Məhkəmə qərarları › İş №e-2(027)-1416/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1416/2023

03.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1416/2023 03.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Quba regional “ASAN Xidmət” mərkəzi Notariat ofisinə qarşı “miras əmlaka vəsiyyət hüququ müəyyən edilməklə tam payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Quba regional “ASAN Xidmət” mərkəzi Notariat ofisinə qarşı “miras əmlaka vəsiyyət hüququ müəyyən edilməklə tam payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras qoyanlar 19 noyabr 2003-cü il tarixində vəfat etmiş X8ndan və 03 dekabr 2021-ci il tarixində vəfat etmiş X1 miras qalmış Quba rayon Aqrar İslahat Komissiyasının 24 iyun 2000-ci il tarixli, 07 nömrəli qərarı ilə torpağa mülkiyyət hüququna dair JN-0139 KOD 30329058 nömrəli dövlət aktına əsasən birgə mülkiyyətdə olan Quba rayonu, Səbətlər kəndi ərazisindən yerləşən 1,64 ha torpaq sahəsinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 14 oktyabr 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********96-10301 reyestr nömrəli çıxarışa əsasən Quba rayonu, Səbətlər kəndi ərazisində 0,15 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 77,30 kv.m. olan fərdi yaşayış evindən ibarət miras əmlaka tam payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbini dəqiqləşdirərək, miras qoyanlar 19 noyabr 2003-cü il tarixində vəfat etmiş X8ndan və 03 dekabr 2021-ci il tarixində vəfat etmiş X1 miras qalmış Quba rayon Aqrar İslahat Komissiyasının 24 iyun 2000-ci il tarixli, 07 nömrəli qərarı ilə torpağa mülkiyyət hüququna dair JN-0139 KOD 30329058 nömrəli dövlət aktına əsasən birgə mülkiyyətdə olan Quba rayonu, Səbətlər kəndi ərazisindən yerləşən 1,64 ha torpaq sahəsindən onlara düşən hissənin və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 14 oktyabr 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********96-10301 reyestr nömrəli çıxarışa əsasən Quba rayonu, Səbətlər kəndi ərazisində 0,15 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 77,30 m olan fərdi yaşayış evinə miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X8 ilə anası X9 03 sentyabr 1962-ci il də birgə nikahlarını qeyd edərək ailə qurmuşlar. Birgə nikahlarından o, İddiaçı və digər bacı-qardaşları Səfərova (Nəsirova) Xatirə Kazım qızı, X24, X27, Səfərova (İlyasova) Məhbubə Kazım qızı doğulmuşdur. Quba rayon Aqrar İslahat Komissiyasının 24 iyun 2000-ci il tarixli, 07 nömrəli qərarı ilə Torpağa Mülkiyyət Hüququna Dair JN-0139 KOD 30329058 nömrəli Dövlət Aktına əsasən birgə mülkiyyətlə anası X7, X13 və ailə üzvlərinə Quba rayonu, Səbətlər kəndi ərazisindən kənd təsərrüfatı məsulları istehsalı üçün 1,64 ha torpaq sahəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 14 oktyabr 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********96-10301 reyestr nömrəli çıxarışa əsasən Quba rayonu, Səbətlər kəndi ərazisində 0,15 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 77,30 m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında anası X7, X13 məxsusdur. X8 19 noyabr 2003-cü il tarixində, anası X9 03 dekabr 2021-ci il tarixində, bacısı Səfərova (Nəsirova) Xatirə Kazım qızı 06 dekabr 2011-ci il tarixində və qardaşı X24 isə 02 yanvar 2023-cü il tarixində vəfat etmişdir. Anası və atası ölənə kimi onunla birlikdə yaşamış, yanında vəfat etmişlər. Anası və atasının vəfatından sonra qanun üzrə birinci növbəli vərəsələr kimi o, X27, Səfərova (İlyasova) Məhbubə Kazım qızı qalmışdır. O anası və atası vəfat etdikdən sonra qanunu bilmədiyindən vərəsəlik hüququ haqqında şəhadətnamə almasa da onlardan qalan əmlakları istifadə və sahiblik etmişdir. Lakin digər vərəsələr olan bacıların mirası nə faktiki olaraq nə də qanunla qəbul etmişlər. X10 anasından və atasından qalan əmlaka dair ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə etiraz etmir. Anasına və atasına o, baxmış, onları dəfn etmişdir. X1 və X8ndan qalan miras əmlakı idarə edərək qəbul etmişdir. X1 və atam X11 qalan miras əmlaka tam payına notariat orqanında vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Hazırda o, X1 və X8ndan miras qalan payı vərəsəlik yolu ilə qəbul etmək üçün Quba regional “ASAN xidmət” mərkəzinin notariat ofisinə müraciət etsə də, oradan ona notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında 06 may 2023-cü il tarixli, 1519 №li və 06 may 2023-cü il tarixli, 1520 №li nömrəli məktublar verilmiş və məhkəməyə müraciət etməyin məqsədə müvafiq olduğu qeyd edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirdi ki, ata və anasının vəfatından sonra beş vərəsə qalmışdır. Onlardan ikisi vəfat etmiş, vərəsələrdən ondan başqa bir bacısı və bir qardaşı qalmışdır. Qardaşı hazırda Rusiyadadır. Rusiyada olan qardaşı miras əmlakın onun adına rəsmiləşdirilməsinə razılıq vermişdir. O, valideynlərindən qalan mirasdan payını müəyyən edərək öz adına rəsmiləşdirmək istəyir. Miras əmlakdan yalnız özü istifadə edir. Mərhum qardaşının uşaqlarının harada olmasını bilmir, mərhum bacısının uşağı isə Xaçmazda qalır və iddiası ilə bağlı etirazı yoxdur. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ** AA ***0957 nömrəli razılıqdan görünür ki, Rusiya Federasiyasında yaşayan X27 miras əmlakın İddiaçı bağışlanmasına razılıq vermişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək bildirdi ki, miras payının qaydaşının mülkiyyətinə verilməsinə etiraz etmir. Cavabdeh1 notarial qaydada ərizə verərək, miras əmlakı faktiki idarə etmədiyini və bundan sonra da idarə etmək fikrində olmadığını bildirmişdir. İş üzrə cavabdeh Quba regional “ASAN Xidmət” mərkəzi Notariat ofisinin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclas iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Quba rayonu, Səbətlər kəndi ərazisində 0,15 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 77,30 m olan fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ əsasında X5 və X12 adına xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli texniki pasportdan görünür ki, X5 mülkiyyətində olan Quba rayonu, Səbətlər kəndi ərazisində 0,15 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 77,30 m olan fərdi yaşayış evinə texniki pasport verilmişdir. İş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN-0139 KOD 30329058 nömrəli şəhadətnamədən görünür ki, X20, X9, X14 və X15 Quba rayon Aqrar İslahat Komissiyasının 24 iyun 2000-ci il tarixli, 07 nömrəli qərarı ilə Quba rayonu, Səbətlər kəndi ərazisindən kənd təsərrüfatı məsulları istehsalı üçün 1,64 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X20 ilə X5 nikahı xx.xx.1962-ci il tarixdə rəsmiləşdirilmişdir. İş materiallarında olan AZ-İ 066353, AZ-İİ 211740, AZ-İ 520632 nömrəli ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X20 19 noyabr 2003-cü il tarixdə, X9 03 dekabr 2021-ci il tarixdə, Nəsirova (Səfərova) Xatirə Kazım qızı xx.xx.2011-ci il tarixdə, X24 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İş materiallarında olan AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı X20 ilə X5 birgə nikahından doğulmuşdur. İş materiallarında olan AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 Kazım Ramazan oğlu ilə X5 birgə nikahından doğulmuşdur. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.1983-cü il tarixdə X25 ilə nikaha daxil olmuş və İlyasova soyadını almışdır. İş materiallarında olan AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 Kazım Ramazan oğlu ilə X5 birgə nikahından doğulmuşdur. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.1985-ci il tarixdə X17 ilə nikaha daxil olmuş və Nəsirova soyadını almışdır. İş materiallarında olan AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 Kazım Ramazan oğlu ilə X5 birgə nikahından doğulmuşdur. İş materiallarında olan Quba rayon Çiçi-Səbətlər bələdiyyəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X5 və X12 vəfatından sonra onlara məxsus əmlakda İddiaçı yaşayır və əmlaka sahiblik edir. İş materiallarında olan Quba rayon Çiçi-Səbətlər bələdiyyəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X5 və X12 vəfatından sonra onların vergilərini İddiaçı ödəmişdir. İş materiallarında olan Quba rayon Çiçi-Səbətlər bələdiyyəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X5 və X12 vəfatından sonra onların dəfn xərclərini İddiaçı çəkmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1-ci, 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1160-ci maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir; Həmin Məcəllənin 1163-ci maddəsinə əsasən nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1168-cı maddəsinə əsasən vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Həmin Məcəllənin 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Həmin Məcəllənin 1193-ci maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-ci maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Həmin Məcəllənin 1196-ci maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Həmin Məcəllənin 1198-ci maddəsinə əsasən məcburi pay almaq hüququ olan, eyni zamanda vəsiyyət tapşırığını (leqatı) alan şəxs vəsiyyət tapşırığından imtina edərsə, məcburi pay tələb edə bilər. Əgər o, vəsiyyət tapşırığından imtina etməzsə, məcburi paya hüququnu vəsiyyət tapşırığının dəyəri həddində itirir. Həmin Məcəllənin 1202.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Həmin Məcəllənin 1202.2-ci maddəsinə əsasən məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-ci maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1247-ci maddəsinə əsasən əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər; Həmin Məcəllənin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Həmin Məcəllənin 1263-ci maddəsinə əsasən əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Həmin Məcəllənin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin Məcəllənin 1274-ci maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1321.3-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Həmin Məcəllənin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Həmin Qanunun 59-cu maddəsinə əsasən Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Quba rayonu, Səbətlər kəndi ərazisində 0,15 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 77,30 kv.m. olan fərdi yaşayış evi birgə mülkiyyət hüququ əsasında X5 və X12 mülkiyyətindədir. X20 19 noyabr 2003-cü il tarixdə, X9 03 dekabr 2021-ci il tarixdə vəfat etmişlər. Miras qoyanların beş vərəsəsi olmuş, onlardan Nəsirova (Səfərova) Xatirə Kazım qızı xx.xx.2011-ci il tarixdə, X24 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Qalan vərəsələrdən X27 miras əmlakın İddiaçı bağışlanmasına rəsmi surətdə razılıq vermiş, Cavabdeh1 isə notarial qaydada miras əmlakdan imtina etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, 19 noyabr 2003-cü il tarixində vəfat etmiş X11 və 03 dekabr 2021-ci il tarixində vəfat etmiş X3 miras qalmış birgə mülkiyyətdə olan Quba rayonu, Səbətlər kəndi ərazisindən yerləşən 1,64 ha torpaq sahəsindən 19 noyabr 2003-cü il tarixində vəfat etmiş X13 və 03 dekabr 2021-ci il tarixində vəfat etmiş X7 düşən hissəyə və Quba rayonu, Səbətlər kəndi ərazisində 0,15 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 77,30 kv.m. olan fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüququ tanınaraq payı müəyyən edilməli, İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Odur ki, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 19 noyabr 2003-cü il tarixində vəfat etmiş X11 və 03 dekabr 2021-ci il tarixində vəfat etmiş X3 miras qalmış birgə mülkiyyətdə olan Quba rayonu, Səbətlər kəndi ərazisindən yerləşən 1,64 ha torpaq sahəsindən 19 noyabr 2003-cü il tarixində vəfat etmiş X13 və 03 dekabr 2021-ci il tarixində vəfat etmiş X7 düşən hissəyə və Quba rayonu, Səbətlər kəndi ərazisində 0,15 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 77,30 kv.m. olan fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüququ tanınaraq payı müəyyən edilsin. İddiaçı payına uyğun vərəsəlik hüququ haqqında şəhadətnamə verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar