Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2205/2025 10.10.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında yazılı sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixinə yaranmış xx.xx.2024-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 709,9 AZN əsas 212,9 AZN cərimə cəmi 922,8 AZN borc, xx.xx.2024-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 329,9 AZN əsas 98,9 AZN cərimə cəmi 428,8 AZN borc, xx.xx.2024-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqımüqaviləsi üzrə 329,9 AZN əsas, 98,9 AZN cərimə, cəmi 428,8 AZN borc, xx.xx.2024-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 192,4 AZN əsas, 57,7 AZN cərimə, cəmi 250,1 AZN borc, xx.xx.2024-ci il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 1597,7 AZN əsas, 479,3 AZN cərimə, cəmi 2077 AZN borc, ümumilikdə beş müqavilə üzrə 3159,8 AZN əsas, 947,7 AZN cərimə, 4107,5 AZN cəmi borcun və 61.07 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh 899,90 AZN dəyərində “Taube” markalı kondisioner, Scooter əldə etmişdir. Cavabdeh həmin məbləği 24 ay müddətinə, hər ay 38 AZN ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin son ödənişi xx.xx.2024-cü il tarixdə 38 manat olmuşdur. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində İddiaçı MMC qarşısında həmin tarixli müqavilə üzrə ödənilməmiş əsas borc məbləği: 709,90 AZN, gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 2129,00 AZN təşkil edir. Tərəflərindən cərimə məbləğinə 90% güzəşt tətbiq edilərək, cavabdeh tərəfindən ödənilməli cərimə 212,90 manat hesablanmışdır. xx.xx.2024-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh 459,90 AZN dəyərində “Honor” markalı mobil telefon əldə etmişdir. Cavabdeh həmin məbləği 18 ay müddətinə, hər ay 26 AZN ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin son ödənişi xx.xx.2024-cü il tarixdə 26 manat olmuşdur. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində İddiaçı MMC qarşısında həmin müqavilə üzrə müqavilə üzrə ödənilməmiş əsas borc məbləği: 329,90 AZN, gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 989,00 AZN təşkil edir. Tərəflərindən cərimə məbləğinə 90% güzəşt tətbiq edilərək, cavabdeh tərəfindən ödənilməli cərimə: 98,90 AZN hesablanmışdır. xx.xx.2024-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh 459,90 AZN dəyərində “Honor” markalı mobil telefon əldə etmişdir. Cavabdeh həmin məbləği 18 ay müddətinə, hər ay 26 AZN ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin son ödənişi xx.xx.2024-cü il tarixdə 26 manat olmuşdur. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində İddiaçı MMC qarşısında həmin müqavilə üzrə müqavilə üzrə ödənilməmiş əsas borc məbləği: 329,90 AZN, gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 989,00 AZN təşkil edir. Tərəflərindən cərimə məbləğinə 90% güzəşt tətbiq edilərək, cavabdeh tərəfindən ödənilməli cərimə: 98,90 AZN hesablanmışdır. xx.xx.2024-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh 349,90 AZN dəyərində “Honor” markalı mobil telefon əldə etmişdir. Cavabdeh həmin məbləği 18 ay müddətinə, hər ay 20 AZN ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin son ödənişi xx.xx.2025-ci il tarixdə 17 manat olmuşdur. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində İddiaçı MMC qarşısında həmin müqavilə üzrə müqavilə üzrə ödənilməmiş əsas borc məbləği: 192,40 AZN, gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 577,00 AZN təşkil edir. Tərəflərindən cərimə məbləğinə 90% güzəşt tətbiq edilərək, cavabdeh tərəfindən ödənilməli cərimə: 57,70 AZN hesablanmışdır. xx.xx.2024-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh 2244,90 AZN dəyərində “İphone 14, xarici akimlyator” əldə etmişdir. Cavabdeh həmin məbləği 18 ay müddətinə, hər ay 125 AZN ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin son ödənişi xx.xx.2025-ci il tarixdə 125 manat olmuşdur. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində İddiaçı MMC qarşısında həmin müqavilə üzrə müqavilə üzrə ödənilməmiş əsas borc məbləği: 1597,70 AZN, gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 4793,00 AZN təşkil edir. Tərəflərindən cərimə məbləğinə 90% güzəşt tətbiq edilərək, cavabdeh tərəfindən ödənilməli cərimə: 479,30 AZN hesablanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" MMC ilə Cavabdeh oğlu arasında bağlanmış xx.xx.2024-cü il tarixli, müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Taube” markalı kondisioner, Scooter üçün 24 ay ödəniş cədvəli üzrə hər ay 38 manat, olmaqla, cəmi 899,90 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Honor” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 26 manat, olmaqla, cəmi 459,90 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Honor” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 26 manat, olmaqla, cəmi 459,90 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Honor” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 17 manat, olmaqla, cəmi 349,90 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “İphone 14, xarici akimlyator” üçün 18 ay ödəniş cədvəli üzrə hər ay 125 manat, olmaqla, cəmi 2244,90 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2025-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 709,9 manat əsas, 212,90 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 329,9 manat əsas, 98,90 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 329,9 manat əsas, 98,90 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 192,4 manat əsas, 57,70 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 125 manat əsas, 479,30 manat cərimə borcu yaranmışdır. İşdə olan xəbərdarlıqdan görünür ki, Cavabdeh tərəfindən banka olan borc ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir; xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 61,07 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Cavabdeh müqaviləyə əsasən hissə-hissə ödəmək şərtilə satın aldığı əşyaların dəyərindən qalan məbləği hər ay vaxtında ödəyəcəyi barədə üzərinə öhdəlik götürsə də, müqavilənin şərtlərini icra etməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hesab edirəm ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borc 709,90 manat təşkil etdiyi halda, 212,90 manat məbləğində cərimənin hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 5 manata qədər, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borc 329,90 manat təşkil etdiyi halda, 98,90 manat məbləğində cərimənin hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 5 manata qədər, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borc 329,90 manat təşkil etdiyi halda, 98,90 manat məbləğində cərimənin hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 5 manata qədər, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borc 192,40 manat təşkil etdiyi halda, 57,70 manat məbləğində cərimənin hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 5 manata qədər, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borc 1597,70 manat təşkil etdiyi halda, 479,30 manat məbləğində cərimənin hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 5 manata qədər azaldılmalıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 61,07 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi: Kiçik iddiaya dair ərizə qismən təmin olunsun. Cavabdeh xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 709,9 AZN əsas, 5 AZN cərimə olmaqla cəmi 714,90 manat borc; xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 329,9 AZN əsas, 5 AZN cərimə olmaqla cəmi 334,90 manat borc; xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 329,9 AZN əsas, 5 AZN cərimə olmaqla cəmi 334,90 manat borc; xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 192,4 AZN əsas, 5 AZN cərimə olmaqla cəmi 197,40 manat borc; xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1597,7 AZN əsas, 5 AZN cərimə olmaqla cəmi 1602,70 manat borc olmaqla ümumilikdə beş müqavilə üzrə cəmi 3184,80 AZN borc və 61,07 AZN ödənilmiş dövlət rüsumu tutulub, İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №e-2(027)-2205/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2205/2025
10.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver