Məhkəmə qərarları › İş №e-2(027)-1304/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1304/2022

03.08.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1304/2022 03.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Quba “ASAN xidmət mərkəzində notariat ofisi, S.N.Məmmədova qarşı “valideynlərin birgə nikahları dövründə əldə edilmiş dükandan atasının payının tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh Quba “ASAN xidmət mərkəzində notariat ofisi, S.N.Məmmədova qarşı iddia ərizəsilə məhkəməyə müraciət edərək, valideynlərinin birgə nikahları dövründə əldə edilmiş, Quba Bələdiyyəsinin 09 sentyabr 2002-ci il tarixli, 81 saylı sərəncamı ilə anası, X3 adına verilmiş torpaqda, atası X10 tərəfindən inşa edilmiş, anası, X3 adına Quba şəhəri, 4-cü məhəllədə, xüsusi mülkiyyət təyinatlı, 0,004 ha torpaq sahəsində yerləşən, 29,7 kv.m qeyri-yaşayış binası üçün Azərbaycan Respublikası Prezidentinin “Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 may 2016-cı il tarixli, 895 saylı fərmanına əsasən verilmiş 22 oktyabr 2016-cı il tarixli, RX, № ******* saylı çıxarışı üzrə olan əmlakdan atası, X5 pay hissəsinin olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək, əlavə olaraq, bildirdi ki, Quba şəhəri, Fətəli xan küçəsi 2a saylı binaya 1979-cu ildə köçən zaman binanın qarşısında olan ərazini bağ sahəsi yaratmaq üçün hasarlayıb, 1998-ci ildə Nyu-York şəhərinə işləməyə gedib və oradan zəng edərək atasından xahiş edib ki, həmin bağçanın yerində dükan tikmək üçün həmin ərazini özəlləşdirsin. Nə qədər xərc lazım olsa göndərəcəy. Torpağın özəlləşdirilməsi, dükanın tikilməsi və dükan üçün lazımi avadanlığın alınmasından ötrü valideynlərinə vaxtaşırı pul göndərib. Atasının ağır yataq xəstəsi olması ilə əlaqədar və atasına nəsə olarsa anası tək qalmasın deyə, öz ailəsiylə birlikdə, 12 oktyabr 2011-ci tarixdə, geri qayıdıb. 24 dekabr 2011-ci il tarixdə atası vəfat edib. Atasının vəfatından sonra anası, bacıları və yeznələri ona qarşı haqsız münsibətlər göstərib. 23 fevral 2019cu ildə anası vəfat edib və anasının vəfatından bir-neçə ay sonra ona məlum olub ki, həmin dükan başqasına satılıb və bildirdi ki o dükanda atasının payı var, ona görə həmin dükandan atasına düşən payın müəyyən olunmasını xahiş edir. İddiaçı ərizədə göstərmişdi ki, o, Quba reqional ASAN xidmət mərkəzində notariat ofisinə, valideynlərinin birgə nikahları dövründə əldə etdikləri, Quba şəhəri, 4-cü məhəllədə, Xüsusi mülkiyyət təyinatlı, 0,004 ha torpaq sahəsində yerləşən, 29,7 kv.m qeyri-yaşayış binası (dükan) üçün, qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət edib. Notarius ona şəhadətnamə verməyərək, əvəzində 11 aprel 2022-ci il tarixli, 1065 saylı etiraz məktubu vermişdir. Sözügedən, əmlak yalnız anası, X6 aid əmlak deyildir və anası, bu əmlakın ərsəyə gəlməsinə bir mismar belə vurmamışdır. Bu əmlakın ərsəyə gəlməsi üçün atası, X10, pulunu, vaxtını, istirahətini və sağlamlığını sərf edərək, həmin dükanı tikərək, ərsəyə gətirərək, işlətmişdir. Valideynlərinin birgə nikahları dövründə, Quba Bələdiyyəsindən alınmış 40 m2 torpaq sahəsi üzərində atası, X5 inşa etdiyi dükan üçün, müəyyən səbəblər nəticəsində, çıxarış əldə edə bilmədən vəfat etdiyindən, o, atasının miras varisi olaraq, atasının həmin dükan üzrə pozulmuş əmlak hüququnun bərpa olunmasından ötrü bu iddia ərizəsi ilə Quba rayon məhkəməsinə müraciət etmək məcburiyyətində qalıb. Atası, X10, öz xətti ilə, dükan tikmək üçün, torpaq sahəsinin ayrıılmasından ötrü, anası, X3 adından 08 avqust 2002-ci il tarixdə ərizə yazaraq, Quba Bələdiyyəsinə müraciət etmişdir. Ərizə ilə əlaqədar, Quba Bələdiyyəsi işə baxaraq, 06 sentyabr 2002-ci il tarixli, razılıq AKT-RƏY-ni və şəhərin baş planından torpağın ayrılacağ yerinin xəritəsini təsdiq etmişdir. Quba Bələdiyyəsinin razılığından sonra, atası, X10, Quba Bələdiyyəsinin xəzinəsinə 06 sentyabr 2002-ci il tarixdə, öz adından Seriya BFİ №001995 saylı qəbzlə 500.000 (beş yüz min) AZM məbləğində rüsum ödəmişdir, Quba Bələdiyyəsi, 09 sentyabr 2002-ci il tarixli 81 saylı sərəncamı ilə, anası X3 adınaa, kənd təsərrüfatı məhsullarının satışından ötrü Quba şəhərinin 4-cü məhəlləsinin, Mövlud Qonaq küçəsindən 5,0m x 8,0 = 40,0 qırx kvadrat metr torpaq sahəsi ayırılmışdır. Atası, X10 ilə anası, X3 nikahı 30 may 1961-ci il tarixdən 24 dekabr 2011-ci tarixədək, yəni 50 il birgə nikahda olmuşlar, Həmin dükanı atası özü üçün tikmişdi ki, 47 il ərzində baş mühasib və xəzinə əməliyyatlarının uçotu sektorunun müdiri vəzifəsində işlədiyi, Quba rayon maliyyə şöbəsindən təqaüdə çıxdıqdan sonra, evdə oturmayaraq həmin dükanda işləmişdi. 2004-cü ildə, atası dükanın inşasını bitirərək, dükanı işlətməyə başlamışdı. Dükan üçün anasının adına çıxarış almaqdan ötrü, dəfələrlə Quba rayon İcra hakimiyyətinə müraciət etsə də, bu mümkün olmamış və Quba rayon İcra hakimiyyəti dükanın istismarına razılıq verməmişdir. 2004-cü ildən etibarən, dükan üçün mütəmadi olaraq atası hər ay üçün, anasının adından işıq və qaz rüsumlarını ödəmişdi. Atası, anasının adına olan, 0,40 m2 torpaq sahəsi üçün, 17 fevral 2010-cu il tarixli, Dövlət Torpaq və xəritəçəkmə komitəsinin Quba şöbəsindən, Torpaq sahəsinin planı və ölçüsü lahiyəsinin kadastr qaiməsi (sertfıkatı) almışdır. Atası, 2010-cu il tarixdən, 24 dekabr 2011-ci il tarixədək, infarkt və insult xəstəliyi ilə əlaqədar ağır yataq xəstəsi olub. Atası, X10 24 dekabr 2011-ci il tarixdə vəfat edib. Quba Notariat kontorunda mərhum atasının mirasını qanun üzrə qəbul edib. Göstərilənlərə valideynlərinin birgə nikahları dövründə əldə edilmiş, Quba Bələdiyyəsinin 09 sentyabr 2002-ci il tarixli, 81 saylı sərəncamı ilə anası, X3 adına verilmiş torpaqda, atası X10 tərəfindən inşa edilmiş, anası, X3 adına Quba şəhəri, 4-cü məhəllədə, xüsusi mülkiyyət təyinatlı, 0,004 ha torpaq sahəsində yerləşən, 29,7 kv.m qeyriyaşayış binası üçün verilmiş 22 oktyabr 2016-cı il tarixli, RX, № ******* saylı çıxarışı üzrə olan əmlakdan atası, X5 pay hissəsinin olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Quba Regional «ASAN Xidmət» mərkəzi notariat ofisinin notariusu Cəmil Hüseynov məktubla məhkəməyə müraciət edərək, iş rejimini və əhalinin sıxlığını nəzərə alaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və iclasın onların iştirakı olmadan keçirilməsini xahiş etmişdi. Məhkəmə İddiaçı dinləyərək, iş materiallarını və təqdim edilmiş sübutları nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Quba bələdiyyəsi sədrinin xx.xx.2002-ci il tarixli səracamına əsasən Quba şəhər sakini X1 təsərrüfatı məhsullarının satışından ötrü mağaza tikikintisi üçün Quba şəhəri 4-cü məhəlləsindən, M.Qonaq küçəsindən 5,0 x 8,0 = 40,0 qırx kvadrat metr torpaq sahəsi ayırılmışdır. İş materiallarında olan AZ-İ 710359 seriya və nömrəli “nikah haqqında şəhadətnamə”dən görünür ki, X10 ilə X9 arasında xx.xx.1961-ci il tarixində Quba rayon Qeydiyyat şöbəsində nikah bağlanmış və 52 nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan AZ-İ 502504 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin elektron surətindən məlum olur ki, X10 xx.xx.2011-ci ildə vəfat edib. Ölüm haqqında akt qeydləri kitabında xx.xx.2012ci il tarixdə 02 nömrə ilə qeydiyyata alınıb. İşdə olan AZ-İ 986412 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin elektron surətindən məlum olur ki, X9 xx.xx.2019-ci ildə vəfat edib. Ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-ci il tarixdə 23 nömrə ilə qeydiyyata alınıb. Quba Regional «ASAN Xidmət» mərkəzi notariat ofisinin xx.xx.2022-ci il tarixli 1066 nömrəli məktubuna əsasən Quba rayonu notariat ofisi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 2V-156, 157 reyestr- nömrəli qanun üzrə vərəsəlik hüüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı xx.xx.2011-ci ildə vəfat etmiş X5 qanun üzrə vərəsələr sırasına daxildir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********868 reyestr nömrəli, RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Quba şəhəri 4-cü məhəlləsində yerləşən 0.004 ha torpaq sahəsi xx.xx.2016-cı il tarixdə tam mülkiyyət hüququ ilə X3 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəmınin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-4977/2021 saylı qərarından görünür ki, İddiaçı Quba Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, X9 tərəfindən X7 verilmiş və Quba rayonu notariat kontorunda təsdiq edilmiş 26/11 /2016-cı il tarixli 18658 reyestr nömrəli etibarnamənin, reyesrdə qeydin ləğv edilməsi, etibarnamənin etibarsız hesab edilməsi, Quba şəhəri, 4-cü məhəllədə, 0,004 ha torpaq sahəsində yerləşən, 29,7 kv.m qeyri-yaşayış binasına dair reyestrdə edilmiş 29 noyabr 2016-cı il tarixli, 4Ə-1828 saylı qeydin ləğv edilməsi, 29 noyabr 2016-cı il tarixli AN-İ№ ******* saylı X11 ilə X8 arasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Quba şəhəri, 4-cü məhəllədə, 0,004 ha torpaq sahəsində yerləşən, 29,7 kv.m qeyri-yaşayış binasının X2 mülkiyyətinə verilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Əmlak Komitəsi yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsində edilmiş xx.xx.2016 qeydiyyat tarixli, **********8-06301 reyestr nömrəli, ********** nömrəli qeydin ləğv edilməsi, həmin qeyd əsasında verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi, Quba şəhəri, 4-cü məhəllədə, 0,004 ha torpaq sahəsində yerləşən, 29,7 kv.m qeyri-yaşayış binasında İddiaçı valideynlərinin birgə nikah dövründə inşa etdirdikləri dükan üzərində miras payının təmin edilərək, vərəsəlik hüququnun 1/1 pay üzrə tanınması, Quba notariat ofisi tərəfindən İddiaçı həmin dükan üçün qanun üzrə mülkiyyət hüququ haqqında vərəsəlik şəhadətnaməsinin verilməsi, cavabdehlər X12 (və azyaşlı qızları X13 və X14), X15, X4 bu dükan üzrə miras varisliyindən azad edilmələri və miras əmlakı qəsdən olaraq öz mənafeləri üçün miras kütləsindən çıxartdıqlarına görə ləyaqətsiz vərəsə hesab olunmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(27)-1553/2020 saylı qətnaməsilə iddia təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti vermiş, Quba Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(105)-1553/2020 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2021-ci il tarixli, 2(105)-1076/2021 qətnaməsilə apelyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(105)-1553/2020 saylı qətnaməsi Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2021-ci il tarixli, 2(105)-1076/2021 qətnaməsilə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2021-ci il tarixli, 2(105)-1076/2021 qətnaməsindən kassasiya şikayəti vermiş, Ali Məhkəmınin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)- 4977/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş vəSumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2021-ci il tarixli, 2(105)-1076/2021 qətnaməsi Ali Məhkəmınin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-4977/2021 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Hazırki iddia ərizəsiylə İddiaçı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********868 reyestr nömrəli, RX seriyalı ******* nömrəli Çıxarışa əsasən anası mərhum X6 tam mülkiyyət hüququ əsasında verilmiş Quba şəhəri, 4-cü məhəllədə 0,004 ha torpaq sahəsində yerləşən, 29,7 kv.m əmlakdan atası, X5 pay hissəsinin olması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.3-cü maddəsi əmlak hüquqlarının yaranmasının xüsusi qaydasını müəyyən edir. Qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəllənin 146-cı maddəsi bu qaydanı daha da dəqiqləşdirir. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Qeyd olunmalıdır ki, qeydiyyat tələbinə əməl edilməməsi daşınmaz əmlak üzərində mülkiyyət hüququnun və daşınmaz əmlakla bağlı digər hüquqların mövcudluğunu istisna edir. Bu mənada məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsi və üzərində inşa edilmiş bir tikili qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri baxımından əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmədiyindən həmin əmlaklar üzərində tərəflərin mülkiyyət hüququ yarana və həmin əmlaklar üzərində tərəflərin payları müəyyən edilə bilməz. Məhkəmədə müəyən edildi ki, iddiaçnın atası X10 xx.xx.2011-ci ildə vəfat etmiş və mübahisə edilən qeyri yaşayış sahəsi həmin zamana qədər rəsmi qaydada dövlət qeydiyyatından keçməmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarı). Odur ki, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Quba “ASAN xidmət mərkəzində notariat ofisi, S.N.Məmmədova qarşı “valideynlərin birgə nikahları dövründə əldə edilmiş dükandan atasının payının tanınması” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Quba “ASAN xidmət mərkəzində notariat ofisi, S.N.Məmmədova qarşı “valideynlərin birgə nikahları dövründə əldə edilmiş dükandan atasının payının tanınması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar