Məhkəmə qərarları › İş №e-2(027)-2113/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2113/2022

25.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2113/2022 25.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin Xaçmaz RQİİ tərəfindən ona istinad edilən əsassız yazılmış 3104,90 manat pulun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini dəqiqləşməsinə dair ərizə ilə müraciət edərək, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamə ləğv edilsin və həmin tələbnaməyə əsasən hesablanmış 1036,80 (bir min otuz altı manat səksən qəpik) manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Göstərilənləri nəzərə alaraq, hazırki işlə bağlı məhkəmə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı tərəfindən iddia tələbinin əsasını dəyişməsini qanunauyğun sayır. İş üzrə cavabdeh Azəriqaz” İstehsalat Birliyi iddiaya etiraz təqdim edərək, etirazı onunla əsaslandırılmışdır ki, Quba rayonunun Zərdabi qəsəbəsində yaşayan İddiaçı “Qaz hesabat sayğacına görə yazılmış cərimə borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə Quba rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində qeyd edilir ki, Cavabdeh İByi tərəfindən xx.xx.2019-cu il tarixində tərtib edilmiş ******* nömrəli və xx.xx.2022-ci il tarixində ******* saylı akta istinadən əsasız yazılmış 4099,35 manat borc silinməlidir. Aşağıda göstərilən sübut və dəlillərdən aydın olur ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçı ilə bağlanmış “Qazpaylayıcı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqı Müqaviləs”inə əsasən yaşadığı evdə təbii qazdan istifadə etməklə abonent kimi Xaçmaz RQİİ-nin Quba xidmət sahəsində qeydiyyatdadır. Abonentin təbii qazdan istifadəyə görə yaranmış sayğacla müəyyən edilən debitor borcu xx.xx.2019-cu il tarixinə 3104,90 manat olduğuna görə təbii qazın verilişini dayandırmamaq məqsədi ilə onun üçün 3E Proqramına (ödənişin 50 %-nin borcdan çıxılması) keçirtmək şərti ilə SMART tipli **********0 saylı sayğac quraşdırılmışdır. Abonentin qaz xətlərinə xx.xx.2019-cu il tarixdə baxış keçirilərkən sayğacdan kənar qaz xətti ilə təbii qazdan istifadə halı aşkarlanmış, onun barəsində “Qazdan istifadə Qaydalar”ının pozulması haqqında ******* saylı akt yazılmışdır. İtirilmiş qazın bərpası üçün 3636 m3 və ya 363,60 qəpik ziyan məbləği hesablanaraq Quba Rayon Məhkəməsində iddia qaldırılmışdır. Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-428/2020 saylı Qətnaməsi ilə iddia tələbimiz təmin edilmişdir. Həmin Qətnamə hazırda icra edilir. Belə ki, abonent İddiaçı 2022-ci ilin 04,05,06,07-ci aylarında hər aya 67,15 manat pul tutulmuşdur. Abonent İddiaçı borcu artdığı üçün qaz təminatını dayandırmamaq məqsədi ilə yenidən onun üçün xx.xx.2019-cu il tarixdə **********8 saylı Smart tipli sayğac quraşdırılmışdır. Abonent bu sayğaca da müdaxilə etmiş, sayğacın çıxış plasmast borusunu deşmişdir. Laboratoriyanın rəyinə əsasən yenidən xx.xx.2022-ci il tarixdə İddiaçı barəsində “Qazdan istifadə Qaydalar”-nın pozulması haqqında ******* saylı akt yazılmışdır. Bu akta əsasən itirilmiş qazın bərpası üçün 8640 m3 və ya 1036,80 manat ziyan hesablanaraq abonent koduna işlənilmişdir. Hal-hazırda abonent İddiaçı 4099,34 manat təbii qazdan istifadəyə görə boru vardır. Bu məbləğin 1036,80 manatı dəymiş ziyana görə yaranmış borcdur, 3062,54 manat isə sayğacla müəyyən edilən təbii qazdan istifadəyə görə yaranmış sırf debitor borcudur. Bununla da aydın olur ki, iddiaçının tələbi Qanuna, sübut və dəlillərə əsaslanmır, iddiaçının öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürdüyü fikirləridir. Yuxarıda göstərilənlərə görə İddiaçı iddia tələbi Məhkəmə tərəfindən əsassız sayılmalı və təmin edilməməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, onun, Quba rayonu, Zərdabi qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış mənzilinə Cavabdeh İB Xaçmaz RQİİ-nin nümayəndələri tərəfindən quraşdırılmış **********9 nömrəli, (**********06040 abonent kodu) sayğacın sayğacın axan yükdən dəfələrlə artıq qaz enerjisi qeyd edildiyi tərəfimdən müşaiyət edilmişdir. Şifahi müraciətinə əsasən Azəriqaz” İB Xaçmaz RQİİ-nin nümayəndələri Rzayev Vüqar, Zeynalov Orxan, Şükürov Turalin imzası ilə təsdiqlənərək 18 oktyabr 2019-cu il tarixində N ******* nömrəli akt tərtib edilmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması ******* nömrəli aktı ilə pozuntunun qısa məzmununda qeyd olunmuşdur ki, “Abonentin mənzilinə baxış keçirərkən sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi tərəfimizdən aşkar olundu. Dəymiş hesablansın və ödənilsin” Dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən cəmi 3636 kub metr dəymiş ziyan yəni 3104,90 manat cərimə məbləği hesablanmışdır. Həmin cəriməni hissə-hissə pensiyamdan tutmuşlar. Bu azmış kimi, məhkəmə hazırlıq iclasından sonra yenicə qaz pulunun ödənilməsi bildirişi gələn zaman məlum oldu ki, onun qaza ğörə guya borcu 4099,34 manatdır. Bununla bağlı Qaz İdarısinə getmişdir. Məlum oldu ki, Azəriqaz Quba rayon idarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə ******* saylı ATK yazılmış və sayğac ona təhvil verilmişdir. Guya imza etməkdən imtina etmişdir. xx.xx.2022-ci il tarixli ******* saylı AKT tərtib edilmişdir. Həmin akta görə **********8 saylı sayğaca bağış zamanı sayğacın plasmas borucu deşildiyi müəyyən edilib.Sayğac sınaq qurğusunda yoxlanması ümükün deyildir. İstismatra yararsızdır. Guya o,da imza etməkdən imtina etmişdir. Şəhid ailəsi kimi rica edir ki, bu özbaşınalığa son qoyulsun. Həmin akta əsasən guya o, 8640 kub metr qaz israfına yol vermişdir. Cavabdeh İB Xaçmaz RQİİ-nin gəldiyi bu qənaətini və mövqeyini qanunsuz və əsassız hesab edir. İddia ərizəsinə əlavə etdiyi abonentin saldosu bildirişindən də aydın görünür ki, onun təbii qazdan heç bir istifadəsi olmamış, təbii qazdan istifadəsi aylıq olaraq normal 20- 30 manat arası olmuşdur. Yaşayış mənzilində birdən birə 3104,90 manat təbii qazın istifadəsi mümkünsüzdür. Azəriqaz” İB-nin ona qarşı bu hərəkətlərini qanunsuz hesab edir və istehlakçı hüquqlarının kobud surətdə pozulduğunu bildirir. İddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktdan görünür ki, Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən yaşayış evində **********8 nömrəli sayğac çıxarılmış və əvəzində yeni sayğac quraşdırılmışdır; Xaçmaz RQİİ-nin xx.xx.2022-ci il tarixli ******* nömrəli aktından görünür ki, ARDNŞnın Cavabdeh İB-nin sayğacların yoxlanılması, AKT№ MSK-29/1710-02412-1 saylı rəyinə əsasən **********8 saylı sayğaca baxış keçirilmiş, sayğacın plastmas borusu deşilib. Klopnal bağlıdır. Sayğacı sınaq qurğusunda yoxlamaq mümkün deyil. Sayğac istismara yararsızdır. xx.xx.2022-ci tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 8640 m3 sərfiyyat hesablanmışdır; **********06040 kodlu abonentin saldosundan görünür ki, abonent İddiaçı müdəmadi olaraq aktiv şəkildə qazdan istifadə etmiş və istifadə etdiyi qaza görə ödəniş etmiş, 1036,80 manat borc kimi qalıq və aktlar qrafasında həmin abonentin-abonent saldosuna daxil edilmişdir. Beləliklə, məhkəmə iclasında işin halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, yenisi ilə əvəz edilmişdir. Sayğacın dəyişidirməsi zamanı tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktda sayğacın dəyişdirilməsinin səbəbi kimi “əvəzetmə” göstərilmiş, sayğaçın nasaz vəziyyətdə olması, hər hansı bir hissəsinin zədələnməsi, plombun tamlığına müdaxilə edilməsi kimi qeydlər isə aktda ümumiyyətlə qeyd olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. Sayğaca müdaxilənin iddiaçı tərəfindən edildiyi sübut olunmadığına görə həmin akta əsasən hesablanmış 1036,80 (bir min otuz altı manat səksən qəpik) manat məbləğində pulun iddiaçıdan alınması da əsassız olmuşdur. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, qaz sayğacı iddiaçının cavabdehliyi sərhəddində quraşdırılmamışdır. Bilavasitə iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əsassız olaraq 1036,80 (bir min otuz altı manat səksən qəpik) manat məbləğində əlavə sərfiyyat hesablanmışdır. Belə ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamə ləğv edilməli və həmin tələbnaməyə əsasən hesablanmış 1036,80 (bir min otuz altı manat səksən qəpik) manat məbləğində borc İddiaçı **********06040 saylı abonent hesabından silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi, yəni 30 +0,37 = 30,37 manat məbləğində dövlət rüsumu tutulur; 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar; 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 30,37 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamə ləğv edilsin və həmin tələbnaməyə əsasən hesablanmış 1036,80 (bir min otuz altı manat səksən qəpik) manat məbləğində borc İddiaçı **********06040 saylı abonent hesabından silinsin. 30,37 manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına (elektron qaydada) apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar