Məhkəmə qərarları › İş №e-2(027)-1642/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1642/2025

02.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1642/2025 02.10.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “sığorta ödənişinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “sığorta ödənişinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5000,00 (beş min) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 70,00 (yetmiş) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il saat 13:10 radələrində Quba rayonu, H.Əliyev prospekti ərazisində Cavabdeh2 məxsus, Cavabdeh1 idarə etdiyi və PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Mercedes Benz E220” markalı, **- UF-*** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz 350” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. DYPŞ əməkdaşı tərəfindən tərtib edilmiş TP4868382 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.4-cü maddəsində (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Tərtib olunmuş qüsur aktında göstərilmişdir ki, “Mercedes Benz 350” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 5000,00 (beş min) manat təşkil edir. "xxxx" ASC tərəfindən iş üzrə PXA104567/22saylı sığorta aktları tərtib edilməklə zərərçəkənlərə dəymiş zərərə görə 5000,00 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı "xxxx" ASC məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi X2 məhkəməyə ərizə ilə müraciət edərək, iddianı qəbul etmədiyini bildirərək iddianı ona aid hissədə rədd edilməsini, eyni zamanda məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən zaman Cavabdeh2 nümayəndəsi X2 bildirmişdir ki, hadisəni Cavabdeh2 törətməmişdir. Belə ki, Cavabdeh2 avtomobili Cavabdeh1 satan zaman sonuncunun sürücülük vəsiqəsi olmuşdur. Hadisənin Cavabdeh2 aidiyyəti yoxdur. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən zaman Cavabdeh1 bildirmişdir ki, hadisə olan zaman onun sürücülük vəsiqəsi olmamışdır. Sığorta şirkəti əvvəldən ona sığorta məbləğinin düşmədiyini bildirsə də, sonrada 5000 manat sığorta pulu ödənilmişdir. Qalan 2000 manatı özü ödəmişdir. Sonda Cavabdeh1 iddianı qəbul etdiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin: 52.2-ci maddəsinə görə “cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir”; 191.3-cü maddəsinə əsasən “cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır”. Məhkəmə tərəflərin fikrini nəzərə alıb, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarından görünür ki, “Mercedes Benz E220” markalı, **-UF-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2021-ci il tarixli PXA********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. “Mercedes Benz E220” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz 350” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. İş materiallarında olan sığorta aktından görünür ki, həmin aktda sığorta hadisəsinin xx.xx.2022-ci il tarixdə, saat 13:10 radələrində Quba şəhəri, Heydər Əliyev prospektində baş verməsi, “Mercedes Benz 350” markalı, **-ZN-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyanın məbləğinin 5000 manat təşkil etməsi göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X1 5000,00 (beş min) manat pul ödənilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Cavabdeh1 ünvanladığı xx.xx.2022-ci il tarixli məktubu ilə sonuncuya sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyinə görə hadisə ilə əlaqəli subroqasiya hüququnun yarandığını qeyd etmiş və 5 gün ərzində ödəniş edilməsi tələb edilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 70,00 (yetmiş) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunan və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir. 926.1, 926.2 və 926.3-cü maddələrinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır; sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir; sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. 930.1-ci maddəsinə əsasən sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği həmin müqavilə üzrə verilmiş sığorta ödənişi həcmində azalmış hesab olunur. Sığorta qanunvericiliyində başqa hal nəzərdə tutulmamışdırsa, bu zaman sığorta müqaviləsinə sığorta məbləğinin azalması ilə bağlı dəyişiklik etimək vacib deyil. 933.1.1 və 933.1.2-ci maddələrinə əsasən sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı sığorta tələbi; sığorta hadisəsi hesab edilən hadisə ilə bağlı qanunvericiliyə uyğun olaraq, hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənədə əsasən sığorta ödənişi həyata keçirilir. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiaçı) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Beləliklə, istinad olunan sübutlarla təsdiq olunur ki, Cavabdeh1 sürücülük hüququ olmadan “Mercedes Benz E220” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edərkən “Mercedes Benz 350” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. Həmin zərər 5000,00 (beş min) manat məbləğində vəsait X1 iddiaçı sığorta şirkəti tərəfindən ödənilmişdir. Bu səbəbdən də istinad olunan hüquq normalarına əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya, yəni hazırki halda iddiaçıya subroqasiya hüququ əsasında onun verdiyi sığorta ödənişi məbləğində keçmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş zərərin əvəzi 5000,00 (beş min) manat məbləğində pul Cavabdeh1 tərəfindən ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, “Mercedes Benz E220” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh2 qarşı yönələn tələb əsassızdır. Belə ki, MM-nin 1108.1-ci maddəsinə əsasən, “zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”. Cavabdeh1 “Mercedes Benz E220” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilə etibarnamə əsasında sahiblik etdiyinə görə, iddiaçıya dəymiş zərər ondan tutulmalı, iddia tələbi Cavabdeh2 aid hissədə isə rədd olunmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 sığorta ödənişi olan 5000 manat məbləğində pul iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi 70 manat məbləğində pul Cavabdeh1 alınaraq iddiaçıya verilsin. İddia Cavabdeh2 aid hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar