Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № e-2(027)-1352/2024 06.06.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı avtomobilin qaytarılması borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC və Cavabdeh arasında imzalanmış xx.xx.2020-ci il tarixli B-051-AAE-20 saylı Müqavilə üzrə iddiaçı tərəfindən cavabdehin istifadəsinə verilmiş 1 ədəd Changan Eado DT markalı modelli, buraxılış ili 2020 olan (VİN: LS5A2AGE6LD000357 rəng ağ) avtonəqliyyat vasitəsinin Cavabdeh tərəfindən İddiaçı MMC-yə geri qaytarılması, həmçinin 9.863,00 (doqquz min səkkiz yüz altmış üç) məbləğində borcun və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC məhkəməyə ərizə göndərərk, hal-hazırda işi məhkəmədən kənar həll etməklə bağlı cavabdehlə razılığa gəldiklərini bildirərək, iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. İş üzrə cavabdeh tərəfindən hazırki işin mahiyyəti üzrə həll olunması tələbi ilə bağlı məhkəmə müraciət edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı avtomobilin qaytarılması borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı MMC-nin Cavabdeh qarşı avtomobilin qaytarılması borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətinə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №e-2(027)-1352/2024
Quba Rayon Məhkəməsi Qərardad — İş №e-2(027)-1352/2024
06.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver