Məhkəmə qərarları › İş №e-2(027)-1769/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1769/2022

27.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1769/2022 27.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsi hakimi Məmmədov İlqar Aslan oğlu iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və və Cavabdeh2 qarşı “zərərin ödənilməsi tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2200 (iki min iki yüz) manat məbləğində sığorta ödənişinin, 42 (qırx iki) manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0.40 manat məbləğində bank xidmət haqqının əvəzinin "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" ASC-də 24 noyabr 2021 -ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin ilki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış "Opel Astra" markalı **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 10 mart 2022-ci il tarixdə Quba rayonunun ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 tərəfindən etibarnamə əsasında idarə olunan "Hyundai 130" markalı **-LY-*** dövlət qeydiyyatlı nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Qəbul edilmiş qərara əsasən Cavabdeh1 təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Araşdırma zananı müəyyən olunmuşdur ki, Cavabdeh1 avtomobili sürücülük hüququ olmadan idarə etmişdir "Hyundai 130" ırkalı **-LY-*** dövlət qeydiyyat avtomobilə dəymiş zərər görə 2200 (iki min iki yüz) manat məbləğində sığorta ödənişi verilmişdir. Göstərilənlərə əsasən Cavabdeh1 və Cavabdeh2 2200 (iki min iki yüz) manat məbləğində sığorta ödənişinin, 42 (qırx iki) manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0.40 manat məbləğində bank xidmət haqqının əvəzinin "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-284-5.3-cü maddələrinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verdikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli icbari sığorta müqaviləsinə əsasən “Opel Astra” markalı **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobil 12 ay müddətinə sığortalanmışdır. İş materiallarında olan A-PAG 0135/22 “Sığorta Aktı”ndan görünür ki, "xxxx" ASC zərərçəkən şəxs X1 adına 2200 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. İş materiallarında olan icra haqqında bank qeydindən görünür ki, "xxxx" ASC tərəfindən “Paşa Bank” vasitəsilə X1 hesabına 2200 manat pul vəsaiti ödənilmişdir. İş materiallarında olan qiymətləndirmə cədvəlindən görünür ki,"Hyundai 130" markalı **-LY-*** dövlət qeydiyyatlı nişanlı avtomobilə dəyən zərər 2200 manat məbləğində hesablanmışdır. İş materiallarında olan inzibati xəta haqqında protokoldan məlum olur ki, inzibati xata törətməsinə görə Cavabdeh1 İXM-nin müvafiq maddələrilə inzibati xəta haqqında inibati məsuliyyətə cəlb edilmişdir. İş materiallarında olan AE N 024281 seriya və nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən məlum olur ki, "Opel Astra" markalı **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh2dır. Məhkəmə tərəfindən cavabdehlərə bildiriş göndərilsə də, irəli sürülən tələbə hər hansı əsasla etirazlarını bildirməmişdilər. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 42 (qırx iki) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284, 284-5, 216-220-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: Kiçik iddiaya dair ərizə təmin olunsun. Cavabdeh1 və Cavabdeh2, müştərək qaydada, 2200 (iki min iki yüz) manat səğorta ödənişi və dövlət rüsumu üçün ödənilmiş 42 (qırx iki) manat 40 qəpik məbləğində pul vəsaiti "xxxx" ASCnin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar