Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1486/2022 08.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə, İddaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 2019-cu il 1 iyun tarixli 06/00024162 nömrəli operativ lizinq müqaviləsinə əsasən 4500 (dörd min beş yüz) manat borcun və 65,00 (altmış beş) manat dövlət rüsmunun–cəmi 4565,00 (dörd min beş yüz altmış beş) manat məbləğin X1 tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ASC (əvvəlki "xxxx" Açıq Səhmdar Cəmiyyəti) ilə Cavabdeh arasında bağlanmış 2019-cu il 1 iyun tarixli 06/00024162 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd SR-2045 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06/00024162 nömrəli müqaviləyə əsasən 5500 (beş min beş yüz) manat öhdəlikdən 1000,00 (bir min) manat ödəniş edilmiş, 4500 (dörd min beş yüz) manat borc qalmışdır. Cavabdeh Cəmiyyətə hazırda 4500,0 manat borcu vardır. Lakin cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığı üçün iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etmiş, ancaq cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, texnikanı təmir etdirmək məqsəilə 1000 manat xərci çıxdığını göstərmiş, iddianı əsassız hesab edərək rədd olunmasını xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki işin materiallarında olan 1 iyun 2019-cu il tarixli, 06/00024162 №-li «X3 Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə (istifadəyə) verilməsi barədə müqavilədən görünür ki, həmin müqavilə "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmaqla, 5500 manat dəyərində 1 ədəd SR-2045 Classic 4 markalı kombayının Cavabdeh verilməsi müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2012-ci il tarixli, MİHQ/1.2.4-2-2022-809 №-li pretenziyasından görünür ki, həmin pretenziya ilə Cavabdeh İddiaçı ASC-yə olan borcun ödənilməsi təklif edilmiş və ona tələb olunan məbləğin, hesablanmış cərimənin və məhkəmə xərclərinin məcburi qaydada ondan alınaraq, İddiaçı ASC-yə ödənilməsi və texnikaların saz vəziyyətdə geri qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan İddiaçı ASC-nin Quba Rayon Məhkəməsinə təqdim etdiyi xx.xx.2016-cı il tarixli, maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə olan qalıq borcu 4500,00 (dörd min beş yüz) manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********* №-li ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən hazırki iddianın qaldırılması üçün 65 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı cavabdehin iddiaçı təşkilatla 1 iyun 2019-cu il tarixli, 06/00024162 saylı lizinq müqaviləsi bağlayaraq, 1 ədəd SR-2045 Classic 4 markalı kombayını lizinqə götürməsi, həmin texnikanın dəyərinin müəyyən hissəsini ödəsə də, (1000 manat ilkin ödəniş edib) qalan məbləği razılaşdırılmış qrafikə uyğun ödəməyi öhdəsinə götürməsi, lakin öhdəliyini tam yerinə yetirməyərək, iddiaçıya 4500 manat borcunun qalması və cavabdehin lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İş materiallarından görünür ki, tərəflər arasında lizinq münasibətləri və bu münasibətləri tənzimləyən müqavilə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. İddiaçı tələbinin əsası kimi cavabdehin öhdəliyi lazımi qaydada icra etməməsinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş materiallarından görünür ki, cavabdeh həqiqətən də lizinq müqaviləsi üzrə öhdəliyini lazım qaydada icra etməmiş, lizinq müqaviləsinə və həmin müqaviləyə əlavə olan qrafikə əsasən 5500,00 manat ödəməli olduğu halda, 1000 manat ilkin ödəniş aparmış və onun cəmi 4500,00 manat borcu qalmışdır. Göstərilənlər iddiaçıya cavabdehdən vurulmuş zərərin tələb edilməsi üçün məhkəməyə müraciət etməyə əsas verir. Beləliklə, məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan yuxarıda göstərilən qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1 iyun 2019-cu il tarixli, 06/00024162 №-li lizinq müqaviləsi üzrə yaranmış 4500,00 (dörd min beş yüz) manat borc və 65,00 (altmış beş) manat ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçı ASC-yə ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Cavabdeh hazırki lizin müaqaviləsinin predmeti olan texnikanın təmirinə çəkdiyi xərclərlə bağlı1 iyun 2019-cu il tarixli, 06/00024162 №-li lizinq müqaviləsinin 2.2.6-cı bəndinə əsasən təmir xərcləri texnikadan istifadə edənin öhdəliyidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 88, 155, 214, 216-222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1 iyun 2019-cu il tarixli, 06/00024162 №-li lizinq müqaviləsi üzrə yaranmış 4500,00 (dörd min beş yüz) manat borc və 65,00 (altmış beş) manat ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №e-2(027)-1486/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1486/2022
08.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver