Məhkəmə qərarları › İş №e-2(027)-1949/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1949/2023

17.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1949/2023 17.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Mən hakim Həsənov Rahim Təşəkkül oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, PALTARYUYAN SAMSUNG üçün 118.36 (yüz on səkkiz manat otuz altı qəpik) manat ödənilməmiş hissə, 11.64 (on bir manat altmış dörd qəpik) manat cərimə. xx.xx.2022-ci il, tarixli müqaviləsinə əsasən, İmei kod **********91523 SAMSUNG GALAXY A12 markalı telefon, 4D GLASS üçün, 341.96 (üç yüz qırx bir manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 34.04 (otuz dörd manat dörd qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********17624 SAMSUNG GALAXY A21S markalı telefon üçün 110.62 (yüz on manat altmış iki qəpik) manat ödənilməmiş hissə, 11.38 (on bir manat otuz səkkiz qəpik) manat cərimə Ümumilikdə 628 manat borc, 3 0 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, PALTARYUYAN SAMSUNG, İmei kod **********91523 SAMSUNG GALAXY A12 markalı telefon, 4D GLASS, İmei kod **********17624 SAMSUNG GALAXY A21S markalı telefon üçün 628 (altı yüz iyirmi səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1038.06 (bir min otuz səkkiz manat altı qəpik) manat (18 ay x 57.67 manat + 0 manat ilkin ödəniş) PALTARYUYAN SAMSUNG üçün ümumilikdə, 130 (yüz otuz) manat olmaqla ondan, 118.36 (yüz on səkkiz manat otuz altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 11.64 (on bir manat altmış dörd qəpik) manat cərimə. xx.xx.2022-ci il, tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 436.96 (dörd yüz otuz altı manat doxsan altı qəpik) manat (12 ay x 34.33 manat + 25 manat ilkin ödəniş) İmei kod **********91523 SAMSUNG GALAXY A12 markalı telefon, 4D GLASS üçün ümumilikdə, 376 (üç yüz yetmiş altı) manat olmaqla ondan, 341.96 (üç yüz qırx bir manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 34.04 (otuz dörd manat dörd qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 507.6 (beş yüz yeddi manat altmış qəpik) manat (18 ay x 28.2 manat + 0 manat ilkin ödəniş) İmei kod **********17624 SAMSUNG GALAXYA21S markalı telefon üçün ümumilikdə, 122 (yüz iyirmi iki) manat olmaqla ondan, 110.62 (yüz on manat altmış iki qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 11.38 (on bir manat otuz səkkiz qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1411.68 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralada bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-284-5.3-cü maddələrinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarından görünür ki, cavabdeh iddia tələbi ilə bağlı rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq o, məhkəməyə tələbə etirazını əsaslandıracaq heç bir sübut təqdim etməmişdir. Hesab edirəm ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, PALTARYUYAN SAMSUNG, İmei kod **********91523 SAMSUNG GALAXY A12 markalı telefon, 4D GLASS, İmei kod **********17624 SAMSUNG GALAXY A21S markalı telefon üçün 628 (altı yüz iyirmi səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1038.06 (bir min otuz səkkiz manat altı qəpik) manat (18 ay x 57.67 manat + 0 manat ilkin ödəniş) PALTARYUYAN SAMSUNG üçün ümumilikdə, 130 (yüz otuz) manat olmaqla ondan, 118.36 (yüz on səkkiz manat otuz altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 11.64 (on bir manat altmış dörd qəpik) manat cərimə. xx.xx.2022-ci il, tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 436.96 (dörd yüz otuz altı manat doxsan altı qəpik) manat (12 ay x 34.33 manat + 25 manat ilkin ödəniş) İmei kod **********91523 SAMSUNG GALAXY A12 markalı telefon, 4D GLASS üçün ümumilikdə, 376 (üç yüz yetmiş altı) manat olmaqla ondan, 341.96 (üç yüz qırx bir manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 34.04 (otuz dörd manat dörd qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 507.6 (beş yüz yeddi manat altmış qəpik) manat (18 ay x 28.2 manat + 0 manat ilkin ödəniş) İmei kod **********17624 SAMSUNG GALAXYA21S markalı telefon üçün ümumilikdə, 122 (yüz iyirmi iki) manat olmaqla ondan, 110.62 (yüz on manat altmış iki qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 11.38 (on bir manat otuz səkkiz qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1411.68 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı tərəfin təqdim etdiyi xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə ödənilməmiş 130 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə ödənilməmiş 376 manat və xx.xx.2021-ci il tarixli müqavilə üzrə ödənilməmiş 122 manat borcu qalmışdır. Ərizəyə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh PALTARYUYAN SAMSUNG, İmei kod **********91523 SAMSUNG GALAXY A12 markalı telefon, 4D GLASS və İmei kod **********17624 SAMSUNG GALAXY A21S markalı telefon almışdır. Ərizəyə əlavə olunmuş “Əşyaların təhvil-təslim Aktı”ndan görünür ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrinə əsasən PALTARYUYAN SAMSUNG, İmei kod **********91523 SAMSUNG GALAXY A12 markalı telefon, 4D GLASS və İmei kod **********17624 SAMSUNG GALAXY A21S markalı telefonu tam qüsursuz halda aldığını imzasıyla təsdiq etmişdir. Ərizəyə əlavə olunmuş xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh müqavilə üzrə öhdəlikləri gecikdirməsi barədə xəbərdarlıq edilmiş, öhdəliyi yerinə yetirmədiyi təqdirdə aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı bildirilmişdir. Ərizəyə əlavə olunmuş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cavabdeh tərəf iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 521). Alğısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda tərəflər arasında müqavilə bağlanmışsa, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir ( maddə 600). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (maddə 600.2). Əşyanı təhvil almış alıcı onu alğı–satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Həmin Məcəllənin 376,4.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 437,6.2.1-437,6.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Müəyyən edilmişdir ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onun iddiaçı «ABC Telecom” MMC qarşısında borcu yaranmışdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edirəm ki, Cavabdeh üzərinə düşən öhdəlikləri tam və lazımi qaydada icra etmədiyindən xx.xx.2021-ci il tarixli müqavilə üzrə 118,36 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 341,96 manat və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 110,62 manat ödənilməmiş hissə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cərimənin məbləği yüksək həddə hesablandığından onun azaldılması tərəflərin mənafeyinə uyğundur və məhkəmə borcluya hesablanmış cəriməni xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 2 manat, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 3 manat və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 2 manat məbləğində müəyyən edir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli müqavilə üzrə , PALTARYUYAN SAMSUNG üçün 118.36 manat əsas, 2 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə İ İmei kod **********91523 SAMSUNG GALAXY A12 markalı telefon, 4D GLASS üçün 341,96 manat əsas, 3 manat cərimə və xx.xx.2021-ci il tarixli müqavilə üzrə İmei kod **********17624 SAMSUNG GALAXY A21S markalı telefon üçün 110,62 manat əsas, 2 manat cərimə 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar