Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1774/2023 06.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi X21 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Quba regional “ASAN Xidmət” mərkəzi Notariat ofisinə qarşı “vərəsəlik hüququnun tanınması və miras əmlakdan vərəsəlik üzrə tam payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Quba regional “ASAN Xidmət” mərkəzi Notariat ofisinə qarşı “vərəsəlik hüququnun tanınması və miras əmlakdan vərəsəlik üzrə tam payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 dekabr 2004-cü il tarixdə vəfat etmiş X4ndan miras qalmış Quba rayon İcraiyyə Komitəsinin Xalq Deputatları Sovetinin 19 aprel 1988-ci il tarixli qərarı əsasında tərtib edilmiş 121 inventar nömrəli qeydiyyat vəsiqəsinə əsasən Quba rayonu, Digah kəndi ərazisində yerləşən iki mərtəbəli, iki otaqlı, ümumi sahəsi 86,6 kv olan fərdi yaşayış evinə və JN-097F KOD 30327028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Quba rayonu, Digah kəndi ərazisində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsindən X10 düşən hissəsinə, o cümlədən 05 yanvar 2013-cü il tarixdə vəfat etmiş anası X1 miras qalmış JN-097F KOD 30327028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Quba rayonu, Digah kəndi ərazisində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsindən X5 düşən hissəsinə onun, yəni İddiaçı vərəsəlik hüququnun tanınması, həmin miras əmlaklardan vərəsəlik üzrə tam payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxx 1955-ci il tarixdə doğulmuş, X4, anası X6r. Valideynləri 25 avqust 1939-cu il tarixdə rəsmi nikah qeyd etdirərək ailə qurmuşlar. Onların birgə nikahından onunla yanaşı digər qardaş və bacıları olan X17, X18, X19, X12, X13 və Tahirova (Mirzəyeva) Zenfira Həsrət qızı adlı övladları da doğulmuşlar. X4 xx.xx.2004-cü il tarixdə, anası X8 isə xx.xx.2013-cü tarixdə vəfat etmişlər. Vəfat etdikləri günə qədər atası X25 rayonu, Digah kəndi ərazisində iki mərtəbəli, iki otaqlı, ümumi sahəsi 86,6 kv.m olan fərdi yaşayış evi olmuş və bununla bağlı adına qeydiyyat vəsiqəsi və texniki pasport işlənmişdir. Eyni zamanda anası X8 ilə atası Həsrət Mirzəyevin adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Quba rayonu, Digah kəndi ərazisində 0,12 ha həyətyanı torpaq sahəsi də mövcud olmuşdur. Valideynləri vəfat edənə kimi onlara özü baxmışdır. Hətta anası Mələkə Mirzəyeva 26 sentyabr 2010cu il tarixdə Xaçmaz rayon 1 saylı Dövlət Notariat Kontorunda vəsiyyətnamə tərtib edərək vəfat etdiyi günədək ona məxsus olan Quba rayonu, Digah kəndi ərazisində yerləşən fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini mənə vəsiyyət etmişdir. Valideynləri vəfat etdikdən sonra da onlardan qalmış miras əmlakları özü fakitiki olaraq qəbul edərək halhazıra qədər idarə edir. Valideynlərinin birinci növbə vərəsələri olan bacı-qardaşları miras əmlakları qəbul etməmiş və bununla bağlı hər biri notarial qaydada təsdiq edilmiş ərizə verərək miras əmlaklardan onlara düşən paylardan imtina etmişlər. Miras əmlakla bağlı vərəsələr arasında hər hansı mübahisə yoxdur və valideynlərinin vərəsələrindən yalnız özü miras əmlakları faktiki qəbul etmişdir. Lakin ona məlum olmayan səbəbdən notariat orqanı tərəfindən onun guya qanunvericilikdə mirasın qəbulu üçün verilmiş müddəti ötürməyi əsası ilə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Halbuki valideynləri öləndən sonra onlardan qalmış miras əmlakı faktiki olaraq idarə etməklə qəbul etmişdir. Eyni zamanda vərəsələr arasında da mübahisə olmadığı və bütün vərəsələr mirasdan imtina etdiyi üçün cavabdeh orqan tərəfindən ona vərəsəlik hüququ haqqında şəhadətnamələr verilməli idi. Lakin cavabdeh orqan tərəfindən onun vərəsəlik hüquqları kobudcasına pozulduğu və bununla bağlı məsələni məhkəmədənkənar qaydada həll edə bilmədiyi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdeh Quba regional “ASAN Xidmət” mərkəzi Notariat ofisinin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahatını dinləyib, cavabdehin nümayəndəsinin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-097F KOD 30327028 saylı şəhadətnamədən görünür ki, X10 və X5 Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə Quba rayonu, Digah kəndi ərazisindən 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Quba rayon İcraiyyə Komitəsinin Xalq Deputatları Sovetinin 19 aprel 1988-ci il tarixli qərarı əsasında tərtib edilmiş 121 inventar nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Quba rayonu, Digah kəndi ərazisində yerləşən iki mərtəbəli, iki otaqlı, ümumi sahəsi 86,6 kv olan fərdi yaşayış evi X9 adına qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2010-cu il tarixli vəsiyyətnamənin təsdiq olunmuş sürətindən görünr ki, X8 ölən günədək ona məxsus olan Quba rayonu, Digah kəndi ərazisində yerləşən fərdi yaşayış evini və 0,12 ha həyətyanı torpaq sahəsini İddiaçı vəsiyyət etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamələrin təsdiq olunmuş sürətindən görünür ki, X16 xx.xx.2004-cü il tarixdə, X8 xx.xx.2013-cü tarixdə vəfat etmişlər. İş materiallarında olan Quba RİHB-nın Xucbala İƏD üzrə nümayəndəliyin xx.xx.2023-cü il tarixli arayışlarından görünür ki, xx.xx.2004-cü il tarixdə vəfat etmiş X9, xx.xx.2013-cü tarixdə vəfat etmiş X2 dəfn xərclərini İddiaçı çəkmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq olunmuş sürətindən görünür ki, İddiaçı X16 ilə X2 birgə nikahından doğulmuşdur. İş materiallarında olan Quba RİHB-nın Xucbala İƏD üzrə nümayəndəliyin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.2004-cü il tarixdə vəfat etmiş X9 vəfatından sonra X8, X17, X18, X19, X12, X13, İddiaçı və X3 ibarət vərəsələri qalmışdır. İş materiallarında olan Quba RİHB-nın Xucbala İƏD üzrə nümayəndəliyin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.2013-cü tarixdə vəfat etmiş X2 vəfatından sonra X16, X17, X18, X19, X12, X13, İddiaçı və X3 ibarət vərəsələri qalmışdır. İş materiallarında olan X17, X18, X19, X15, X13 və X11 notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, onlar miras əmlakdan onlara çatan payı qəbul etmədiklərini və etmək fikirdə olmadıqlarını bildirmişlər. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş sürətindən görünür ki, X18 xx.xx.2021-ci il tarixdə, X17 xx.xx.2023-cü il tarixdə ölmüşlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1-ci, 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1160-ci maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir; Həmin Məcəllənin 1163-ci maddəsinə əsasən nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1168-cı maddəsinə əsasən vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Həmin Məcəllənin 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Həmin Məcəllənin 1193-ci maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-ci maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Həmin Məcəllənin 1196-ci maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Həmin Məcəllənin 1198-ci maddəsinə əsasən məcburi pay almaq hüququ olan, eyni zamanda vəsiyyət tapşırığını (leqatı) alan şəxs vəsiyyət tapşırığından imtina edərsə, məcburi pay tələb edə bilər. Əgər o, vəsiyyət tapşırığından imtina etməzsə, məcburi paya hüququnu vəsiyyət tapşırığının dəyəri həddində itirir. Həmin Məcəllənin 1202.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Həmin Məcəllənin 1202.2-ci maddəsinə əsasən məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-ci maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1247-ci maddəsinə əsasən əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər; Həmin Məcəllənin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Həmin Məcəllənin 1263-ci maddəsinə əsasən əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Həmin Məcəllənin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin Məcəllənin 1274-ci maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1321.3-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Həmin Məcəllənin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Həmin Qanunun 59-cu maddəsinə əsasən Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Quba rayonu, Digah kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 86,6 kv.metr olan fərdi yaşayış evi birgə mülkiyyət hüququ əsasında X9 və X2 mülkiyyətindədir. X16 xx.xx.2004-cü il tarixdə, X8 xx.xx.2013-cü tarixdə vəfat etmişlər. Miras qoyanların yeddi vərəsəsi olmuş, onlardan X18 xx.xx.2021-ci il tarixdə, X17 xx.xx.2023-cü il tarixdə ölmüşlər. Qalan vərəsələrdən X19, X12, X13 və X11 notarial qaydada miras əmlakdan imtina etmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, xx.xx.2004-cü il tarixdə vəfat etmiş X7 və xx.xx.2013-cü tarixdə vəfat etmiş X1 miras qalmış birgə mülkiyyətdə olan Quba rayonu, Digah kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsindən X10 və X5 düşən hissəyə və Quba rayonu, Digah kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 86,6 kv.metr olan fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüququ tanınaraq payı müəyyən edilməli, İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Odur ki, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2004-cü il tarixdə vəfat etmiş X7 və xx.xx.2013-cü tarixdə vəfat etmiş X1 miras qalmış birgə mülkiyyətdə olan Quba rayonu, Digah kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsindən X10 və X5 düşən hissəyə və Quba rayonu, Digah kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 86,6 kv.metr olan fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüququ tanınaraq payı müəyyən edilsin. İddiaçı payına uyğun vərəsəlik hüququ haqqında şəhadətnamə verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №e-2(027)-1774/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1774/2023
06.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver