiyyətində olmuş torpaq sahələri X16 və X17 vəfat etdikdən sonra onların vərəsəsi Cavabdeh tərəfindən notariat kontoruna müraciət edilərək müvafiq pay üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınmışdır. İddiaçı valideynləri X16 və X4 qalmış miras əmlaklara vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilərək, vərəsəlik üzrə payın müəyyən olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145 və 1146-cı maddələrinə görə miras fıziki şəxsin ölümü və ya məhkəmə tərəfındən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fıziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə hesab edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsızlığına qiymət verilərkən əvvəlcə miras əmlaka faktiki sahiblik etməklə və idarə etməklə miras əmlakın faktiki qəbul edilib-edilməməsi müəyyən olunmalıdır. Bu zaman AR Konstitusiyasının 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat, habelə sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yükqoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır. Qüvvədə olan qanunvericiliklə vərəsəlik işləri ilə bağlı müvafiq sənədləşdirmələrin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir. Mülki Məcəllənin 1291, 1321.1 və 1325-ci maddələrinin mənasına görə, vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi ilə bağlı müraciət etmiş vərəsələrə həmin faktların tanınmasının və ya rəsmiləşdirilməsinin təsdiqi olan şəhadətnamənin verilməsi mütləqdir. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarları). Azərbaycan Respublikasının Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirası qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir (Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 2011-ci il 5 dekabr tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci tarixli Qərarına əsasən Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. İşin hallarından göründüyü kimi, X7 xx.xx.2005-ci il tarixdə X8 xx.xx.2017-ci il tarixdə vəfat etmələrindən sonra mirasın qəbulunun qanunla müəyyən olunmuş müddəti ötürülməklə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə vərəsələrdən birinə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsində notarius haqlı olmamışdır. Habelə, miras əmlakın yerləşdiyi yer üzrə digər vərəsələrin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olması, həmçinin digər vərəsələrin də əmlakı faktiki qəbul edib-etməmələri yoxlanılmamışdır. Habelə, miras əmlakdan ünvan 1ən 0,23 ha həyətyanı torpaq sahəsi və ünvan 1ən 0,48 ha torpaq sahəsi birgə mülkiyyət hüququ ilə X7, X8 və Cavabdeh mülkiyyətində olmuşdur ki, vərəsəlik hüququ haqqında şəhadətnamələr verilərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.2-ci maddəsinin tələbi nəzərə alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, iddia X7 adına ünvan 1ən ümumi sahəsi 99,3 kv.m, yaşayış sahəsi 30,9 kv.m, yardımçı sahəsi 68,4 kv.m olan 2 otaqlı fərdi yaşayış evinə tam hissədə paya dair 2V-260 reyestr nömrəli, xx.xx.2021- ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin (V-2304/2012 nömrəli vərəsəlik işi); - Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə (seriya JN-068 kod ********) əsasən X7 və X8 ümumi birgə mülkiyyətində olmuş ünvan 1ən 0,23 ha həyətyanı torpaq sahəsinin onlara çatan hissəsinə paya dair 2V-261 reyestr nömrəli və 2V-262 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələrin (V-2304/2012 və V- 193/2021 nömrəli vərəsəlik işləri); - Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına (seriya JN-0482 kod ********) əsasən X7 və X8 ümumi birgə mülkiyyətində olmuş ünvan 1ən 0,48 ha torpaq sahəsinin onlara çatan hissəsinə tam hissədə paya dair 2V-351 reyestr nömrəli və 2V-352 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələrin (2304 və 193 nömrəli vərəsəlik işləri) etibarsız hesab olunması hissəsində təmin edilməlidir. Vərəsələr İddiaçı və Cavabdeh arasında miras əmlakın bölgüsü ilə bağlı mübahisə mövcuddur. Bununla belə, müəyyən edilmişdir ki, mirasın ünvan 1ən 0,23 ha həyətyanı torpaq sahəsi və ünvan 1ən 0,48 ha torpaq sahəsi birgə mülkiyyət hüququ ilə X7, X8 və Cavabdeh mülkiyyətinə verilmişdir və həmin əmlaka dair paylar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Beləliklə də, mirasın fərdi yaşayış evi tam və ünvan 1ən 0,23 ha həyətyanı torpaq sahəsi və ünvan 1ən 0,48 ha torpaq sahəsi üzrə payları bərabər sayılmaqla torpaqların əmlakın 2/3 hissəsi miras aktivi kimi qəbul edilməklə vərəsələr arasında bölünməlidir. Müstəqil tələb irəli sürməyən şəxslər X15, X13 və X21 verilən vaxta miras əmlakı qəbul etmədiklərini qeyd edərək, valideynlərindən qalmış miras-əmlakdan onlara çatan paydan qardaşları Cavabdeh xeyrinə imtina etdiklərini bildirmişdilər. Məhkəmə hesab edir ki, vərəsələrdən yalnız X18 imtinası qəbul oluna bilər. Belə ki, məhkəmə iclasında iş üzrə cəlb edilmiş müstəqil tələb sürməyən üçüncü şəxslər X15 və X13 mirasın cavabdeh tərəfindən qəbul edilərək mülkiyyətinə keçirilməsindən 2021-ci ildən məlumatlı olduqlarını, cavabdehin mirası öz mülkiyyətinə keçirməsindən məlumatlı olsa da, qanunla müəyyən edilmiş müddətdə mirasın qəbul edilməsini mübahisələndirməmişlər. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə 16 mart 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə kəsici müddət– şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərar). Məhkəmə qeyd edir ki, mirasın qəbul edilməsi ilə bağlı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi halında Mülki Məcəllənin 1272-ci maddəsində müəyyən edilmiş müddət X15 və X9 ünasibətdə tətbiq etməlidir. Belə ki, hazırki işdən görünür ki, cavabdehə mirası qəbul etməsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə 2021-ci il tarixdə verilmiş, X15 və X13 mirasın qəbulu ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malik olsa da mirasın qəbulunu mübahisləndirməmiş və qanunla müəyyən edilmiş iki aylıq müddəti ötürülmüşlər. Beləliklə də, Quba rayonu, Qəçrəş kəndi ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evinin və 0,23 ha torpaq sahəsinin və Cavabdeh mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparlmış qeydiyyatın və bu barədə ona verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunmalı, X5 və X4 miras qalmış Quba rayonu, Qəçrəş kəndində yerləşən ümumi sahəsi 99,3 kv.m, yaşayış sahəsi 30,9 kv.m, yardımçı sahəsi 68,4 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin 1/3 hissəsinə İddiaçı, 2/3 hissəsinə Cavabdeh vərəsəlik hüququ tanınmalıdır. ünvan 1ən 0,23 ha həyətyanı torpaq sahəsinin və Quba rayonu, Qəçrəş kəndində yerləşən 0,48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə 2/9 hissəsinə İddiaçı və 4/9 hissəsinə Cavabdeh vərəsəlik hüququ tanınmalı, beləliklə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun. Quba Regional “Asan xidmət” mərkəzinin notariat ofisi tərəfindən Cavabdeh verilmiş xx.xx.2021ci il və xx.xx.2021-ci il tarixli, “Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamə”lər etibarsız hesab edilsin. Həmin şəhadətnamələr asasında aparılmış Quba rayonu, Qəçrəş kəndi ünvanında yerləşən ümumi sahəsi 2 otaqlı fərdi yaşayış evi və 0,23 ha torpaq sahəsinə dair Cavabdeh mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv olunsun. X5 və X4 miras qalmış Quba rayonu, Qəçrəş kəndində yerləşən ümumi sahəsi 99,3 kv.m, yaşayış sahəsi 30,9 kv.m, yardımçı sahəsi 68,4 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin 1/3 hissəsinə İddiaçı, 2/3 hissəsinə Cavabdeh vərəsəlik hüququ və ünvan 1ən 0,23 ha həyətyanı torpaq sahəsinin və Quba rayonu, Qəçrəş kəndində yerləşən 0,48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/9 hissəsinə İddiaçı və 4/9 hissəsinə Cavabdeh vərəsəlik hüququ tanınsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №e-2(027)-1185/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1185/2024
13.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver