Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1954/2023 28.09.2023 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi, Həsənov Rahim Təşəkkül oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2021-ci il tarixli 264981 saylımüqavilə üzrə 130 AZN xx.xx.2021-ci il tarixli 264982 saylı müqavilə üzrə 170 AZN, əsas 300 AZN, cərimə 515 AZN ümumilikdə 815 AZN borcun və 30 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh Arif oğlundan tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, müqavilələrin nömrəsi və tarixi. xx.xx.2021-ci il tarixli - 264981 saylı xx.xx.2021-ci il tarixli - 264982 saylı Müqavilələrin məbləği və müddəti 170,00 AZN - 09 ay, 250,00 AZN – 09 ay Müqavilələr üzrə aylıq ödəniş, 4 ay 15,00 AZN , 5 ay 20,00 AZN (10 manat ilkin ödəniş olmaqla), 6 ay 25,00 AZN , 3 ay 30,00 AZN (10 manat ilkin ödəniş olmaqla) Müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul, Mikser, Ətçəkən Son ödənişin məbləği və tarixi, 15,00 AZN xx.xx.2022, 25,00 AZN xx.xx.2022 Cavabdeh Arif oğlu alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində İddiaçı MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat, ödənilməmiş əsas borcməbləği, 130.00 AZN, 170,00 AZN Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği, 245,00 AZN Alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 0.5manat) gündəlik dəbbə pulu hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-284-5.3-cü maddələrinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 264981 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı mikserə görə 9 ay müddətinə 170 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 264982 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı Ətçəkənə görə 9 ay müddətinə 250 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin İddiaçı MMC-nə xx.xx.2021-ci il tarixli 264981 saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, 130 manat əsas və xx.xx.2021-ci il tarixli 264982 saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən 170 manat əsas, 515 manat cərimə, 815 ümumilikdə manat İddiaçı MMC-nə ödənilməsi nəzərdə tutulmuşdur. Ərizəyə əlavə olunmuş xəbərdarlıqdan görünür ki, Cavabdeh alğı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında icra etmədiyindən borc məbləğinə əlavə cərimə hesablandığı və bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddiaçı tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə məlumatlandırılmışdır. İş materiallarında olan xx.xx.2023-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək, xx.xx.2021 -ci il tarixli 264981 saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 130 manat və xx.xx.2021 ci il tarixli 264982 saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 170 manat məbləğində cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cərimənin məbləği yüksək həddə hesablandığından onun azaldılması tərəflərin mənafeyinə uyğundur və məhkəmə borcluya hesablanmış cəriməni xx.xx.2021 -ci il tarixli 264981 saylı və xx.xx.2021-ci il tarixli 264982 saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 5 manat məbləğində müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: Kiçik iddiaya dair ərizə qismən təmin olunsun. Cavabdeh xx.xx.2021-ci il tarixli 264981 saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə yaranmış 130 manat əsas borc və xx.xx.2021-ci il tarixli 264982 saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə yaranmış 170 manat əsas borc 05 manat cərimə cəmi 306 manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №e-2(027)-1954/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1954/2023
28.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver