Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1757/2025 03.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında yazılı sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, ÖDƏNİŞİN TƏMİNATİ XİDMƏTİ, İMEİ KDOU **********24411 SAMSUNG GALAXY A15 markalı telefon üçün 588.96 (beş ysz səksən səkkzi manat, 96 qəpik) manat ödənilməmiş hissə, 58.90 (əlli səkkiz manat, 90 qəpik) manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, PAKET L xidməti, QİZİL ZƏMANƏT ULTRA1 İL (KONTAKT) xidməti, İmei kod **********34814 OPPO A38 markalı telefon üçün 465.10 (dörd yüz altmış beş manat, 10 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 46.51 (qırx altı manat, 51 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, ZƏMANƏT ULTRA1 İL xidməti, PAKET L xidməti, İMEİ KODU **********36074 OPPO A38 markalı telefon üçün 275.86 (iki yüz yetmiş beş manat, 86 qəpik) manat ödənilməmiş hissə, 27.59 (iyirmi yeddi manat, 59 qəpik) manat cərimə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, XİAOMİ REDMİ BUDS 6 qulaqlıq 2 ədəd üçün 53.94 (əlli üç manat, 94 qəpik) manat ödənilməmiş hissə, 5.39 (beş manat, 39 qəpik) manat cərimə olmaqla Ümumilikdə 1545.85 manat borc, 35.46 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, 05.09..2024-cü il, 07.10..2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, ÖDƏNİŞİN TƏMİNATİ XİDMƏTİ, İMEİ KDOU **********24411 SAMSUNG GALAXYA15 markalı te,lefon PAKET L xidməti, , QİZİL ZƏMANƏT ULTRA1 İL (KONTAKT) xidməti, İmei kod **********34814 OPPO A38 markalı telefo,n ZƏMANƏT ULTRA1 İL xidməti, PAKET L xidməti, İMEİ KODU **********36074OPPO A38 markalı telefon, XİAOMİ REDMİ BUDS 6 qulaqlıq 2 ədəd almış və nəticədə 1545.85 (min beş yüz qırx beş manat,85 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 588.96 (beş ysz səksən səkkzi manat, 96 qəpik) manat (18 ay x 32.72 manat + 0 manat ilkin ödəniş) olan ÖDƏNİŞİN TƏMİNATİ XİDMƏTİ, İMEİ KDOU **********24411 SAMSUNG GALAXY A15 markalı telefon üçün ümumilikdə, 647.86 (altı yüz qırx yeddi manat, 86 qəpik) manat olmaqla ondan, 588.96 (beş ysz səksən səkkzi manat, 96 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 58.90 (əlli səkkiz manat, 90 qəpik) manat cərimə. 05.09..2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 493.02 (dörd yüz doxsan üç manat, 02 qəpik) manat (18 ay x 27.39 manat + 0 manat ilkin ödəniş) olan PAKET L xidməti, QİZİL ZƏMANƏT ULTRA 1 İL (KONTAKT) xidməti, İmei kod **********34814 OPPO A38 markalı telefon üçün ümumilikdə, 535.21 (beş üyz otuz beş manat, 21 qəpik) manat olmaqla ondan 465.10 (dörd yüz altmış beş manat, 10 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 46.51 (qırx altı manat, 51 qəpik) manat cərimə; 07.10..2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 333.36 (üç yüz otuz üç manat,36 qəpik) manat (18 ay x 18.52 manat + 0 manat ilkin ödəniş) olan ZƏMANƏT ULTRA 1 İL xidməti, PAKET L xidməti, İMEİ KODU **********36074 OPPO A38 markalı telefon üçün ümumilikdə, 303.45 (üç yüz üç manat, 45 qəpik) manat olmaqla ondan, 275.86 (iki yüz yetmiş beş manat, 86 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 27.59 (iyirmi yeddi manat, 59 qəpik) manat cərimə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 53.94 (əlli üç manat, 94 qəpik) manat (6 ay x 8.99 manat + 0 manat ilkin ödəniş) olan XİAOMİ REDMİ BUDS 6 qulaqlıq 2 ədədüçün ümumilikdə, 59.33 (əlli oqquz manat, 33 qəpik) manat olmaqla ondan, 53.94 (əlli üç manat, 94 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 5.39 (beş manat, 39 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 85.42 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, 05.09..2024-cü il, 07.10..2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Tələbimizin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər ; tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir. Müştəri “Müqavilə”-nn şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da “ABC” “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının rislki müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 10749582 saylı müqavilənin surətindən göründüyü kimi, Cavabdeh İddiaçı MMC-dən dəyərini hissə-hissə ödəmək şərtilə, ÖDƏNİŞİN TƏMİNATİ XİDMƏTİ, İMEİ KDOU **********24411 SAMSUNG GALAXY A15 markalı telefon almışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 02698770 saylı müqavilənin surətindən göründüyü kimi, Cavabdeh İddiaçı MMC-dən dəyərini hissə-hissə ödəmək şərtilə PAKET L xidməti, , QİZİL ZƏMANƏT ULTRA1 İL (KONTAKT) xidməti, İmei kod **********34814 OPPO A38 markalı telefon almışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 03859852 saylı müqavilənin surətindən göründüyü kimi, Cavabdeh İddiaçı MMC-dən dəyərini hissə-hissə ödəmək şərtilə ZƏMANƏT ULTRA1 İL xidməti, PAKET L xidməti, İMEİ KODU **********36074 OPPO A38 markalı telefon almışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 03859854 saylı müqavilənin surətindən göründüyü kimi, Cavabdeh İddiaçı MMC-dən dəyərini hissə-hissə ödəmək şərtilə XİAOMİ REDMİ BUDS 6 qulaqlıq 2 ədəd almışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 588,96 manat ödənilməmiş hissə və 58,90 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 465,10 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat və 46,51 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 275,86 manat ödənilməmiş hissə və 27,59 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 53,94 manat ödənilməmiş hissə və 5,39 manat cərimə olmaqla ümumilikdə 1545,85 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən göründüyü kimi, Cavabdeh borcu ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzdən göründüyü kimi, iddia qaldırılması üçün 35,46 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı cavabdehə malları satmağı, cavabdeh isə həmin malları almağı və onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəflər arasında bağlanılmış müqavilənin predmetini cavabdehə təhvil vermiş, cavabdeh isə həmin malın dəyərini müqavilə ilə şərtləşdirilmiş müddətdə və qaydada hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə ödənişləri vaxtlı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öz üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, nəticədə müqavilə üzrə iddiaçı qarşısında borc öhdəliyinə görə onun mülki hüquqi məsuliyyəti yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olmaqla, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu və 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin olunsun. Cavabdeh xx.xx.2024-cü il tarixli 10749582 saylı müqaviləyə əsasən, 588,96 manat ödənilməmiş hissə, 58,90 manat cərimə; xx.xx.2024-cü il, tarixli 02698770 saylı müqaviləyə əsasən, 465,10 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 46,51 manat cərimə; xx.xx.2024-cü il tarixli 03859852 saylı müqaviləyə əsasən, 275,86 manat ödənilməmiş hissə, 27,59 manat cərimə xx.xx.2024-cü il tarixli 03859854 saylı müqaviləyə əsasən, 53,94 manat ödənilməmiş hissə, 5,39 manat cərimə olmaqla Ümumilikdə 1545,85 manat borc, 35,46 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №e-2(027)-1757/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1757/2025
03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver