Məhkəmə qərarları › İş №e-2(027)-2255/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №e-2(027)-2255/2025

07.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № e-2(027)-2255/2025 07.08.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı avtomaşının və borcun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı avtomaşının və borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı MMC məhkəməyə ərizə göndərərək, məhkəmə hazırlıq iclasını onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də, məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddələrinə əsasən hazırki mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarından görünür ki, İddiaçı MMC avtomaşının və borcun qaytarılması barədə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “Elektron məhkəmə informasiya sistemi”ndən görünür ki, iş üzrə iddiaçı iş üzrə İddiaçı MMC hüquqi şəxs, cavabdeh tərəf isə vergi ödəyicisi olan fiziki şəxsdir. Ərizənin məzmunundan həmçinin görünür ki, tərəflər arasındakı mübahisə sahibkarlıq fəaliyyəti barədədir. Məhkəmə iclas zalında iş üzrə cavabdehlə telefon vasitəsilə əlaqə saxlanılmış, iş üzrə Cavabdeh İddiaçı MMC-dən xx.xx.2024-cü il tarixli, AZL-3765 saylı “Daxili lizing müqaviləsi”-nə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün (taksi fəaliyyəti) “Chevrolet Cobalt LTZ” markalı avtomaşını lizinqə götürdüyünü bildirmişdir. MPM-in 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır.” Həmçinin tərəflər arasındakı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlir və VÖEN-ləri vardır. Qeyd edilənlərə əsasən məhkəmə edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı avtomaşının və borcun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə e-2(027)-2255/2025 saylı mülki iş tərəflər vergi ödəyiciləri olduqlarından və mübahisə tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi səbəbindən hazırki işə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətlərinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyat haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 32.6-cı maddəsinə əsasən, iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Məhkəmə hesab edir ki, e-2(027)-2255/2025 saylı iş məhkəmə aidiyyətı üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 26.1, 32, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı avtomaşının və borcun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə e-2(027)-2255/2025 saylı mülki iş məhkəmə aidiyyatı üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar