Məhkəmə qərarları › İş №e-2(027)-2324/2024

Quba Rayon Məhkəməsi Qərardad — İş №e-2(027)-2324/2024

16.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № e-2(027)-2324/2024 16.09.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə baxaraq, müəyyən etdim: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə iş üzrə İddiaçı MMC məhkəməyə ərizə göndərərək, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə sadələşdirilmiş icraat qaydasında mülki iş üzrə iddianın baxılmamış saxlanılması və ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-yə qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də hesab edirəm ki, İddiaçı MMC-nin iddia ərizəsinin qaytarılması barədə ərizəsinə əsasən hazırkı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və iddiaçıya ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Həmçinin hesab edirəm ki, ödənilmiş dövlət rüsumu İddiaçı MMC-yə qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə ********** nömrəli mədaxil qəbzinə əsasən İddiaçı MMC tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 114.1.3, 149,150-152, 263-264 və 266-268-ci cı maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın; İddiaçı MMC-yə izah edilsin ki, ərizənin qaytarılması yenidən məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixli, ********** №-li qəbzə əsasən ödənilmiş 30 manat dövlət rüsumu iddia ərizəsi geri qaytarıldığından dövlət büdcəsindən İddiaçı MMC-yə qaytarılsın. Qərardaddan 10 gün müddətinə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədirlk edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar