Məhkəmə qərarları › İş №e-2(027)-1204/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №e-2(027)-1204/2025

01.08.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № e-2(027)-1204/2025 01.08.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi ilə, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Ərizəçi X2, Ərizəçi X2 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, X3 Aqarunoviç maraqlı şəxs Quba regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisi cəlb edilməklə "vərəsəlik hüququnun tanınması" barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X3 Aqarunoviç maraqlı şəxs Quba regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisi cəlb edilməklə atası X1 miras qalmış əmlaka vərəsəlik hüququnun tanınması və qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin maraqlı şəxsin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş, atasından miras qalmış Qırmızı qəsəbə İnzibati Ərazi vahidi üzrə nümayəndəliyinin 30 aprel 1998-ci il tarixli 111 saylı sərəncamı ilə Qırmızı qəsəbə inzibati ərazisində Qudyal çayın sol sahilində 2931 kv.m torpaq sahəsindən istifadə hüququna vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X2 nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarından müəyyən olunur ki, ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumunun ödənişi həyata keçirilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı, 263- 264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 Aqarunoviç Quba regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə qarşı "vərəsəlik hüququnun tanınması" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardad 100 manat məbləğində dövlət rüsumunun ( xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbz) iddiaçıya geri qaytarılması üçün əsasdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar