Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № e-2(027)-2209/2024 07.11.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil2 və Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının bərpası və s. tələblərinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon Aqrar İslahat Komissiyasının 1999-cu il tarixli, 7 saylı qərarına və JN 1669 KOD 30319018 saylı Dövlət Aktına əsasən onun xüsusi mülkiyyətinə verilmiş Quba rayon 1-ci Nügədi kəndində 0,23 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpası, Cavabdeh2 adına verilmiş xx.xx.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli, **********12 reyestr nömrəli və xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********05 reyestr nömrəli dövlət reyestrindən çıxarışların, plan və ölçü sənədlərinin Quba rayon Aqrar İslahat Komissiyasının 1999-cu il tarixli, 7 saylı qərarı əsasında ona JN-1669 KOD 30319018 saylı Dövlət Aktı ilə mülkiyyətinə verilmiş 0,23 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi və Cavabdeh2 ilə Cavabdeh1 arasında Quba regional “ASAN xidmət” mərkəzinin notariat ofisində bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-504 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və əqd əsasında sonuncunun adına verilmiş çıxarışın ləğvi, torpaq sahəsinin cavabdehlər tərəfindən boşaldılmaqla ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil2 məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsinin geri qaytarılmasını etiraz etmədiyini bildirdi. Məhkəmə, iddiaçının nümayəndəsinin vəsatətini və iş materiallarını araşdırıb, hesab edir ki, İddiaçı vəkili və nümayəndəsi Vəkil2 vəsatətinə əsasən hazırki ərizə və ona əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti üzrə ərizə qaytarıla bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 35, 149.2.2, 170, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının bərpası və s. tələblərinə dair ərizə və ərizəyə əlavə olunmuş sənədlər İddiaçı vəkili və nümayəndəsi Vəkil2 vəsatətinə əsasən geri qaytarılsın. Qərardaddan 10 gün ərzində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №e-2(027)-2209/2024
Quba Rayon Məhkəməsi Qərardad — İş №e-2(027)-2209/2024
07.11.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver