Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1256/2023 19.06.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 559.4 AZN əsas 167.8 AZN cərimə, cəmi 727.2 AZN borc, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 153 AZN əsas 45.9 AZN cərimə, cəmi 198.9 AZN borc, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqısatqı müqaviləsi üzrə 280.6 AZN əsas, 84.1 AZN cərimə, cəmi 364.7 AZN borc, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 120.3 AZN əsas, 36 AZN cərimə, cəmi 156.3 AZN borc, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 641.4 AZN əsas, 192.4 AZN cərimə, cəmi 833.8 AZN borc, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 1489.9 AZN əsas, 446.9 AZN cərimə, cəmi 1936.8 AZN borc, xx.xx.2022ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 1534.8 AZN əsas 460.4 AZN cərimə cəmi 1995.2 AZN borc, ümumilikdə yeddi müqavilə üzrə 4779.4 AZN əsas, 1433.5 AZN cərimə, 6212.9 AZN cəmi borc, və 82.12 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı «Hotpoint» markalı aspiratora görə 18 ay ödəniş cədvəli üzrə 719,90 manat, xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı «Bosch» markalı ət çəkənə görə 2 ay ödəniş cədvəli üzrə 307,00 manat, xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı «Bosch» markalı mikrovolnovka, “Panasonic” markalı blendrə görə 2 ay ödəniş cədvəli üzrə 561,90 manat, xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı «Samsung» markalı tozsoran və tavaya görə 2 ay ödəniş cədvəli üzrə 241,90 manat, xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı «Samsung» markalı telefon və velosiped aksesuarlarına görə 12 ay ödəniş cədvəli üzrə 700,40 manat, xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı «Samsung» markalı soyuducuya görə 18 ay ödəniş cədvəli üzrə 2689,90 manat, xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı «Bosch» markalı qabyuyan, keetle və ütüyə görə 18 ay ödəniş cədvəli üzrə 1974,90 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixində 40 manat, xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixində 154 manat, xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2023-cü il tarixində 229 manat, xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixində 121,60 manat xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixində 59 manat, xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixində 149,50 manat, xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixində 110,00 manat ödəniş etmiş və yeddi müqavilə üzrə cəmi qalıq qalmış borcunu qaytarmamışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Hotpoint» markalı aspiratora görə 18 ay ödəniş cədvəli üzrə hər ay 40 manat olmaqla, cəmi 719,90 manat ödəməyi,xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı «Bosch» markalı ət çəkənə görə 2 ay ödəniş cədvəli üzrə hər ay 154 manat olmaqla, cəmi 307,00 manat ödəməyi,xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı «Bosch» markalı mikrovolnovka, “Panasonic” markalı blendrə görə 2 ay ödəniş cədvəli üzrə hər ay 281,00 manat olmaqla, cəmi 561,90 manat ödəməyi,xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı «Samsung» markalı tozsoran və tavaya görə 2 ay ödəniş cədvəli üzrə hər ay 121,60 manat olmaqla, cəmi 241,90 manat ödəməyi, xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı «Samsung» markalı telefon və velosiped aksesuarlarına görə 12 ay ödəniş cədvəli üzrə hər ay 59 manat olmaqla, cəmi 700,40 manat ödəməyi, xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı «Samsung» markalı soyuducuya görə 18 ay ödəniş cədvəli üzrə hər ay 150 manat olmaqla, cəmi 2689,90 manat ödəməyi, xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı «Bosch» markalı qabyuyan, keetle və ütüyə görə 18 ay ödəniş cədvəli üzrə hər ay 110 manat olmaqla, cəmi 1974,90 manat ödəməyi öhdəsinə götürmüşdür; xx.xx.2023-cü il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixinə xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 559.4 AZN əsas 167.8 AZN cərimə borcu; xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 153 AZN əsas 45.9 AZN cərimə borcu; xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 280.6 AZN əsas, 84.1 AZN cərimə borcu; xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 120.3 AZN əsas, 36 AZN cərimə borcu; xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 641.4 AZN əsas, 192.4 AZN cərimə borcu; xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 1489.9 AZN əsas, 446.9 AZN cərimə borcu və xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 1534.8 AZN əsas 460.4 AZN cərimə borcu yaranmışdır. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 82,12 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Cavabdeh müqaviləyə əsasən hissə-hissə ödəmək şərtilə satın aldığı əşyaların dəyərindən qalan məbləği hər ay vaxtında ödəyəcəyi barədə üzərinə öhdəlik götürsə də, müqavilənin şərtlərini icra etməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə əsas borc 559.4 manat təşkil etdiyi halda, 167,8 manat məbləğində cərimənin hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 60 manata qədər, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə əsas borc 153 manat təşkil etdiyi halda 45.9 manat cərimənin hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 16 manata qədər,xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə əsas borc 280,6 manat təşkil etdiyi halda 84.1 manat cərimənin hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 28 manata qədər, xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə əsas borc 120.3 manat təşkil etdiyi halda, 36 manat məbləğində cərimənin hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 12 manata qədər, xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə əsas borc 641.4 manat təşkil etdiyi halda, 192,4 manat məbləğində cərimənin hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 65 manata qədər, xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə əsas borc 1489.9 manat təşkil etdiyi halda, 446,9 manat məbləğində cərimənin hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 150 manata qədər, xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə əsas borc 1534.8 manat təşkil etdiyi halda, 460.4 manat məbləğində cərimənin hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 151 manata qədər qədər azaldılmalıdır. Həmçinin, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 82,12 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin olunsun. Cavavdeh Cavabdeh xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 559.4 AZN əsas, 60 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 153 AZN əsas, 16 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 280.6 AZN əsas, 28 manat cərimə, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqısatqı müqaviləsi üzrə 120.3 AZN əsas, 12 manat cərimə, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 641.4 AZN əsas, 65 manat cərimə, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 1489.9 AZN əsas, 150 manat cərimə, xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqısatqı müqaviləsi üzrə 1534.8 AZN əsas, 151 manat cərimə olmaqla, ümumilikdə, yeddi müqavilə üzrə 4779,4 manat əsas borc və 482 AZN cərimə borc və dövlət rüsumu üçün ödənilmiş 82.12 manat məbləğdə pul vəsaiti tutulub, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №e-2(027)-1256/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1256/2023
19.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver