Məhkəmə qərarları › İş №e-2(027)-2423/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2423/2022

03.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2423/2022 03.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsi hakimi Məmmədov İlqar Aslan oğlu iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı qarşı “subroqasiya qaydasında pul tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 400 (dörd yüz) manat məbləğində sığorta ödənişinin, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" ASC-də xx.xx.2015-ci il tarixli, ADN 578410 nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə sığortalanmış Cavabdeh tərəfindən idarə edilən “SMART Fortwo” minink markalı **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2016-cı il tarixində Quba-Xaçmaz rayon ərazisində **-DX-*** dövlət qeydiyyat nişanlı “Mersedes Benz” markalı avtomobillə toqquşmuşdu. Baş vermiş hadisə ilə bağlı Quba rayon DYPİ inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü (cavabdeh) Cavabdeh barəsində AR İXM-nin 332.4-cü maddəsi ilə xx.xx.2016-cı il tarixli protokol yazimş və Quba rayon Məhkəməsinin xx.xx.2016-cı tarixli, 3(027)-582/2016 saylı AR X3 Məcəlləsinin 332.4-cü maddəsi ilə yazılmşdır. Mercedes Benz markalı, 99DX137 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 400 (dörd yüz) manat sığorta ödənişi verilmişdir. Göstərilənlərə əsasən Cavabdeh 400 (dörd yüz) manat məbləğində sığorta ödənişinin, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-284-5.3-cü maddələrinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verdikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli 2561/CML-2423/2016 nömrəli “Sığorta Aktı”ndan görünür ki, "xxxx" ASC xx.xx.2022-ci il tarix zərərçəkən şəxsin və ya təyin etdiyi nümayəndənin hesabına 400 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 5196 nömrəli “Ödəniş tapşırıği”ndan görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC vasitəsilə X1 hesabına 400 manat pul vəsaiti ödənilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli zərərin hesablanması aktına əsasən məlum olur ki, sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində **-DX-*** dövlət qeydiyyat nişanlı “Mersedes Benz” markalı avtomobilə dəymiş zərər 400 (dörd yüz) manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan sığorta şəhadətnaməsindən görünür ki, “SMART Fortwo” minink markalı **- ZS-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarixədək sığortalanmışdır. İş materiallarında olan Quba Rayon Məhkəməsinin inzibati xəta haqqında 27 iyul 2016-cı il tarixli 2(027)-582/2016 saylı qərarından məlum olur ki, inzibati xata törətməsinə görə Cavabdeh İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan AC N 517079 seriya və nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən məlum olur ki, “SMART Fortwo” minink markalı **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2r. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzdən görünür ki, İş materiallarında olan 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə görə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu idarə etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Məhkəmə tərəfindən cavabdehə bildiriş göndərilsə də, irəli sürülən tələbə hər hansı əsasla etirazlarını bildirməmişdir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284, 284-5, 216-220-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: Kiçik iddiaya dair ərizə təmin olunsun. Cavabdeh 400 (dörd yüz) manat məbləğində sığorta ödənişi və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar