Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № e-2(027)-2372/2024 21.10.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət etmişdir. 21 oktyabr 2024-cü il tarixdə məhkəmənin hazırlıq iclası zamanı müəyyən edildi ki, Cavabdeh rəsmi qeydiyyatda olduğu yer Masallı rayonu, Xırmandalı kəndidir. Məhkəmə hesab edir ki, hazırki işə Cavabdeh rəsmi qeydiyyatda olduğu yer üzrə Masallı Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan Masallı rayonu, Xırmandalı kəndidir. Mülki prosessual qanunvericiliyin tələbini əsas götürərək, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə MPM-nin 36 və 39-cu maddəsinin tələbləri baxımından hallar mövcud olmadığından, habelə cavabdehin rəsmi qeydiyyat ünvanı iddia ərizəsi məhkəməyə verildiyi vaxtda Masallı rayonu olduğundan, habelə mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırki mülki iş üzrə iddia ərizəsi cavabdehin rəsmi qeydiyyat ünvanı üzrə verilməli olduğundan, hazırki mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Masallı Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 35, 44-45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair 2(027)-2372/2024 saylı mülki iş aidiyyətı üzrə baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №e-2(027)-2372/2024
Quba Rayon Məhkəməsi Qərardad — İş №e-2(027)-2372/2024
21.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver