Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1329/2025 20.08.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və X31 Xidmət Mərkəzində Notariat Ofisinə qarşı vəasiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: I. İşin mahiyyəti: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 sentyabr 2024-cü il tarixdə mərhum X2nun adından tərtib edilmiş və X31 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən 2V-1346 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Quba rayonu Digah kəndində yerləşən 0,23 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli fərdi yaşayış evi və həmin kənddə yerləşən 0,84 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi X2na və anası X6 məxsus olmuşdur. Valideynlərinin cəmi 6 övladı olmuşdur. X30 28 aprel 2009-cu il tarixdə vəfat etmişdir. Anası vəfat etdikdən sonra onun miras kütləsinə daxil olan əmlaklara sahiblənmək məqsədi ilə qardaşı Cavabdeh atası Canmirzə Həmzəyevə qarşı əsassız tələblər irəli sürmüş və nəticədə atası Canmirzə Həmzəyevlə qardaşı, iş üzrə Cavabdeh arasında mübahisə yaranmışdır. Atası Quba Rayon Məhkəməsində iddia qaldırararaq mərhum anasının miras əmlakları üzərində onun mülkiyyət hüqquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda qardaşı Cavabdeh atasına qarşı qarşılıqlı iddia ərizəsi ilə həmin məhkəməyə müraciət edərək mərhum anasının miras əmlaklarına dair özlərinin mülkiyyət paylarının müəyyən edilməsini xahiş etmişlər. Quba Rayon Məhkəməsi həmin mübahisəyə baxmış və məhkəmənin 29 oktyabr 2010-cu il tarixli, 2(027)-854/2010 saylı qətnaməsi ilə atası Canmirzə Həmzəyevin iddiası qismən, həmçinin qarşılıqlı iddia təmin edilməklə Torpağın mülkiyyətə verilməsinə dair JN-406F saylı şəhadətnamədə göstərilən 0,23 hektar həyətyanı torpaq sahəsinin, Torpağa mülkiyyət hüququna dair JN-539 saylı Dövlət Aktında göstərilən 0,84 hektar özəl pay torpaq sahəsinin və Qeydiyyat vəsiqəsində göstərilən 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin mərhum X3 payına düşən ½ hissəsinin 1/3-nə, yəni qeyd olunan daşınmaz əmlakların ümumi hissəsinin 4/6-nə X4, həmin əmlakların ümumi hissəsinin 1/6 hissəsinə Cavabdeh, 1/6 hissəsinə X1 mülkiyyət hüququnun tanınması qət edilmişdir. Bununla da, məhkəmə qətnaməsinə əsasən yuxarıda sadalanan əmlakların 4/6 hissəsi atası Canmirzə Həmzəyevə məxsus olmuşdur. İstər məhkəmə prosesləri zamanı, istərsə də, məhkəmədən sonra qardaşı Cavabdeh ilə X2nun münasibətləri gərgin vəziyyətdə olmuş, qardaşı Cavabdeh özünün başqa yaşayış evi və digər daşınmaz əmlakları olmasına baxmayaraq valideynlərinə məxsus əmlakların hamısına sahiblənmək istəmişdir. Bununla bağlı dəfələrlə onlar arasında gərgin mübahisələr olmuş, qardaşı Cavabdeh atasına qarşı əsassız tələblər irəli sürmüş, hətta atama hədə-qorxu gəlib onu ölümlə hədələmişdir. Qardaşı Cavabdeh ümumiyyətlə atası ilə maraqlanmamış, ona qayğı göstərməmişdir. Atasının müalicə xərclərini o və digər bacı-qardaşı çəkmişlər. Maddi ehtiyaclarının ödənilməsi əsasən xaricdə yaşayan qardaşları Mahir Həmzəyev və Elfan Həmzəyev tərəfindən göndərilən pul vəsaitləri hesabına həyata keçirilmişdir. Eyni zamanda valideynlərinə məxsus fərdi yaşayış evi onların çəkdiyi xərclər hesabına təmir olunmuş, lakin qardaşı Cavabdeh həmin işlərin görülməsində heç bir şəkildə iştirak etməmişdir. X2 01 iyun 2011-ci il tarixdə vəsiyyətnamə tərtib etməklə özünə məxsus olan həmin əmlakları ona, yəni İddiaçı Canmmirzə oğluna vəsiyyət etmişdir. 02 noyabr 2024-cü il tarixdə atası Canmirzə Həmzəyev 93 yaşında vəfat etmişdir. Vəfat etməmişdən təxminən 1 il əvvəldən atası artıq yaddaşını itirməyə başlamış, onun daimi kənar qulluğa ehtiyacı olmuş, eyni zamanda onların nəzarətləri altında olmuşdur. Belə ki, atası artıq yaddaşını itirdiyindən bir neçə dəfə evi özbaşına tərk edib naməlum istiqamətə getmiş, haraya getmək istədiyini tam dərk edə bilməmişdir. Vəfatına təxminən 1 il qalmış o, kənar qulluq olmadan sərbəst qidalana, o cümlədən digər təbii ehtiyaclarını ödəmək iqtidarında olmamışdır. Atası vəfat etdikdən sonra o vəsiyyət üzrə vərəsəlik qaydasında atasına məxsus əmlakları öz adına rəsmiləşdirmək üçün X31 Xidmət Mərkəzində Notariat Ofisinə müraciət etmiş, lakin oradan bildirilmişdir ki, mərhum atası Canmirzə Həmzəyev xx.xx.2024-cü il tarixdə 2V-1346 reyestr nömrəli vəsiyyətnamə tərtib etmiş, ona görə də özünə məxsus əmlakları ona vəsiyyət etməsinə dair vəsiyyətnamə qüvvədən düşmüş hesab edildiyindən ona vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün deyil. O, 2024-cü ilin sentyabr ayının 23-də Naftalana müalicəyə getmiş, həmçinin bacısı Qızxanım Həmzəyevə həmin ərəfədə müalicəsi ilə əlaqdəar Milli Onkolgiya Mərkəzində olmuşdur. Onların evdə olmamasından istifadə edən qardaşı Cavabdeh evdə tək qalan atası Canmirzə Həmzəyevə hədə-qorxu gələrək və digər təzyiqlər göstərərək onu öz maşını ilə X31 Xidmət Mərkəzinə aparmış və orada özünün soyadını bilmədiyi Raziyyə adlı baldızının və qayını arvadı Yaraşıq Xanbabayevanın şahidliyi ilə atası Canmirzə Həmzəyevin vəsiyyətnamə tərtib etməsinə nail olmuşdur. Yuxarıda qeyd etdiyi kimi mərhum atası Canmirzə Həmzəyev vəfat etməsinə 1 il qalmış artıq demək olar ki, yaddaşını itirmiş, özünü idarə etmək, hərəkətlərinin mənasını tam dərk etmək qabiliyyətini itirmişdir. Ona görə də, mərhum atası vəfat etməsinə iki aydan az müddət qalmış həmin vəsiyyətnaməni şüurlu şəkildə tərtib edə, ümumiyyətlə öz əmlakı barəsində sərəncam səlahiyyətli hər hansı əqd bağlaya bilməzdi. Buna baxmayaraq, X31 Xidmət Mərkəzində Notariat Ofisinin notariusu Süleyman Məmmədov mərhum atasının fəaliyyət qabiliyyətini tam yoxlamadan onun adından vəsiyyətnamə tərtib edərək onu təsdiq etmişdir. Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 19-ci bəndinə əsasən Notarius tərəfindən Əqdlər təsdiq edilərkən əqddə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılır. Əqd nümayəndə tərəfindən aparıldıqda onun səlahiyyəti yoxlanılır. Mərhum atası Canmirzə Həmzəyev 23 sentyabr 2024-cü il tarixdə yaşı və xəstəliyi ilə əlaqədar yaddaşını itirdiyindən, özünü sərbəst şəkildə idarə edə bilmədiyindən, öz hərəkətlərinin mənasını tam dərk etmədiyindən o, hər hansı məzmunda vəsiyyətnamə tərtib etmək vəziyyətində olmamışdır. Onun vəsiyyətnamə tərtib etmək vəziyyətdə olmamasını, yəni öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: edə bilmədiyi vəziyyətdə olmasını bütün qohumlar, qonşular, tanışlar, bacı-qardaşları təsdiq edirlər və hamı onun həmin vəziyyətdə olmasının şahidi olmuşlar. Qardaşı Cavabdeh isə onun bu vəziyyətindən sui-istifadə edərək mərhum atası şəxsən özü idarə etdiyi avtomoibili ilə notariat ofisinə aparmaqla və özünün baldızı və qaynı arvadının şahidliyi ilə özünün xeyrinə saxta vəsiyyətnamənin tərtib edilməsinə nail olmuşdur. İş üzrə Cavabdeh iddiaya etiraz verərək, göstərmişdir ki, iddiaçı tərəfindən irəli sürülən hallar yalan və böhtan xarakterlidir. Atası ilə onun arasında həmişə mehriban ata-oğul münasibəti olmuşdur və iddiaçının mala-mülkə görə uydurduğu bu yalanlar ikrah hissi oyadır. Onun etirazını nəzərə alaraq mövcud iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş, Telmanın atasını Notariusa məcburi qaydada apardığını bildirmiş, iddiasını əsaslı hesab edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddianın təmin olunmasını xahiş etdi. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək, bildirmişdir ki, iddiaçının dedikləri yalan və iftiradır, Asan Xidmət Mərkəzində görüntü vardır, atası vəsiyyətnamə verərkən öz ağlında olmuşdur. Elfan 1988-ci ildə ölkədən çıxmışdır. Mahir isə 51 ildir ki, Litvada yaşayır. Onun atası ilə heç bir mübahisəsi olmamışdır. İddianı əsassız hesab edir, rədd olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə digər cavabdeh X31 Xidmət Mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirdi ki, sonuncu vəsiyyətnamədən xəbəri olmamışdır. Telmanı atasına baxmadığı üçün atası evdən çıxarmışdır, Atasına ölənə kimi o baxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirdi ki, Canmirzəyə ölənə kimi qızı Qızxanım baxmışdır, vəsiyyətnamədən xəbəri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 bildirdi ki, iddiaçı həyat yoldaşının əmisi oğludur, Canmirzəyə Qızxanım baxmışdır, Elfanın ona pul göndərdiyini demişdir. Son vaxtlarda çox yaşlı olduğundan yaddaşını itirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 bildirdi ki, Canmirzə onun qardaşıdır, qardaşının övladları ilə aralarında mübahisənin olmasını bilmir, Canmirzəyə Qızaxanım və Elmar baxmışdır. Telman da oğlu kimi ona baxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 bildirdi ki, Canmirzə qonşusu olub, özü tək qalırdı, ona Qızxanım və Telman baxmışdır, övladları ilə mübahisəsi olmasını bilmir. İİİ. İşin faktiki halları: İş materiallarında olan: -Quba Rayon Məhkəməsinin 2(027)-854/2010 saylı 29 oktaybr 2010-cu il tarixli qətnaməsindən görünür ki, Torpağın Mülkiyyətə Verilməsinə Dair CN-406F saylı şəhadətnamədə göstərilən 0,23 hektar həyətyanı torpaq sahəsinin, Torpağa Mülkiyyət Hüququna Dair CN-539 saylı Dövlət Aktında göstərilən 0,84 hektar özəl pay torpaq sahəsinin və Qeydiyyat Vəsiqəsində göstərilən 2 mərtəbəli 4 otaqh fərdi yaşayış evinin mərhum X3 payına düşən 1\2 hissəsinin 1/3-nə, yəni qeyd olunan daşınmaz əmlakların ümumi hissəsinin 4/6-nə X5 mülkiyyət hüquqlarının tanınması, Torpağın Mülkiyyətə Verilməsinə Dair CN-406F saylı şəhadətnamədə göstərilən 0,23 hektar həyətyanı torpaq sahəsinin, Torpağa Mülkiyyət Hüququna Dair CN-539 saylı Dövlət Aktında göstərilən 0,84 hektar özəl pay torpaq sahəsinin və Qeydiyyat Vəsiqəsində göstərilən 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin mərhum X3 payına düşən 1/2 hisssəsinin 1/3-nə, yəni qeyd olunan daşınmaz əmlakların ümumi hissəsinin 1/6-nə Cavabdeh və Torpağın Mülkiyyətə Verilməsinə Dair CN-406F saylı şəhadətnamədə göstərilən 0,23 hektar həyətyanı torpaq sahəsinin, Torpağa Mülkiyyət Hüququna Dair CN-539 saylı Dövlət Aktında göstərilən 0.84 hektar özəl pay torpaq sahəsinin və Qeydiyyat Vəsiqəsində göstərilən 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin mərhum X3 payına düşən İ\2 hisssəsinin 1/3-nə, yəni qeyd olunan daşınmaz əmlakların ümumi hissəsinin 1/6-nə X1 mülkiyyət hüquqları tanınması, Torpağın Mülkiyyətə Verilməsinə Dair CN-406F saylı şəhadətnamədə göstərilən 0,23 hektar həyətyanı torpaq sahəsinin, Torpağa Mülkiyyət Hüququna Dair CN-539 saylı Dövlət Aktında göstərilən 0,84 hektar özəl pay torpaq sahəsinin və Qeydiyyat Vəsiqəsində göstərilən 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin mərhum X3 payına düşən 1/2 hissəsinin 1/3-nə, yəni qeyd olunan daşınmaz əmlakların ümumi hissəsinin 4/6-nə X5, Torpağın Mülkiyyətə Verilməsinə Dair CN-406F saylı şəhadətnamədə göstərilən 0,23 hektar həyətyanı torpaq sahəsinin, Torpağa Mülkiyyət Hüququna Dair CN-539 saylı Dövlət Aktında göstərilən 0.84 hektar özəl pay torpaq sahəsinin və Qeydiyyat Vəsiqəsində göstərilən 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin mərhum X3 payına düşən 1\2 hisssəsinin 1/3-nə, yəni qeyd olunan daşınmaz əmlakların ümumi hissəsinin 1/6-nə Cavabdeh və Torpağın Mülkiyyətə Verilməsinə Dair CN-406F saylı şəhadətnamədə göstərilən 0,23 hektar həyətyanı torpaq sahəsinin, Torpağa Mülkiyyət Hüququna Dair CN- 539 saylı Dövlət Aktında göstərilən 0,84 hektar özəl pay torpaq sahəsinin və Qeydiyyat Vəsiqəsində göstərilən 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin mərhum X3 payına düşən 1/2 hisssəsinin 1/3-nə, yəni qeyd olunan daşınmaz əmlakların ümumi hissəsinin 1/6-nə X1 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınıb adlarına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. - AZ-İ seriyalı 373933 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. - AZ-İİ seriyalı 461000 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. -Quba RİHB-nın Xucbala kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli 099 №li arayışından görünür ki, X12 vəfat etdikdən sonra vərəsələri X11, İddiaçı, X14, X15, Cavabdeh, X7 və X13 qalmışlar. -xx.xx.2011-ci il tarixli vəsiyyətnamədən görünür ki, X12 ona ölən günədək ona məxsus olan ünvan 1i ünvanında mülkiyyətində olan iki mərtəbəli, dörd otaqlı fərdi yaşayış evini, 0,23 ha həyətyanı torpaq sahəsindən və 0,84 ha pay torpaq sahəsindən ona düşən hissəni oğlu ünvan 1ində yaşayan İddiaçı vəsiyyət edir. -xx.xx.2024-cü il tarixli vəsiyyətnamədən görünür ki, X12 ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını ünvan 2i ünvanında yaşayan Cavabdeh vəsiyyət edir. İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. -28.2. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. -28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. - 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; -1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; - 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. -1167-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. -1220-cı maddəsinə əsasən Vəsiyyət edən vəsiyyətnaməni aşağıdakı üsullarla həmişə dəyişdirə və ya ləğv edə bilər: - əvvəlki vəsiyyətnaməni və ya onun yeni vəsiyyətnaməyə zidd hissəsini birbaşa ləğv edən yeni vəsiyyətnamə tərtib etməklə; - notariat orqanına ərizə verməklə; - Vəsiyyətnamənin bütün nüsxələrinin vəsiyyət edən tərəfindən və ya onun sərəncamı ilə notarius tərəfindən məhv edilməsi ilə. -1225. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır.Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Notariat haqqında Qanunun: - 40-cı maddəsinə əsasən hərəkətin aparılması barədə fəaliyyət qabiliyyəti olmayan şəxs və ya lazımi səlahiyyəti olmayan nümayəndə müraciət etdikdə notarius notariat hərəkətini aparmaqdan imtina edir. -47-ci maddəsinə əsasən Notariuslar və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər fəaliyyət qabiliyyəti olan ayrı-ayrı şəxslərin qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib etdikləri və şəxsən notariusa və ya notariat hərəkətlərini aparan digər vəzifəli şəxslərə təqdim etdikləri vəsiyyətnamələri təsdiq edirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın: - 19-cu bəndinə əsasən əqdlər təsdiq edilərkən əqddə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılır. -35-ci bəndinə əsasən notarius, əgər notariat hərəkətlərinin aparılması qanuna ziddirsə, hərəkət başqa notariat orqanı tərəfindən aparılmalıdırsa, notariat hərəkətinin aparılması üçün fəaliyyət qabiliyyəti olmayan şəxs, yaxud lazımi səlahiyyəti olmayan nümayəndə müraciət etmişsə, hüquqi şəxsin adından bağlanan əqd onun nizamnaməsində və ya əsasnaməsində göstərilən məqsədlərə ziddirsə, qanunun tələblərinə uyğun olmayan əqd bağlanmışsa, sənədlər qanunvericiliyin tələblərinə uyğun gəlmirsə və ya sənədlərdə ayrıayrı şəxslərin şərəf və ləyaqətini ləkələyən məlumatlar varsa, əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun gəlmirsə, notariat hərəkətlərini aparmaqdan imtina edir. -39-cu bəndinə əsasən notarius əqd iştirakçılarının yaşı ilə əlaqədar fəaliyyət qabiliyyətini onun şəxsiyyətini təsdiq edən sənəd əsasında müəyyən edir. Əqdin iştirakçılarından hər hansı birinin ruhi xəstəliyə və ya ağıl zəifliyi nəticəsində öz hərəkətinin əhəmiyyətini başa düşə və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsini, yaxud spirtli içkilərdən və ya narkotik vasitələrdən, psixotrop maddələrdən sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində öz ailəsini ağır maddi vəziyyətə salmasını, yaxud digər israfçılıq hərəkətləri ilə ailəsini dolanacaq xərclərindən məhrum etməsini güman etmək üçün notariusun əsasları vardırsa, şəxsin isə fəaliyyət qabiliyyətinin olmamasına və ya fəaliyyət qabiliyyətinin məhdud olmasına dair məhkəmə qətnaməsi yoxdursa, notarius əqdin təsdiq edilməsini təxirə salır və şəxsin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında məhkəmə qətnaməsinin olub-olmadığını aydınlaşdırır. -57-ci bəndinə əsas vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd etməyi də zəruri sayır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə hesab edir ki, Quba «ASAN XİDMƏT» mərkəzində notariat ofisi tərəfindən 23 sentyabr 2024-cü il tarixdə vəsiyyətnamə verilərkən qanun pozuntularına yol verilməmişdir. Göründüyü kimi iddiaçı tərəfindən iddia tələbi üzrə hər hansı sübütlar təqdim edilməmişdir. Vəsiyyət edən şəxsin yaşının çox olması və buna bağlı olaraq fəaliyyət qabiliyyətli olmadığını iddia etməsi ilə bağlı məhkəmə hesab edir ki, vəsiyyət qoyanın yaşlı olması onun fəaliyyət qabiliyyətsiz sayılması və psixi durumunun dəyişməsi üçün özlüyündə yetərli əsas deyil. Təsadüfi deyil ki, belə bir hal qanunvericilikdə fəaliyyət qabiliyyətini məhdudlaşdıran və ya fəaliyyət qabiliyyətsiz edən hal kimi göstərilməmişdir. Hansı ki, qanunvericilik fəaliyyət qabiliyyətinin yaranmasını müəyyən yaş həddinə bağlayır. Vəsiyyət qoyanın yaşının 90-ı ötməsi fiziki çətinliklər yarada bilər, lakin bu şəxsin sərbəst iradəsini ifadə etməsi imkanını aradan qaldırmır. Həmçinin belə bir faktın təsdiqi nə şahid ifadələri nədəki hər hansı sübutlarla təsdiqini tapmamışdır. Belə ki, bu hal yalnız müvafiq ekspertiza rəyi ilə məhkəmə qərarı ilə təsdiqlənə bilərdi, belə sübut isə təqdim edilməmişdir. Bundan başqa yuxarıda istinad edilən qanunvericiliyin tələblərinə əsasən notarius özü vəsiyyət edənin şəxsiyyətini müəyyən edib, fəaliyyət qabiliyyətini yoxladıqdan sonra vəsiyyətnaməni təsdiq edir. Bu barədə qeyd vəsiyyətnamənin özündə də göstərilmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının MPM-nin: -80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. -218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbləri əsasız olduğundan təmin edilə bilməz. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və X31 Xidmət Mərkəzində Notariat Ofisinə qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №e-2(027)-1329/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1329/2025
20.08.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver