Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2011/2023 24.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Mən hakim Həsənov Rahim Təşəkkül oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, TOSHİBA LED TV, JBL LİVE 660 QULAQLİQ üçün 1467.08 (min dörd yüz altmış yeddi manat səkkiz qəpik) manat ödənilməmiş hissə, 146.92 (yüz qırx altı manat doxsan iki qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, NEVRESİM TAKİMİ TEKSTİL SV DERLA FANCY POPLİN, NEVRESİM TAKİMİ TEKSTİL SV MEGHAN, 2 ƏDƏD HAVLU üçün 354.96 (üç yüz əlli dörd manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 35.04 (otuz beş manat dörd qəpik) manat cərimə; ümumilikdə, 2004 manat borc, 40.04 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, TOSHİBALED TV, JBL LİVE 660 QULAQLİQ, NEVRESİM TAKİMİ TEKSTİL SV DERLA FANCY POPLİN, NEVRESİM TAKİMİ TEKSTİL SV MEGHAN, 2 ədəd HAVLU almış və nəticədə 2004 (iki min dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1567.08 (min beş yüz altmış yeddi manat səkkiz qəpik) manat (18 ay x 87.06 manat + 0 manat ilkin ödəniş) TOSHİBA LED TV, JBL LİVE 660 QULAQLİQ üçün ümumilikdə, 1614 (min altı yüz on dörd ) manat olmaqla ondan, 1467.08 (min dörd yüz altmış yeddi manat səkkiz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 146.92 (yüz qırx altı manat doxsan iki qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 354.96 (üç yüz əlli dörd manat doxsan altı qəpik) manat (18 ay x 19.72 manat + 0 manat ilkin ödəniş) NEVRESİM TAKİMİ TEKSTİL SV DERLA FANCY POPLİN, NEVRESİM TAKİMİ TEKSTİL SVMEGHAN, 2 ƏDƏD HAVLU üçün ümumilikdə, 390 (üç yüz doxsan ) manat olmaqla ondan qiyməti 354.96 (üç yüz əlli dörd manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq, 35.04 (otuz beş manat dörd qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 100 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: Tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-284-5.3-cü maddələrinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarından görünür ki, cavabdeh iddia tələbi ilə bağlı rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq o, məhkəməyə tələbə etirazını əsaslandıracaq heç bir sübut təqdim etməmişdir. Hesab edirəm ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, TOSHİBALED TV, JBL LİVE 660 QULAQLİQ, NEVRESİM TAKİMİ TEKSTİL SV DERLA FANCY POPLİN, NEVRESİM TAKİMİ TEKSTİL SV MEGHAN, 2 ədəd HAVLU almış və nəticədə 2004 (iki min dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1567.08 (min beş yüz altmış yeddi manat səkkiz qəpik) manat (18 ay x 87.06 manat + 0 manat ilkin ödəniş) TOSHİBA LED TV, JBL LİVE 660 QULAQLİQ üçün ümumilikdə, 1614 (min altı yüz on dörd ) manat olmaqla ondan, 1467.08 (min dörd yüz altmış yeddi manat səkkiz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 146.92 (yüz qırx altı manat doxsan iki qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 354.96 (üç yüz əlli dörd manat doxsan altı qəpik) manat (18 ay x 19.72 manat + 0 manat ilkin ödəniş) NEVRESİM TAKİMİ TEKSTİL SV DERLA FANCY POPLİN, NEVRESİM TAKİMİ TEKSTİL SVMEGHAN, 2 ƏDƏD HAVLU üçün ümumilikdə, 390 (üç yüz doxsan ) manat olmaqla ondan qiyməti 354.96 (üç yüz əlli dörd manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq, 35.04 (otuz beş manat dörd qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 100 manat təşkil edir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı tərəfin təqdim etdiyi xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin xx.xx.2022-ci il tarixli müqavilə üzrə ödənilməmiş 1614 manat və xx.xx.2022-ci il tarixli müqavilə üzrə ödənilməmiş 390 manat borcu qalmışdır. Ərizəyə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh TOSHİBA LED TV, JBL LİVE 660 QULAQLİQ və NEVRESİM TAKİMİ TEKSTİL SV DERLA FANCY POPLİN, NEVRESİM TAKİMİ TEKSTİL SV MEGHAN, 2 ƏDƏD HAVLU almışdır. Ərizəyə əlavə olunmuş “Əşyaların təhvil-təslim Aktı”ndan görünür ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrinə əsasən TOSHİBA LED TV, JBL LİVE 660 QULAQLİQ və NEVRESİM TAKİMİ TEKSTİL SV DERLA FANCY POPLİN, NEVRESİM TAKİMİ TEKSTİL SV MEGHAN, 2 ƏDƏD HAVLU tam qüsursuz halda aldığını imzasıyla təsdiq etmişdir. Ərizəyə əlavə olunmuş xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh müqavilə üzrə öhdəlikləri gecikdirməsi barədə xəbərdarlıq edilmiş, öhdəliyi yerinə yetirmədiyi təqdirdə aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı bildirilmişdir. Ərizəyə əlavə olunmuş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 40,04 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cavabdeh tərəf iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, Əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Müəyyən edilmişdir ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onun iddiaçı «ABC Telecom” MMC qarşısında borcu yaranmışdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edirəm ki, Cavabdeh üzərinə düşən öhdəlikləri tam və lazımi qaydada icra etmədiyindən xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1467,08 manat və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 354,96 manat ödənilməmiş hissə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cərimənin məbləği yüksək həddə hesablandığından onun azaldılması tərəflərin mənafeyinə uyğundur və məhkəmə borcluya hesablanmış cəriməni xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 5 manat və xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 2 manat məbləğində müəyyən edir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 40,04 manat dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli müqavilə üzrə, TOSHİBA LED TV, JBL LİVE 660 QULAQLİQ üçün 1467,08 manat əsas, 05 manat cərimə və xx.xx.2022-ci il tarixli müqavilə üzrə NEVRESİM TAKİMİ TEKSTİL SV DERLA FANCY POPLİN, NEVRESİM TAKİMİ TEKSTİL SV MEGHAN, 2 ƏDƏD HAVLU üçün 354,96 manat əsas, 02 manat cərimə 40,04 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №e-2(027)-2011/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2011/2023
24.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver