Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1348/2025 23.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “Apple 20W Usb-C Adapter”, İmei kodu **********36412 “İphone 15” pro markalı telefon üçün 3678 (üç min altı yüz yetmiş səkkiz) manat, 30 (otuz) qəpik ödənilməmiş hissə, 1839 (min səkkiz yüz otuz doqquz) manat, 15 (on beş) qəpik dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “Samsung 25W Compact Charger”, İmei kodu **********64692 “Samsung Galaxy A05” markalı telefon üçün, 200 (iki yüz) manat, 44 (qırx dörd) qəpik ödənilməmiş hissə, 100 (yüz) manat, 22 (iyirmi iki) qəpik dəbbə olmaqla, ümumilikdə 5818 (beş min səkkiz yüz on səkkiz) manat, 11 (on bir) qəpik borc, 78 (yetmiş səkkiz) manat, 19 (on doqquz) qəpik ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2024-cü il -cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən İddiaçı MMC-dən “Apple 20W Usb-C Adapter”, İmei kodu **********36412 “İphone 15” pro markalı telefon və “Samsung 25W Compact Charger”, İmei kodu **********64692 “Samsung Galaxy A05” markalı telefon almışdır. Cavabdeh müqavilə şərtlərini pozaraq, xx.xx.2024-cü il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 3678 (üç min altı yüz yetmiş səkkiz) manat, 30 (otuz) qəpik olan “Apple 20W Usb-C Adapter”, İmei kodu **********36412 “İphone 15” pro markalı telefon üçün ümumilikdə, 5517.45 (beş min beş yüz on yeddi manat, 45 qəpik) manat olmaqla ondan, 3678.30 (üç min altı yüz yetmiş səkkiz manat, 30 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 1839.15 (min səkkiz yüz otuz doqquz manat, 15 qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 482.94 (dörd yüz səksən iki manat, 94 qəpik) manat olan “Samsung 25W Compact Charger”, İmei kodu **********64692 “Samsung Galaxy A05” markalı telefon üçün ümumilikdə, 300.66 (üç üyz manat, 66 qəpik) manat olmaqla ondan, 200.44 (iki yüz manat, 44 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 100.22 (yüz manat,22 qəpik) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 282.50 manat təşkil edir, nəticədə o müqavilələrin şərtini pozmuş, üzərinə düşən öhdəliyi tam icra etməmişdir. İddiaçı MMC məhkəməyə ərizə ilə müraciət etmək qərarına gələrək, ümumilikdə 5818 (beş min səkkiz yüz on səkkiz) manat, 11 (on bir) qəpik borcun Cavabdeh alınaraq "ABC-Telecom” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "ABC-Telecom” MMC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh, izahatında bildirmişdir ki, o iddianı qismən qəbul edir, lakin maddi imkanı olmadığından borcu ödəyə bilmir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək, ərizədə də izahatını təsdiq edərək, idianın qismən qəbul etdiyini və iddianı dəbbə borcu hissəsində silinməsini xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli 03987762 saylı müqavilənin surətindən göründüyü kimi, Cavabdeh İddiaçı MMC-dən dəyərini hissə-hissə ödəmək şərtilə, “Apple 20W Usb-C Adapter”, İmei kodu **********36412 “İphone 15” pro markalı telefon markalı telefon almışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 14024604 saylı müqavilənin surətindən göründüyü kimi, Cavabdeh İddiaçı MMC-dən dəyərini hissə-hissə ödəmək şərtilə “Samsung 25W Compact Charger”, İmei kodu **********64692 “Samsung Galaxy A05” markalı telefon almışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 3678 (üç min altı yüz yetmiş səkkiz) manat 30 (otuz) qəpik ödənilməmiş hissə, 1839 (min səkkiz yüz otuz doqquz) manat 15 (on beş) qəpik cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 200 (iki yüz) manat 44 (qırx dörd) qəpik ödənilməmiş hissə, 100 (yüz) manat 22 (iyirmi iki) qəpik dəbbə olmaqla, ümumilikdə 5818 (beş min səkkiz yüz on səkkiz) manat 11 (on bir) qəpik məbləğində borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən göründüyü kimi, Cavabdeh borcu ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzdən göründüyü kimi, iddia qaldırılması üçün 78 (yetmiş səkkiz) manat, 19 (on doqquz) qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı cavabdehə malları satmağı, cavabdeh isə həmin malları almağı və onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəflər arasında bağlanılmış müqavilənin predmetini cavabdehə təhvil vermiş, cavabdeh isə həmin malın dəyərini müqavilə ilə şərtləşdirilmiş müddətdə və qaydada hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə ödənişləri vaxtlı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öz üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, nəticədə müqavilə üzrə iddiaçı qarşısında borc öhdəliyinə görə onun mülki hüquqi məsuliyyəti yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olmaqla, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunan halları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddianın əsas borca hesablanmış xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1839 (min səkkiz yüz otuz doqquz) manat, 15 (on beş) qəpik cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından azaldılmalı və 50 (əlli) manat məbləğində, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 100 (yüz) manat, 22 (iyirmi iki) qəpik cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından azaldılmalı və 5 (beş) manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalı, beləliklə də iddia tələbi cərimə borcunun tutulması hissəsində qismən təmin edilməlidir. İddiaçı həmçinin iddia tələbi ilə bağlı ödənilmiş 78 (yetmiş səkkiz) manat, 19 (on doqquz) qəpik məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki,məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 78 (yetmiş səkkiz) manat, 19 (on doqquz) qəpik məbləğində dövlət rüsumunun 25 (iyirmi beş) manat 30 (otuz) qəpik hissəsi iddiaçıya aid edilməli, 52 (əlli iki) manat, 86 (səksən altı) qəpik cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh xx.xx.2024-cü il tarixli 03987762 saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 3678 (üç min altı yüz yetmiş səkkiz) manat, 30 (otuz) qəpik ödənilməmiş hissə 50 (əlli) manat dəbbə; xx.xx.2024-cü il tarixli 14024604 saylı müddətli (Nisyə) alqısatqı müqaviləsi üzrə 200 (iki yüz) manat 44 (qırx dörd) qəpik ödənilməmiş hissə, 5 (beş) manat dəbbə olmaqla, iki müqavilə üzrə ümumilikdə 3933 (üç min doqquz yüz otuz üç) manat 74 (yetmiş dörd) qəpik borc tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Ödənilmiş 78 (yetmiş səkkiz) manat, 19 (on doqquz) qəpik məbləğində dövlət rüsumunun 25 (iyirmi beş) manat 30 (otuz) qəpik hissəsi iddiaçıya aid edilsin, 52 (əlli iki) manat, 86 (səksən altı) qəpik cavabdehdən alınaraq iddiaçıya verilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №e-2(027)-1348/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1348/2025
23.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver