Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1618/2023 14.08.2023 QUBA RAYON MƏHKƏMƏSİ Mən hakim Həsənov Rahim Təşəkkül oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********62706 XİAOMİ REDMİ NOTE 11 MARKALİ TELEFON üçün 837.32 (səkkiz yüz otuz yeddi manat otuz iki qəp) manat ödənilməmiş hissə, 83.68 (səksən üç manat altmış səkkiz qəp) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********87815 XİAOMİ POCO M3 PRO MARKALİ TELEFON 406.52 (dörd yüz altı manat əlli iki qəp) manat ödənilməmiş hissə, 40.48 (qırx manat qırx səkkiz qəp) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********51700 SAMSUNG GALAXY A03S markalı telefon üçün 181.48 (yüz səksən bir manat qırx səkkiz qəp) manat ödənilməmiş hissə, 18.52 (on səkkiz manat əlli iki qəp) manat cərimə; ümumilikdə 1568 manat borc, 35.68 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********62706 XİAOMİ REDMİ NOTE 11 MARKALİ telefon, İmei KODU **********87815 XİAOMİ POCO M3 PRO MARKALİ TELEFON, İMEİ KODU **********51700 SAMSUNG GALAXYA03S markalı telefon almış və nəticədə 1568 (bir min beş yüz altmış səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 942.12 (doqquz yüz qırx iki manat on iki qəp) manat (18 ay x 52.34 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********62706 XİAOMİ REDMİ NOTE 11 MARKALİ TELEFON üçün ümumilikdə, 921 (doqquz yüz iyirmi bir) manat olmaqla ondan, 837.32 (səkkiz yüz otuz yeddi manat otuz iki qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 83.68 (səksən üç manat altmış səkkiz qəp) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 736.72 (yeddi yüz otuz altı manat yetmiş iki qəp) manat (18 ay x 37.04 manat + 70 manat ilkin ödəniş) İMEİ KODU **********87815 XİAOMİ POCO M3 PRO MARKALİ TELEFüOçüNn ümumilikdə, 447 (dörd yüz qırx yeddi) manat olmaqla ondan, 406.52 (dörd yüz altı manat əlli iki qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 40.48 (qırx manat qırx səkkiz qəp) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 545.88 (beş yüz qırx beş manat səksən səkkiz qəp) manat (12 ay x 45.49 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********51700 SAMSUNG GALAXY A03S markalı telefon üçün ümumilikdə, 200 (iki yüz) manat olmaqla ondan, 181.48 (yüz səksən bir manat qırx səkkiz qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 18.52 (on səkkiz manat əlli iki qəp) manat cərimə; cavabdehin cəmi ödədiyi məbləğ 799.4 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il , xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyləri xx.xx.2023-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-284-5.3-cü maddələrinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarından görünür ki, cavabdeh iddia tələbi ilə bağlı rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq o, məhkəməyə tələbə etirazını əsaslandıracaq heç bir sübut təqdim etməmişdir. Hesab edirəm ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********62706 XİAOMİ REDMİ NOTE 11 MARKALİ telefon, İmei KODU **********87815 XİAOMİ POCO M3 PRO MARKALİ TELEFON, İMEİ KODU **********51700 SAMSUNG GALAXYA03S markalı telefon almış və nəticədə 1568 (bir min beş yüz altmış səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 942.12 (doqquz yüz qırx iki manat on iki qəp) manat (18 ay x 52.34 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********62706 XİAOMİ REDMİ NOTE 11 MARKALİ TELEFON üçün ümumilikdə, 921 (doqquz yüz iyirmi bir) manat olmaqla ondan, 837.32 (səkkiz yüz otuz yeddi manat otuz iki qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 83.68 (səksən üç manat altmış səkkiz qəp) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 736.72 (yeddi yüz otuz altı manat yetmiş iki qəp) manat (18 ay x 37.04 manat + 70 manat ilkin ödəniş) İMEİ KODU **********87815 XİAOMİ POCO M3 PRO MARKALİ TELEFüOçüNn ümumilikdə, 447 (dörd yüz qırx yeddi) manat olmaqla ondan, 406.52 (dörd yüz altı manat əlli iki qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 40.48 (qırx manat qırx səkkiz qəp) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 545.88 (beş yüz qırx beş manat səksən səkkiz qəp) manat (12 ay x 45.49 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********51700 SAMSUNG GALAXY A03S markalı telefon üçün ümumilikdə, 200 (iki yüz) manat olmaqla ondan, 181.48 (yüz səksən bir manat qırx səkkiz qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 18.52 (on səkkiz manat əlli iki qəp) manat cərimə; cavabdehin cəmi ödədiyi məbləğ 799.4 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı tərəfin təqdim etdiyi xx.xx.2022-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin xx.xx.2022-ci il tarixli müqavilə üzrə ödənilməmiş 921 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə ödənilməmiş 447 manat və xx.xx.2021-ci il tarixli müqavilə üzrə ödənilməmiş 200 manat borcu qalmışdır. Ərizəyə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh İMEİ KODU **********62706 XİAOMİ REDMİ NOTE 11 MARKALİ Telefon, İ KODU **********87815 XİAOMİ POCO M3 PRO MARKALİ TELEFON, İMEİ KODU **********51700 SAMSUNG GALAXYA03S markalı telefon almışdır. Ərizəyə əlavə olunmuş “Əşyaların təhvil-təslim Aktı”ndan görünür ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrinə əsasən İMEİ KODU **********62706 XİAOMİ REDMİ NOTE 11 MARKALİ Telefon, İ KODU **********87815 XİAOMİ POCO M3 PRO MARKALİ TELEFON, İMEİ KODU **********51700 SAMSUNG GALAXYA03S markalı telefonu tam qüsursuz halda aldığını imzasıyla təsdiq etmişdir. Ərizəyə əlavə olunmuş xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh müqavilə üzrə öhdəlikləri gecikdirməsi barədə xəbərdarlıq edilmiş, öhdəliyi yerinə yetirmədiyi təqdirdə aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı bildirilmişdir. Ərizəyə əlavə olunmuş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 35,68 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cavabdeh tərəf iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 521). Alğısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda tərəflər arasında müqavilə bağlanmışsa, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir ( maddə 600). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (maddə 600.2). Əşyanı təhvil almış alıcı onu alğı–satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Həmin Məcəllənin 376,4.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 437,6.2.1-437,6.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Müəyyən edilmişdir ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onun iddiaçı «ABC Telecom” MMC qarşısında borcu yaranmışdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edirəm ki, Cavabdeh üzərinə düşən öhdəlikləri tam və lazımi qaydada icra etmədiyindən xx.xx.2022 -ci il tarixli müqavilə üzrə 837,32 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 406,52 manat və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 181,48 manat ödənilməmiş hissə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cərimənin məbləği yüksək həddə hesablandığından onun azaldılması tərəflərin mənafeyinə uyğundur və məhkəmə borcluya hesablanmış cəriməni xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 8 manat, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 4 manat və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 2 manat məbləğində müəyyən edir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 35,68 manat dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli müqavilə üzrə , İMEİ KODU **********62706 XİAOMİ REDMİ NOTE 11 MARKALİ TELEFON üçün 837,32 manat əsas, 8 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə İmei KODU **********87815 XİAOMİ POCO M3 PRO MARKALİ TELEFON üçün 406,52 manat əsas, 4 manat cərimə və xx.xx.2021-ci il tarixli müqavilə üzrə İMEİ KODU **********51700 SAMSUNG GALAXYA03S markalı telefon üçün 181,48 manat əsas, 2 manat cərimə 35,68 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №e-2(027)-1618/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1618/2023
14.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver