Məhkəmə qərarları › İş №e-2(027)-2393/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №e-2(027)-2393/2022

04.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № e-2(027)-2393/2022 04.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı pul vəsaitinin tutulması barədə iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti Cavabdeh qarşı pul vəsaitinin tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2500 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 45,40 manat dövlət rüsumunun, ümumilikdə 2545,40 (iki min beş yüz qırx beş manat, 40 qəpik) manat vəsaitin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti Quba Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, cavabdehlə aralarında olan mübahisə həll olunduğundan hazırki iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 45,40 manat dövlət rüsumunun iddiaçıya qaytarılmasını xahiş etmişdir. Məhkəmə, iddiaçının vəsatətini və iş materiallarını araşdırıb, hesab edir ki, iddiaçının vəsatətinə əsasən hazırki ərizə və ona əlavə olunmuş sənədlər iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə geri qaytarılmalıdır. Həmçinin, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən xx.xx.2022-ci il tarixli, ********* №-li qəbzə əsasən ödənilmiş 45 manat dövlət rüsumu iddia ərizəsi geri qaytarıldığından dövlət büdcəsindən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti üzrə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, qaytarılır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 114.1.3, 149.2.2, 170, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı pul vəsaitinin tutulması tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin vəsatətinə əsasən geri qaytarılsın. İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən e- 2(027)-2393/2022 saylı mülki iş üzrə məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2022ci il tarixdə, ********* nömrəli qəbzə əsasən ödənilmiş 45 manat dövlət rüsumu iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə məxsus AZ76AİİB******************** saylı hesaba qaytarılsın. Qərardaddan 10 gün ərzində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar