Məhkəmə qərarları › İş №e-2(027)-1754/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1754/2022

13.09.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1754/2022 13.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X40 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3 Səttər qızına və Quba Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon notariat ofisi tərəfindən Cavabdeh3 Səttər qızına verilmiş xx.xx.2012-ci il tarixli, reyestr 2V/03-2850 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və Quba şəhəri, Qasım İsmayılov küçəsi, ev 69-da yerləşən mənzilə dair Cavabdeh3 Səttər qızının adına verilmiş çıxarışın ləğv edilməsi, o cümlədən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, atası X36 xx.xx.2007-ci il tarixdə, anası X6 xx.xx.2007-ci ildə vəfat etmişlər. Onların birgə nikahından Rəsulova Reyhan, Babayeva Rəna, Cavabdeh3, Məmmədova Aybəniz, Hacıyeva Mətanət, Əliyeva Xuraman, Hüseynov Neman və o anadan olmuşdur. Atası S.Hüseynov vəfat etməzdən öncə, Quba rayon notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2005-ci il tarixli, 2v-26 reyestr nömrəli vəsiyyətnamə tərtib etmiş və həmin vəsiyyətnaməyə görə Quba şəhəri, Qasım İsmayılov küçəsi, ev 69-da yerləşən mənzilin 20%-ni, həyat yoldaşı, Hüseynova Fatma Məmmədmurad qızına, mənzilin 80%-ni oğlu, Hüseynov Neman Səttər oğluna və bacıları X13, X25, Hüseynova Rəhilə Səttər qızına, X8, X11, X14 və ona miras pay olaraq vəsiyyət etmişdir. Atası vəfat edəndən sonra vəsiyyətnamə üzrə miras bütün vərəsələrin hüquqi savadsızlığı nəticəsində qəbul edilməmişdir. Mirası qəbul etməli olduqlarını illər sonra, onun atasından qalmış evdən istifadəsinin qarşısının alındığı üçün məhkəməyə müraciət edərkən bilmişdir. Belə ki, sözügedən ünvandan yerləşən və vəsiyyət üzrə 80% bacı və qardaşlarına məxsus evdən yayda istirahət məqsədilə istifadə etməyinə sonuncuların mane olması səbəbindən iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası, Hüseynov Səttər Zəki oğlundan ona şadraq, və bacılarına miras qalmış Quba şəhəri, Q.İsmayılov küçəsi, 69 saylı, ümumi sahəsi 197.2 kv.m olan, iki mərtəbəli xüsusi mülkiyyətin və həmin mənzilə aid 0,0629 ha torpaq sahəsinə vərəsə olmağı, eləcə də qanuni vərəsə kimi ona çatası miras payın ölçüsünün məhkəmə qaydasında müəyyən edilərək, qanuni vərəsələr arasında bölünməsi barədə, eləcə də atasının adının "Səttar"dan "Səttər"-ə düzəliş edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə ilə məhkəməyə müraciət edərək, onun, qardaş və bacıları tərəfindən mirasın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-563/2021 saylı qətnaməsi ilə iddia tələbim təmin edilsə də, həmin qətnamədən cavabdehlərin verdiyi apelyasiya şikayəti Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-2737/2021 saylı qətnaməsi ilə təmin edilərək, Quba rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş iddia təmin edilməmişdir, sonuncu qətnamədən tərəfindən verilmiş kassasiya şikayəti isə Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(102)-952/2022 saylı qərarı ilə təmin edilməmişdir. İstər apelyasiya instansiyası, istərsə də ali instansiya onun ziyanına qərar qəbul edərkən, fikrini onunla əsaslandırmışdır ki, atası S.Hüseynovun vərəsəsi qismində bacısı Cavabdeh3 Səttər qızına xx.xx.2012-ci il tarixdə Quba rayon notariat ofisi tərəfindən qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmiş və o, atasının adına əmanət qoyulmuş pula özünün vərəsəlik hüququnu tanıtmaqla, miras əmlakın bir hissəsini qəbul etmişdir, belə olduqda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinin tələbinə əsasən o, bütün mirası qəbul etmiş sayılmışdır. Bacısı Cavabdeh3 2012-ci ildə atasından qalmış mirasın bir hissəsini notarial qaydada qəbul etməsindən xəbəri olmamış, bununla bağlı ona qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən məlumatsız olmuşdur. Qeyd olunan məhkəmə proseslərinin gedişində bacısı özü bunu məhkəməyə bildirmiş, yalnız bundan sonra vəkili vasitəsilə Quba Regional NASA˝ XİDMƏT˝ Notariat ofisinə sorğu verərək, əldə etdiyi sənədlər əsasında müəyyən etmişdir ki, bacısı Cavabdeh3 2012-ci ildə məqsədli olaraq, notariat ofisinə yanlış məlumat verməklə və özündə həqiqəti əks etdirməyən arayış təqdim etməklə, digər vərəsələrdən gizli şəkildə, atasından miras qalmış əmanət pula yiyələnmişdir. Belə ki, vəkil sorğusu əsasında əldə etdiyi Quba rayon Notariat kontorunda 2012-ci ildə atası X19 adına açılmış vərəsəlik işi ilə bağlı notariat işində olan bacısı Cavabdeh3 Səttər qızı özünün ərizəsində göstərmişdir ki, Quba şəhəri, Q.İsmayılov küçəsi ev 69-da yaşayan X5 xx.xx.2005-ci ildə vəfat etmişdir. Miras əmlak hesabında olan əmanət puldan ibarətdir. Ondan – bacısı Cavabdeh3 başqa vərəsəsi yoxdur. Göründüyü kimi bacısı Cavabdeh3 notariat kontoruna bilərəkdən yalan məlumat vermiş, bununla da mirasın qəbulu üçün tələb olunan müddəti ötürməsinə baxmayaraq, yeganə vərəsə olması bəhanəsi ilə müddətin bərpasına ehtiyac qalmamışdır. Özünün saxtakarlığına hüquqi don geyindərmək məqsədilə Quba Dövlət rüsumunun ödənilməsi haqqında məlumat RİHB-nın Quba şəhəri üzrə nümayəndəliyindən atalarının yeganə vərəsəsi olmasına dair xx.xx.2012-ci il tarixli saxta arayış da almışdır. Sadalanan hallardan göründüyü kimi bacısı R.Hüseyova saxta yolla atasından miras qalmış əmlakın bir hissəsini qəbul etdiyi üçün, miras qalmış evi də ələ keçirmiş və hazırda öz adına çıxarış almışdır. O,hesab edir ki, sadalananlar qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə həyata keçirildiyindən, hazırda iddia qaldırmaqda haqlıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh3 Səttər qızı məhkəməyə teleqramla müraciət edərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiyini, iddia tələbini qəbul etmədiyini və iddianın təmin olunmamasını xahiş etmişdir. Cavabdeh3 Səttər qızı məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində özü də etiraf edir ki, o, mirası mərhum X5nun ölümündən sonra qəbul etməmişdir. İddiaçı Quba Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun, qardaşı və bacıları tərəfindən mirasın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə Quba Rayon Məhkəməsinə müraciət etmiş və Quba Rayon Məhkəməsinin 2(027)-563/2021 saylı, 08 iyun 2021 -ci il tarixli qətnaməsi ilə iddiası təmin edilmişdir. Lakin həmin qətnamədən cavabdehlər tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 2737/2021 saylı, 11 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətiləri təmin edilərək Quba Rayon Məhkəməsinin yuxarıda qeyd etdiyim qətnaməsi ləğv edilmiş və İddiaçı mirasın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti də təmin edilməyərək Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-952/2022-ci il tarixli, 01 fevral 2022-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2737/2021 saylı işi üzrə 11 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Ali Məhkəmə qeyd olunan qərarında bir daha göstərmişdir ki, ‘İddiaçı mirasın qəbul edilməsi ilə bağlı sübutları mövcud deyil, eyni zamanda onun 13 il ərzində miras əmlakın rəsmi və faktiki olaraq qəbul etməsi müəyyən olunmur. İddiaçı müddətin uzadılmasına əsas ola biləcək heç bir üzürlü səbəbin mövcudluğunu sübut edə bilməmişdir”. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından da göründüyü kimi İddiaçı atası X15 qalmış mirası qəbul etməmiş və bu hal qeyd edilən məhkəmə qətnamələri ilə də təsdiq olunur. İddiaçı atasından miras qalmış əmlakı qəbul etməməklə susmuş vərəsədir və vərəsinin susması mirasdan imtinaya bərabər tutulur. Bu hal isə özlüyündə iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququnun olmaması anlamına gəlir. Belə ki, İddiaçı ondan və Quba Regional ASAN Xidmət Mərkəzində Notariat ofisindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini tələb etməsi üçün ilk öncə iddiaçının subyektiv hüququn üç elementindən birincisi, yəni öz hərəkətlərinə hüquqi ixtiyarı olmalı idi. Mövcud qanunvericiliyin tələbinə əsasən də hüquqi ixtiyar bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçı mirası qəbul etmədiyi üçün onlardan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini tələb etməyə subyektiv hüququ yoxdur. Bundan əlavə İddiaçı qanunvericilikdə nəzərdə tutulmuş iddia və kəsici müddətləri də ötürmüşdür. İddiaçı onlara- Cavabdeh3 və Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi olmaqla “qanun üzrə vərəslik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddiasının rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh3 Səttər qızı və onun bacıları X37, X16, X20 və mərhum qardaşı X10 Orxan Neman oğlu məhkəməyə ərizə ilə müraciət edərək bildirmişlər ki, İddiaçı pay ayrılması üçün gecikmiş iddiası ilə bağlı məhkəməyə müraciət etmiş və onun bu iddiası Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-2737/2021 saylı qətnaməsi və Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli,2(102)-952/2022 saylı qətnaməsi ilə təmin edilməmişdir. X5 ilk vəsiyyətnaməni 10 may 2004-cü ildə yazıb, lakin natariusda təsdiqlətməyib,yalnız öz qolu ilə imzalayıb. Vəsiyyətnaməni yazmaqda səbəb o idi ki,qardaşları X33 Bakıda işləyirdi və kirayədə yaşayırdı və Qubaya qayıtmaq ehtimalı az idi. Ataları oğlan övladı tək olduğuna və yurdunda ancaq öz oğlunu görmək istədiyinə görə vəsiyyətnamə yazmış və orada göstərmişdir ki, " oğlum Neman və ya onun oğlu, nəvəm Orxan daimi və ya müvəqqəti mənim evlərimdə yaşamaq hüququ istəsələr, bütün varlığımla mən razılıq verirəm və qızlarımın buna heç bir etirazı olmayacaqdır. Eyni zamanda qızlarımın hamısı istədikləri vaxtda və istədikləri müddətdə mənim evimə gələrək mənzilimdəki mövcud bütün şəraitdən və yataq otağımdan istifadə etmək hüququ verirəm və bu hərəkətlərinə heç kim etiraz etməməlidir.Oğlum Neman və onun oğlu,nəvəm Orxan bu evlərdə yaşamaq istəməyib, mülkü satmaq fikirləri olarsa mən bu fikrin əleyhinəyəm və bu hüququ onlara vermirəm. Mülk (evlər)yalnız həyat yoldaşım X2 və 7(yeddi) qızımın razılığı ilə satıla bilər. Mənim bu vəsiyyətim bütün ailə üzvlərim üçün qanun və qətidir. Heç kimin kənar müdaxiləsinə icazə vermirəm və yolverilməz hesab edirəm." X1 08 iyul 2004cü ildə infaktdan dünyasını dəyişib. X35 rəhmətə gedəndən sonra ataları ikinci vəsiyyətnaməni 22 mart 2005-ci ildə yazıb, Reyestrdə 2-v-26№ ilə qeyd edilib və qonşular X18, X51 şahid qismində iştirak edib və imzaları ilə təsdiq ediblər. Reyestrdə 7K844 № ilə qeyd edilib. Vəsiyyətnamənin ikinci bəndində sərəncam verir ki, “nəvəm X32 daimi və ya müvəqqəti evlərdə yaşamaq hüququ verirəm.” X48 lazım bilsəydi qızlarına yaşamaq hüququ verərdi. Ora atalarının mülküdür orada qardaşları Nemanın soyadının davamçısı olan Orxana yaşamaq hüququ verilib və oda yaşamalıdır. Atalarının vəsiyyətnaməsinə hörmətlə yanaşılsın, ordan heç kəsə torpaq payı ayrılmasın. Atalarının qeyd etdiyi kimi, əyər Orxan orada yaşamaq istəməyib, evləri satmaq istəsə qızların razılığı ilə satılsın və satılarsa hər kəs öz pul payını götürsün." Atalarının vəsiyyətmanədə qeyd etdiyi kimi qızları gəlib dincəlmək istəsələr heç kəs buna etiraz etmir və atasının vəsiyyətnaməsi onlar üçün qanundur. Fərqi yoxdu hansı bacı olursa olsun nə vaxt istəsələr gəlib dincələ bilər. İddiaçı orada gəlib dincəlməsinə heç kəs etiraz etməyib. Hətda onlar İddiaçı atasının mülkündə dincəlməsi üçün də bacıların imzası ilə razılıq ərizəsi də vermişlər. Ayna heç vaxt atalarının mülkündə dincəlməyib, çünki orada qalmağa ehtiyacı olmayıb. İstəsə yenə də gəlib dincələ bilər. X44, İddiaçı vərəsəliyin tanınması üçün ərizə ilə məhkəməyə müraciət ediblər. X48 xx.xx.2005-ci ildə dünyasını dəyişib, 16 ildən sonra vərəsəliyin tanınmasında İddiaçı məqsədi bəllidir. X49 xx.xx.2007-ci ildə dünyasını dəyişib. Valideynləri dünyasını dəyişəndən indiyə kimi bacıları Reyhan və Ayna qardaşları oğlu Orxana imkan verməyiblər ki, atalarının evlərinə qeydiyyata düşsün, köçüb orada yaşasınlar və bu səbəbdən hal-hazıra kimi Orxangil kirayədə qalır. Bacıları Ayna və Reyhanın qanunsuz hərəkətlərinə görə ataları mülkü baxımsızlıqdan bərbad günə düşüb. X56 nəvələri Orxan və Ləmanı evə qeydiyyata salmaq üçün öz imzası ilə ərizə də yazmışdır. 16 il müddətində bacılarına Aynaya, Reyhana və Xuramana hər cür müraciət ediblər ki, hamısı razılıq versin ki, Orxan atalarının evinə qeydiyyata düşsün, lakin heç cür onları yola gətirə bilməyiblər, hər dəfə bir bəhanə gətiriblər. Ona görə də ev atalarının adında qalmışdır. X26,1953-cü il təvəllüdlü, Quba şəh.T.Əhmədov küçəsi,ev 17-də ikimərtəbəli 8 otaqlı,tam şəraitili yaşayış yeri var və cəmi 2 nəfər yaşayır. İddiaçı Sətdər qızı, 1958-ci il təvəllüdlü, Bakı şəh.Biləcəri qəs.Y.Hüseynov küç 5A, mən.40-da üç otaqlı evi və tək yaşayır. X27, 1970-ci il təvəllüdlü, Xırdalan şəh.Gənclər şəhərciyi,bina 2,mən.25 -də yaşayır. İddiaçı qaynanasının evi Quba şəhəri, Ə.Nərimanov küç.145 yerləşir və oğlanlarıda orda qeydiyyatdadırlar, lakin Bakıda yaşayırlar. Ayna özüdə Qubaya gələndə oğlanları qeydiyyatda olduğu və onun ərə köçdüyü evdə dincəldiyini bildirib. Əliyeva Xuramanın da həmçinin Quba şəhəri, Ərdəbil küç. ev 23 qaynanasının evi var heç kəs yaşamır. Evlər boşdur. Lakin təkcə Orxanın yaşayış yeri yoxdur. Onu da tam şəkildə açıqlamasını verirlər ki, valideynləri dünyasını dəyişdikdən sonra bacıları Ayna və Reyhan qardaşı Nemanın ailəsini orada yaşamağa imkan vermədilər. Evləri kirayə veriblər. Evdən götürdükləri pulu da mənimsəyiblər. Ataları sağlığında qızlarına və nəvələrinə-Rəsulova Reyhan və onun övladları Məhəmmədin, Həzrətin,Mehribanın,Qənimətin və Səadətin; İddiaçı və onun övladları Turalın,Vüsalın və Hüryənin, Əliyeva Xuramanın, Hacıyeva Mətanət və onun övladları Nərgiz və Gülnarın adına hərəsinə 10000 manat banka pul qoymuşdur, vərəsələrdə öz paylarına düşən pulu götürmüş və öz maddiyətlərinin ödənilməsinə xərcləmişlər. X50 öz işindən əlavə şəxsi 500 kv.m.sahəsi olan obyekti olduğunu və onu da icarəyə verdiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh X39 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 05 dekabr 2005-ci ildə vəfat etmiş X19 vərəsəsi Quba rayonu Vaqif küçəsi ev 41A mənzil 7 unvanında yaşayan Cavabdeh3 Səttər qızıdır. İş materiallarıda olan 22 mart 2005-ci il tarixli vəsiyyətnamədən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilinin 20% -i həyat yoldaşı X3 məxsus pay olacaqdır. Qalan hissədən yəni 80% -dən oğlu Nemana və 7 (yeddi) qızının hərəsinə 10% dəyərində mülk və ya pay ayırmışdır. X4 da daimi və ya müvəqqəti bu evlərdə yaşamaq hüququ vermişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 Səttər qızı xx.xx.1956-cı ildə anadan olmuşdur. Onun atası X29r. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X36 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. İş materiallarından görünür ki, İddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, qardaşı və bacıları tərəfindən mirasın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia tələbi Quba rayon Məhkəməsi 2(027)-563/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilmiş və X15 miras qalmış Quba şəhəri, Q.İsmayılov küçəsi 69 saylı evin onun vərəsələri tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin keçməsi üzürlü hesab edilmiş və həmin müddət uzadılmışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2737/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 05 dekabr 2005-ci ildə vəfat etmiş X19 vərəsəsi Quba rayonu Vaqif küçəsi ev 41A mənzil 7 unvanında yaşayan Cavabdeh3 Səttər qızıdır. X36 07 dekabr 2007-cı ildə vəfat etmişdir və onun övladları-X34, X26, X37, Cavabdeh3 Səttər qızı, X16, X21, X30 və İddiaçı ataları- X15 miras qalmış mirasın qəbul edilməsi üçün qanunda nəzərədə tutulmuş vaxtda notariat orqanına müraciət etməmişlər. İddiaçının mirasın qəbul edilməsi ilə bağlı sübutları mövcud deyil, eyni zamanda onun 13 il ərzində miras əmlakın rəsmi və faktiki olaraq qəbul etməsi müəyyən olunmur. İddiaçı miras qoyanın vərəsələrinin mirasın qəbulu ilə bağlı razılıqlarının olmasını göstərsə də müvafiq olaraq birinci instansiya məhkəməsinin qətnaməsindən 4 cavabdehin şikayət verməsi belə razılığın olmamasını təsdiq edir. Eyni zamanda məhkəmənin mövqeyinə görə, iddiaçı müddətin uzadılmasına əsas ola biləcək heç bir üzürlü səbəbin mövcudluğunu sübut edə bilməmiş, digər vərəsələrə münasibətdə mirasın qəbulu müddətinin uzadılması üçün tələb irəli sürülməsi üçün subyektiv hüquqa malik olmamışdır. iddiaçı nə mirası qanuni olaraq ərizə verməklə, nə də faktiki sahiblik etməklə qəbul etməmişdir. Məhkəmə prosesi zamanı İddiaçı miras əmlakın qəbul edilməsi müddətinin 13 il ərzində hansı üzürlü səbəbdən baş verməsini göstərə bilməmişdir. Ona görə də, cavabdeh X22, Cavabdeh3 Səttər qızının, X7, X9, X23 apellyasiya şikayəti təmin edilmiş, Quba rayon Məhkəməsinin İş üzrə 08 iyun 2021-ci il tarixli 2(027)-563/2021 saylı qətnməsi ləğv edilmiş və İddiaçı cavabdehlər X13, X25, X8, X12, Cavabdeh3 Səttər qızına, X14, X28 və Quba Regional «ASAN Xidmət» Mərkəzi notarial konturuna qarşı mirasın qəbul edilməsi müddətinin uzadılmas tələbinə dair iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-952/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş Kassasiya şikayəti təmin edilməmiş Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2737/2021 nömrəli iş üzrə 11 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı məhkəmədən Quba rayon notariat ofisi tərəfindən Cavabdeh3 Səttər qızına verilmiş xx.xx.2012-ci il tarixli, reyestr 2V/03-2850 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini və Quba şəhəri, Qasım İsmayılov küçəsi, ev 69-da yerləşən mənzilə dair Cavabdeh3 Səttər qızının adına verilmiş çıxarışın ləğv edilməsini tələb etsə də, Quba rayon notariat ofisi tərəfindən Cavabdeh3 Səttər qızına verilmiş xx.xx.2012-ci il tarixli, reyestr 2V/03-2850 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini və Quba şəhəri, Qasım İsmayılov küçəsi, ev 69-da yerləşən mənzilə dair Cavabdeh3 Səttər qızının adına verilmiş çıxarışın ləğv edilməsinə səbəb olacaq heç bir sübut məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1269-ci maddəsinə əsasən mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 5 oktyabr 2012-ci il tarixli Qərarları). Mülki Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan əmlak hüquqları və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1153-cü maddəsi). Bunlar aliment öhdəlikləri, yaşayış sahəsindən istifadə hüququ, miras qoyanın sağlamlığına dəymiş zərərin ödənilməsi öhdəlikləri və sairdir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mülki Məcəllənin 1243.2-ci maddələsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. İddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, qardaşı və bacıları tərəfindən mirasın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia tələbi Quba rayon Məhkəməsi 2(027)- 563/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilmiş və X15 miras qalmış Quba şəhəri, Q.İsmayılov küçəsi 69 saylı evin onun vərəsələri tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin keçməsi üzürlü hesab edilmiş və həmin müddət uzadılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2737/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə, cavabdeh X22, Cavabdeh3 Səttər qızının, X7, X9, X23 apellyasiya şikayəti təmin edilmişdir. Qətnamədə qeyd edilmişdir ki, xx.xx.2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 05 dekabr 2005-ci ildə vəfat etmiş X19 vərəsəsi Quba rayonu Vaqif küçəsi ev 41A mənzil 7 unvanında yaşayan Cavabdeh3 Səttər qızıdır. X36 07 dekabr 2007-cı ildə vəfat etmişdir və onun övladları-X34, X26, X37, Cavabdeh3 Səttər qızı, X16, X21, X30 və İddiaçı ataları- X15 miras qalmış mirasın qəbul edilməsi üçün qanunda nəzərədə tutulmuş vaxtda notariat orqanına müraciət etməmişlər. Həmçinin Apellyasiya məhkəməsinin gəldiyi nəticəyə əsasən iddiaçının mirasın qəbul edilməsi ilə bağlı sübutları mövcud deyil, eyni zamanda onun 13 il ərzində miras əmlakın rəsmi və faktiki olaraq qəbul etməsi müəyyən olunmur. İddiaçı miras qoyanın vərəsələrinin mirasın qəbulu ilə bağlı razılıqlarının olmasını göstərsə də müvafiq olaraq birinci instansiya məhkəməsinin qətnaməsindən 4 cavabdehin şikayət verməsi belə razılığın olmamasını təsdiq edir. Eyni zamanda məhkəmənin mövqeyinə görə, iddiaçı müddətin uzadılmasına əsas ola biləcək heç bir üzürlü səbəbin mövcudluğunu sübut edə bilməmiş, digər vərəsələrə münasibətdə mirasın qəbulu müddətinin uzadılması üçün tələb irəli sürülməsi üçün subyektiv hüquqa malik olmamışdır. iddiaçı nə mirası qanuni olaraq ərizə verməklə, nə də faktiki sahiblik etməklə qəbul etməmişdir. Məhkəmə prosesi zamanı İddiaçı miras əmlakın qəbul edilməsi müddətinin 13 il ərzində hansı üzürlü səbəbdən baş verməsini göstərə bilməmişdir. Ona görə də, Quba rayon Məhkəməsinin İş üzrə 08 iyun 2021-ci il tarixli 2(027)-563/2021 saylı qətnməsi ləğv edilmiş və İddiaçı cavabdehlər X13, X25, X8, X12, Cavabdeh3 Səttər qızına, X14, X28 və Quba Regional «ASAN Xidmət» Mərkəzi notarial konturuna qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-952/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə, İddiaçı tərəfindən verilmiş Kassasiya şikayəti təmin edilməmiş Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2737/2021 nömrəli iş üzrə 11 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçının hazırki məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəli mənzil üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, qanun üzrə vərəsəlik haqqında şəahdətnamə almamış, yaxud mənzil qanunla nəzərdə tutulmuş qaydada onun qanuni istifadəsinə verilməmişdir. Həmçinin, əvvəlki qanuni qüvvəsin almış qətnamələrlə iddiaçının miras əmlakını qəbul etmədyi müəyyən edilmişdir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddianın digər dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3 Səttər qızına və Quba Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar