Məhkəmə qərarları › İş №e-2(027)-2140/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2140/2022

24.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2140/2022 24.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsiylə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə 2302 (iki min üç yüz iki) manat məbləğində sığorta ödənişinin və ödənilmiş 43 (qırx üç) manat 02 qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələblərini müdafiə etdiklərini, iştirakları olmadan işə baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 məxsus Cavabdeh1 tərəfindən idarə olunan **-SC-*** dövlət qeydiyyat nişanlı “Renault Megane” markalı avtonəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2020-ci il tarixində Cavabdeh1 idarə etdiyi **-SC-*** dövlət qeydiyyat nişanlı “Renault Megane” markalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə **-SX-*** dövlət qeydiyyat nişanlı “Hyundai Accent” markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh1 avtonəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etmişdir. Cavabdehin nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etməsi ilə bağlı DYP əməkdaşı tərəfindən inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuşdur. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən **-SX-*** dövlət qeydiyyat nişanlı “Hyundai Accent” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumimiqdarı 2302,40 manat (iki min üç yüz iki ) manat 40 qəpik müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli sığorta aktına əsasən 2302,40 manat (iki min üç yüz iki ) manat 40 qəpik məbləğində sığorta ödənişinin zərərçəkən şəxsə avtonəqliyyat vasitəsinin təmir olunması üçün ödənilməsi qərara alınmışdır və köçürmə həyata keçirilmişdir. Göstərilənləri nəzərə alaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qydada subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə 2302 (iki min üç yüz iki) manat məbləğində sığorta ödənişinin və ödənilmiş 43 (qırx üç) manat 02 qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə hazırlığ iclasında iştirak edən zaman Cavabdeh1 iddianı qəbul etməyərək və məhkəməyə göndərdiyi idda ərizəsinə etirazda bildirmişdi ki, övladının əməliyyatdan çıxmasına görə tələsib, o dayanan yerdə maşını vurublar. 15 dekabr 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Hyundai Accent” markalı, 90-SX -053 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə vurulmuş zərərin məbləği kimi qeyd edilmiş 2302,40 manat məbləğində pul reallığı əks etdirmir. Çünki hadisədən dərhal sonra çəkilmiş foroşəkillərdən də göründüyü kimi həmin zərərin qarşılığı qeyd edilən məbləğdən dəfələrlə az olmalı idi. İddiaçı tərəfindən hər hansı araşdrıma aparılmadan "xxxx" MMC tərəfindən tərtib edilmiş zərər aktı əsasında reallıqda vurulmuş zərərdən dəfələrlə artıq məbləğdə, yəni 2302,40 manat məbləğində sığorta ödənişinin edilməsi onun təqsiri deyildir. Həmin maşına iddia tələbində göstərilən məbləğdə ziyan dəymədiyini qeyd edərək, məhkəmədən idda tələbinin rədd edilməsini xahiş etmişdi. Məhkəmədə hazırlığ iclasında iştirak edən zaman Cavabdeh2 nümayəndəsi X1 iddianı qəbul etməyərək, bildirmişdi ki, Nuridə Allahverdiyeva onun həyat yoldaşıdı, o **-SC-*** dövlət qeydiyyat nişanlı “Renault Megane” markalı avtonəqliyyat vasitəsini üç il əvvəl baş etibarnamə ilə Cavabdeh1 satıb. X4 müharibəsi veteranı olduğundan hər il onun adına qanunla nəzərdə tutulmuş müddətə etibarnamə verilir. Bu səbəbdən iddianın Cavabdeh2 aidiyyəti olmadığını nəzərə alıb, məhkəmədən idda tələbinin ona aid hissədə rədd edilməsini və məhkəmə iclaslarının onların iştirakı olmadan baxılmasını xahiş etmiş və yazılı formada ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə cavabdehlərin izahatlarını bir daha nəzərdən keçirərək, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş sənədlərindən görünür ki, "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən **-SX-*** dövlət qeydiyyat nişanlı “Hyundai Accent” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumimiqdarı 2302,40 manat (iki min üç yüz iki ) manat 40 qəpik müəyyən edilmişdir. İş sənədlərinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli hesab fakturaya əsasən avtonəqliyyat vasitəsinin təmir olunması üçün 2302,40 manat (iki min üç yüz iki ) manat 40 qəpik məbləğində sığorta ödənişi ödənilmişdir. İş sənədlərinə əlavə edilmiş “Nəqliyyat vasitələrinin istifadə edilməsi haqqında” xx.xx.2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh2 **-SC-*** dövlət qeydiyyat nişanlı “Renault Megane” markalı avtonəqliyyat vasitəsini ƏN-V 378139 seriya və nömrəli etibarnamə əsasında sürücülük hüququ olduqda idarə etmək üçün Quba rayonu, 2-ci Nügədi kənd sakini Cavabdeh1 xx.xx.2021-ci il tarixə kimi etibar etmişdir. İş sənədlərinə əlavə edilmiş İnzibati xəta haqqında protokoldan görünür ki, Quba rayonu, İİ Nügədi kənd sakini Cavabdeh1 xx.xx.2020-ci il tarixində idarə etdiyi **-SC-*** dövlət qeydiyyat nişanlı “Renault Megane” markalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi nəticəsində inzibati xətaya yol vermiş, AR İXM-nin 327.2 və 332-4-cü maddələrilə inzibati protokol tərtib edilərək, cərimə edilmişdir. İş sənədlərinə əlavə edilmiş AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 Quba rayonu, İİ Nügədi kəndində qeydiyyatdadır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər.Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsəsla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. ''Sığorta haqqında'' Azərbaycan Respublikasının Qanununun 37.1-ci maddəsinə əsasən sığortalananın təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydalarının” 12-ci bəndinə əsasən sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə görə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu idarə etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Məhkəmədə müəyyən edildi ki, yol nəqliyyat hadisəsi xx.xx.2020-ci il tarixdə baş vermiş və həmin tarixdə qüvvədə olan “Nəqliyyat vasitələrinin istifadə edilməsi haqqında” xx.xx.2020-ci il tarixli etibarnamənə ilə Cavabdeh2 ona məxsus olan **-SC-*** dövlət qeydiyyat nişanlı “Renault Megane” markalı avtonəqliyyat vasitəsini Cavabdeh1 istifadəsinə vermişdir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, Cavabdeh1 2302 (iki min üç yüz iki) manat məbləğində sığorta ödənişi və dövlət rüsumu üçün ödənilmiş 43 (qırx üç) manat 02 qəpik məbləğində pul vəsaiti tutulub "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh1 2302 (iki min üç yüz iki) manat məbləğində sığorta ödənişi və dövlət rüsumu üçün ödənilmiş 43 (qırx üç) manat 02 qəpik məbləğində pul vəsaiti tutulub "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə elektron formada apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar